200 min ədəd Apple Vision Pro satılıb

Rəsmi olaraq 2 Fevralda satışa çıxarılacaq olan Apple Vision Pro, 19 Yanvarda ön sifarişə açılmışdı. O gündən bəri isə təxminən 200 min ədəd Vision Pro satıldığı iddia edilir.

Apple’ın uzun müddətdir gözlənilən karma realiti gözlüyü 2 Fevralda rəsmi olaraq satışa çıxır. Lakin bundan əvvəl şirkət məhsulu ön sifarişə açmışdı və buna görə də indi təxminən 200 min Apple Vision Pro satıldıdığı güman edilir.

Apple, Vision Pro üçün ön sifarişləri 19 Yanvarda qəbul etməyə başlamışdı, beləliklə karma realiti gözlüyü ABŞ-da 10 gündür ki, alınması mümkün idi. Keçən bazar ertəsi günü Apple analisti Ming-Chi Kuo, Apple’ın cihaz üçün ön sifariş həftə sonu boyunca təxminən 160 min ila 180 min Vision Pro birimi sattığını iddia etmişdi. Hazırki məlumatlara baxıldığında isə satışların o zamandan bəri bir az yavaşladığını görmək mümkündür.

Buraxıldığı gün evə çatdırılan Vision Pro qulaqlıqları, ön sifarişlərin başlanmasından bir neçə saat sonra tükənmişdi və qısa bir müddət sonra mağazadan alma seçimləri əlavə edilmişdi. Beləliklə ilk sifarişlərin ardından qulaqlığa olan marağın bir az azalmaya başlaması da qəribə səslənmir.

Ming-Chi Kuo, Vision Pro’ya olan tələbin sürətlə azala biləcəyini deyir. Qulaqlığın qiyməti 3,500 dollardır və bu qiymət bir çox müştərinin büdcəsini aşır. Apple’ın təxminən yarım milyon Vision Pro qulaqlıq istehsal etməsi gözlənilir.

Yeri gəlmişkən YouTube və Spotify’ın Apple Vision Pro üçün tətbiq dəstəyi verməyəcəyini xatırladaq. Həmçinin Apple Vision Pro təmirinin maliyyətinin 2,399 dolları da iddia edilirdi. Bu da məhsulun alınmasında və ya alınmamasında vacib bir məqam ola bilər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 86 min dollara yüksəldi: analitiklər 90 min dollar səviyyəsini test edə biləcəyini deyir

Bitcoin 86 min dollar səviyyəsinə yüksəlib və analitiklər qısa mövqelərin sıxışdırılmasından sonra 90 min dollar hədəfini müzakirə edir.

Meta-nın Muse AI agenti Amazon.com-dan bloklandı: rəqabət kəskinləşir

Meta-nın yeni süni intellekt agenti Muse, Amazon.com platformasından bloklanıb. Bu, texnoloji nəhənglər arasında rəqabətin yeni mərhələsidir.

Temu Avropada dörd ölkədə lider oldu

Temu Avropanın dörd ölkəsində ən böyük onlayn pərakəndə satıcı olub və bir çox ölkədə ilk 10 sırasına daxil olub.

Bitcoin 87.000 dolları keçdi: qısa pozisiyalar sıxılır

Bitcoin 45 həftə ərzində ilk dəfə 50 həftəlik orta göstəricisini üstələyib və 87.000 dolları keçib. Treyderlər artan leverage-a görə ehtiyatlıdır.

Bitcoin üçüncü rübdə 44% artdı: kripto bazarında tam bull run gözləntisi

Bitcoin üçüncü rübdə 44% artaraq 86.000 dolları keçib. Strategy 75 milyon dollarlıq BTC alıb, bazar tam bull run gözləntisinə keçir.
spot_img