“SİMA Pay” artıq “Pasha Bank” POS-terminallarında!

PAŞA Bank POS-terminallarında SİMA Pay ilə biometrik ödənişlər aktivləşdirilib

PAŞA Bank POS-terminal üzərindən üz tanıma ilə ödəniş qəbulunu pilot rejimdə istifadəyə verib.

SİMA Pay biometrik ödəniş həlli PAŞA Bank POS-terminallarına inteqrasiya olunub. Yeni funksionallıq müştərilərə fiziki kart, telefon və ya nağd vəsaitdən istifadə etmədən üz tanıma vasitəsilə ödəniş etməyə imkan verir.

Xidmət hazırda pilot mərhələdədir və yalnız PAŞA Bank kart sahibləri üçün əlçatandır. İlkin mərhələdə biometrik ödəniş “City Mall”da yerləşən “Bravo” supermarketində aktivdir.

Bu inteqrasiya POS-terminal infrastrukturunda biometrik identifikasiya əsasında ödəniş qəbulunun tətbiqi baxımından yerli bazar üçün mühüm yeniliklərdən biri hesab oluna bilər. Həll ödəniş prosesinin sadələşdirilməsi, istifadəçi təcrübəsinin sürətləndirilməsi və kartdan fiziki istifadə ehtiyacının azaldılması baxımından əhəmiyyət daşıyır.

Bankın məlumatına görə, xidmətin yaxın müddətdə digər ödəniş məntəqələrində də istifadəyə verilməsi planlaşdırılır.

spot_imgspot_img

Oxşar xəbərlər

Disney Character.AI aktivlərini 20 milyon dollara almağı planlaşdırır

Disney süni intellekt çat-bot tərtibatçısı Character.AI-ın aktivlərini 20 milyon dollara almağı planlaşdırır. Şirkət müflisləşmə elan edib.

Google yeni Gemini 4 Argon süni intellekt modelini istifadəyə verdi

Google yeni üst səviyyə süni intellekt modeli Gemini 4 Argon-u istifadəyə verib. Model uzun və çoxaddımlı tapşırıqlar üçün nəzərdə tutulub.

Kartdan-karta köçürmələr üzrə yeni tariflər müəyyən edildi

Mərkəzi Bank kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqlarını təsdiqləyib. Tariflər əməliyyat məbləğindən asılı olaraq 3 qəpikdən 4 manatadək dəyişir.

Standard Chartered BƏƏ müştəriləri üçün birbaşa bitcoin ticarətinə başlayır

Standard Chartered Birləşmiş Ərəb Əmirliklərində varlı müştəriləri üçün birbaşa bitcoin və ether ticarətini təqdim edib. Bank saxlanmanı daxili qapalı model vasitəsilə həyata keçirir.

Banklar son altı ayda 62 milyon manatlıq krediti silib

Banklar 2026-cı ilin birinci yarısında 62 milyon manatlıq krediti balansdan silib. Silinmələrin 92%-ni istehlak kreditləri təşkil edir.
spot_img