Qanunsuz qumar və mərc oyunlarının reklamına görə 5 influenser cərimələndi

Bir sıra rəqəmsal platforma təsirçilərinin sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və Agentliyə daxil olan müraciətlər araşdırılır. 

Bu barədə Marja-ya Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub. Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib. 

Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub. 

Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib. 

Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Yuxarıda qeyd olunmuş qanunsuz reklamların yayımı ilə üzləşən şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə – fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Gemini söhbət zamanı proqram endirməyə imkan verir – Google Play inteqrasiyası

Google Gemini, söhbət zamanı proqram kəşf etməyə və endirməyə imkan verən Play inteqrasiyasını təqdim etdi.

Assort Health 120 milyon dollar investisiya aldı – Dəyəri 1.2 milyard dollara çatdı

Assort Health, 120 milyon dollar investisiya ilə dəyərini 1.2 milyard dollara çatdıran süni intellekt əsaslı sağlamlıq startupıdır.

OpenAI öz süni intellekt çipini hazırlayır – Nvidia’ya rəqib

OpenAI, Broadcom ilə əməkdaşlıqda Jalapeño adlı fərdi süni intellekt çipini inkişaf etdirir.

Aave və Solana tokenləri kripto bazarının canlanmasına öncülük edir

Aave və Solana tokenləri, tokenləşdirilmiş səhm ticarəti və geri alım proqramı ilə kripto bazarında yüksəlişə öncülük edir.

İspaniya tənzimləyicisi MiCA-ya uyğun olmayan kripto şirkətlərinə güzəşt etməyəcək

İspaniya tənzimləyicisi, MiCA qaydalarına uyğunlaşmayan kripto şirkətlərinə güzəşt edilməyəcəyini açıqlayıb.
spot_img