Rəqəmsal İnkişaf Şurası yaradıldı – Sədri Mehriban Əliyevadır

Azərbaycan Prezidenti İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası (bundan sonra – Şura) yaradılıb.

Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib:

Şuranın sədri

Azərbaycanın Birinci vitse-prezidenti

Şuranın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılacaq və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə ediləcək.

Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI 122 milyard dollar investisiya ilə tarix yazdı

ChatGPT-nin yaradıcısı OpenAI süni intellekt tarixinin ən böyük investisiya turunu — 122 milyard dollar — tamamladı. Bu addım şirkətin bazar dəyərini tarixi səviyyəyə çatdırır.

Kelp DAO 293 milyon dollar hack: 2026-cı ilin ən böyük DeFi oğurluğu

Kelp DAO platformu 293 milyon dollarlıq kiberhücumla 2026-cı ilin ən böyük DeFi oğurluğunun qurbanı oldu. Hadisə kripto ekosisteminə geniş miqyaslı dalğa effekti yaratdı.

American Express süni intellekt şirkəti Hyper-i satın alır: Fintech dəyişir

American Express, agentik süni intellekt həlləri ilə korporativ xərcləri avtomatlaşdıran Hyper şirkətini satın alır. Bu addım fintech sektorunda AI inteqrasiyasının sürətləndiyini göstərir.

Amazon Çinə qayıdır: 7 il sonra Alibaba və JD.com-a yenidən meydan oxuyur

Amazon, Alibaba və JD.com tərəfindən bazardan sıxışdırıldıqdan 7 il sonra Çinə qayıtmağı planlaşdırır. Bu dəfə strategiya tamamilə fərqlidir.

Venture kapital Kripto-AI layihələrini üstün tutur: Hər dollar 40 sent AI-kripto-ya

Venture kapital dünyasında kripto-AI kombinasiyalı layihələr sürətlə dominantlığa yüksəlir: hər dolların 40 senti artıq xalis kripto deyil, AI-kripto layihələrinə gedir.
spot_img