“SOCAR Hackathon 2025″in rəsmi tərəfdaşı məlum olub

Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “Microsoft”un “SOCAR Hackathon 2025″də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.

Münsiflər heyətində təmsil olunacaq “Microsoft” tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.

Bunla yanaşı, “Microsoft” “Hackathon” üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.

“Microsoft” şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Prometheum: Tokenləşdirilmiş qiymətli kağızlar üçün Wall Street paylanması açar rol oynayır

Prometheum tokenləşdirilmiş qiymətli kağızların kütləvi qəbulu üçün Wall Street paylanmasının vacib olduğunu bildirir.

Coinbase CEO-su maliyyə istəkləri siyahısını açıqladı

Coinbase CEO-su Brian Armstrong qlobal maliyyəni təkmilləşdirmək üçün istək siyahısını açıqlayıb.

ECB bankları Mythos riskləri üzrə təcili görüşə çağırdı

Avropa Mərkəzi Bankı, Mythos süni intellekt sisteminin yaratdığı risklərə qarşı bankları təcili görüşə çağırdı.

Apple saytında Gen AI alt domaini aşkarlandı – WWDC yaxınlaşır

Apple-ın veb saytında Gen AI alt domaini aşkarlandı. Bu, WWDC 2026-da süni intellektin əsas mövzu olacağını göstərir.

Mastercard Braziliya ödəniş prosessorlarından zərəri bölüşməyi tələb edir

Mastercard, Banco Masters iflası səbəbindən yaranan zərərin bir hissəsini Braziliya ödəniş prosessorları ilə bölüşmək istəyir.
spot_img