Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik: “mygov” tətbiqi vasitəsilə rəqəmsal formada təqdim olunacaq

Dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  qurumların bu prosesi daha çox xidmət sahəsinə inteqrasiya etməsinin təşviqi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

spot_imgspot_img

Oxşar xəbərlər

X5 «Apeльсин» loyallıq servisini öz nəzarətinə keçirdi

X5 qrup şirkəti «Apeльсин» loyallıq servisini öz nəzarətinə keçirib. Servis Alfa-Bank və Bilayn ilə birlikdə inkişaf etdirilir.

Ozon marketpleyslərə alıcıların pasport məlumatlarını yoxlamaq icazəsi istəyir

Ozon elektron ticarət mallarının gömrük bəyannaməsi qaydaları ilə bağlı marketpleyslərə alıcıların pasport məlumatlarını yoxlamaq icazəsi verilməsini təklif edib.

SpaceX və Tesla birləşməni araşdırır: 30 mindən çox bitcoin bir şirkətdə birləşə bilər

İlon Maskın iki şirkəti potensial birləşməni qiymətləndirir. Nəticədə 30 mindən çox bitcoin bir qurumda toplana bilər.

ChatGPT istifadəçilərə söhbətlərini kilidləmək imkanı verir

ChatGPT istifadəçilərə şəxsi söhbətlərini kilidləmək imkanı təqdim edib ki, bu da məxfiliyin qorunmasında mühüm addım sayılır.

Azərbaycanın sığorta sektorunda yeni siniflər və məhsullar planlaşdırılır

Azərbaycanda sığorta sektorunda yeni siniflərin yaradılması və icbari avtosığorta üzrə yeniliklər nəzərdə tutulur.
spot_img