Süni İntellekt dövründə Stablecoinlər mövzusunda Crypto Meetup keçirilib

Blockchain Azərbaycan Mərkəzi tərəfindən, Azərbaycan Texniki Universiteti (AzTU) nəzdində fəaliyyət göstərən İnkubasiya Mərkəzində “Süni İntellekt dövründə stablecoin istifadəsi” mövzusunda görüş keçirilib.

Tədbir süni intellekt və AI agentlərinin sürətlə inkişaf etdiyi şəraitdə stablecoinlərin maliyyə sistemində rolu, tətbiq imkanları və gələcək perspektivlərinə həsr olunub. Görüş çərçivəsində iştirakçılar real nümunələr əsasında stablecoinlərin AI sistemlərində istifadəsi, avtomatlaşdırılmış ödəniş mexanizmləri və rəqəmsal iqtisadiyyatda yeni yanaşmalar barədə məlumatlandırılıb.

Tədbirin açılışında AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri və “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Osman Gündüz çıxış edərək süni intellekt və blokçeyn texnologiyalarının sinerjisi, bu sahədə yaranan yeni imkanlar və innovasiya ekosistemindəki rolu barədə fikirlərini bölüşüb.

Daha sonra “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Orxan Əhmədov (BonPara şirkətinin təsisçisi) fintech, süni intellekt və blokçeyn texnologiyalarının inteqrasiyası, stablecoinlərin real biznes modellərində tətbiqi və bazar imkanları ilə bağlı təqdimat edib.



Daha sonra “Blockchain Azərbaycan” Mərkəzinin üzvü Elnur Quliyev də çıxış edərək, MasterCard tərəfindən təsis edilmiş və 87 kripto aktiv və blokçeyn şirkəti ilə başlatdığı Crypto Proqram haqqında ətraflı bəhs etmişdir.

Tədbirdə həmçinin “Blockchain Azərbaycan” Mərkəzinin üzvləri Elşad Yusifli və Sənan Həsənov çıxış edərək kripto aktivlər bazarının inkişafı, stablecoinlərin praktik istifadəsi və bu sahədə mövcud çağırışlar barədə ətraflı məlumat veriblər.

Görüş banklar, ödəniş təşkilatları, kripto aktivlər sahəsində fəaliyyət göstərən şirkətlər və startap nümayəndələrini bir araya gətirərək həm bilik mübadiləsi, həm də yeni əməkdaşlıqların qurulması üçün platforma rolunu oynayıb.

Sonda iştirakçılar arasında müzakirələr aparılıb, sual-cavab sessiyası çərçivəsində mövzu ilə bağlı müxtəlif yanaşmalar və praktiki təkliflər səsləndirilib. Tədbirin həm nəzəri, həm də praktiki baxımdan iştirakçılar üçün faydalı olduğu qeyd olunub.

Tədbirdə təqdim edilmiş təqdimatları tanışlıq məqsədilə yükləyə bilərsiniz:

1. Orxan Əhmədov – Süni intellekt dövründə Stabilkoinlər.

2. Elnur Quliyev – MasterCard Kripto Proqramı.

spot_imgspot_img

Oxşar xəbərlər

AMB: Valyuta alışları manat likvidliyini artırır və faizlərə azaldıcı təsir göstərir

AMB-nin valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir və valyuta ehtiyatlarını tarixi maksimuma çatdırıb.

Bir mikro sahibkarlar üçün “Biznesdə birlikdə” proqramına start verdi

Bir şirkəti mikro sahibkarlığın dəstəklənməsinə yönəlmiş “Biznesdə birlikdə” proqramına start verib.

Azərbaycan Mərkəzi Bankı faiz qərarını sentyabrın 23-də açıqlayacaq

AMB sentyabrın 23-də faiz dəhlizinin parametrlərini press-reliz formatında açıqlayacaq; uçot faizinin 6,5%-də saxlanması gözlənilir.

Spot bitcoin ETF-lərinə 1 milyard dollara yaxın vəsait axın etdi

Spot bitcoin ETF-lərinə bazar ertəsi təxminən 1 milyard dollar vəsait axın edib ki, bu da tarixdə 9-cu ən böyük göstəricidir.

Meta-nın Muse AI agenti ChatGPT-nin mobil startını üstələyir

Appfigures məlumatlarına görə, Meta-nın Muse agenti mobil debütdən sonra ChatGPT-dən daha çox yükləmə və aktiv istifadəçi toplayıb.
spot_img