Malayziya və Tailand Sinqapurun rəhbərlik etdiyi BLOOM stablecoin layihəsinə qoşulduğunu elan edib. Təşəbbüs sərhədyanı ödənişlərin xərclərini azaltmağı hədəfləyir.
Malayziyanın Rəqəmsal Nazirliyi və Microsoft birgə milli süni intellekt bacarıq proqramı başlatdı. Proqram ölkənin regional AI mərkəzinə çevrilmək hədəfini dəstəkləyir.
Alfa-Bank tətbiqini bank məhsulları ilə əyləncə xidmətlərini birləşdirən “fantech platforması”na çevirib və istifadəçilərin bir hissəsi üçün “Alfa-Şou” video platformasını işə salıb.
Meta şəxsi süni intellekt asistenti Muse-u Instagram-ın mesajlaşma bölməsinə inteqrasiya edib, istifadəçilər artıq söhbət zamanı asistentdən istifadə edə biləcək.
Azər Türk Bank Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib; tədbirdə etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq mövzusu müzakirə olunub.
BakıKart və Mastercard Çempionlar Liqası çərçivəsində xüsusi kampaniya keçirir — noyabrın 25-26-da ictimai nəqliyyatdan 1 qəpiyə istifadə etmək mümkün olacaq.