“PASHA Bank Cup VI” yarışının ilk təsnifat mərhələsi başladı

IT sahəsində təhsil alan və çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş “PASHA Bank Cup VI” yarışının ilk təsnifat mərhələsinə start verilib. 

“Data strukturları, axtarış və sıralama alqoritmləri” mövzusunda ilk təsnifat mərhələsi 16-18 avqust 2024-cü il tarixdə onlayn rejimdə keçirilir. Qeyd edilən tarixdə bu linkə keçid edərək, müsabiqəyə qoşulmaq mümkündür. 

Qeyd edək ki, “Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VI” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarətdir. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və “PASHA Bank Cup VI” kuboku uğrunda mübarizə aparacaq. 

Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər. 

“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi isə 30 avqust -1 sentyabr tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində baş tutacaq. 

Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə müsabiqənin müvafiq saytında, “PAŞA Bank”ın sosial şəbəkə platformalarında və rəsmi “Digital Engineering” adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Shein ABŞ gömrük qaydaları səbəbindən 99 milyon dollar zərər açıqladı

Çin əsaslı sürətli moda platforması Shein, ABŞ-ın aşağı dəyərli idxal bağlamalarına tətbiq etdiyi gömrük rüsumları istisnasının ləğvindən sonra ilk rübdə 99 milyon dollar zərər açıqladı.

Kriptonun 90 trilyon dollarlıq ticarət məhsulu Uoll-Stritə gəlir: banklar ehtiyatlı

Kripto treyderlərinin sevimli törəmə aləti olan perpetual futures, indi ABŞ-ın tənzimlənən bazarlarında əlçatan olur, lakin Wall Street bankları hələ tam iştirak etmir.

Ilya Sutskever-in Safe Superintelligence şirkəti Nvidia ilə tərəfdaşlıq qurur

İki il gizli işlədikdən sonra Safe Superintelligence, Nvidia ilə tərəfdaşlıq edərək tədqiqatını miqyaslandırmağa hazırlaşır.

Bitcoin ETF-ləri ardıcıl üçüncü həftəlik girişi qeydə aldı, amma son günlərdə itkilər oldu

Bitcoin ETF-ləri üçüncü həftə də müsbət giriş əldə etdi, lakin həftənin sonunda 465 milyon dollar çıxış qeydə alındı.

Securitize SEC məsləhətçi lisenziyası ilə Wall Street etimadını qazanır, tokenizasiya genişlənir

Securitize, SEC məsləhətçi lisenziyası ilə tokenizasiya platformasını genişləndirir, Wall Street etimadını artırır.
spot_img