Rəqəmsal İnkişaf Şurası yaradıldı – Sədri Mehriban Əliyevadır

Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılıb.

Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib:

Şuranın sədri

Azərbaycanın Birinci vitse-prezidenti

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılacaq və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə ediləcək.

Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

spot_imgspot_img

Oxşar xəbərlər

Tesla SpaceX ilə uçan Roadster prototipini təqdim etdi

Tesla SpaceX ilə əməkdaşlıqda uçan Roadster prototipini təqdim edib. Təqdimatdan sonra tokenləşdirilmiş Tesla aktivlərinə kripto bazarlarında tələb artıb.

Circle stablecoin tələbi artdıqca 40 yeni bazara çıxır

Circle qlobal stablecoin tələbinin artması fonunda 40 yeni bazara çıxmağı planlaşdırır. Şirkət Asiya, Afrika və Latın Amerikasında genişlənməni hədəfləyir.

Kvant Alliance kripto şirkətləri kvant təhlükəsinə qarşı birləşdi

Doqquz kripto şirkəti kvant hücumlarına hazırlaşmaq üçün Quantum Alliance yaradıb. Şirkətlər təhlükənin vaxtı və zəif bitkoinlərin taleyi barədə fikir ayrılığına düşür.

Deutsche Bank kriptovalyuta saxlama xidmətini işə salır

Deutsche Bank yaxın həftələrdə kriptovalyuta saxlama xidmətini istifadəyə verəcək. Xidmət əvvəlcə Almaniyada, gələn il isə Asiyada fəaliyyət göstərəcək.

Tayvan Çinə süni intellekt çiplərinin ixracını məhdudlaşdıracaq

Tayvan Çinə süni intellekt çiplərinin və qabaqcıl avadanlıqların ixracına yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
spot_img