PAŞA Holding-in “Bir” ekosistemi təqdim olundu – Yeni bir dövrün başlanğıcı

“Bir” ekosistemi “Birbank”, “m10”, “MilliÖn”, “Umico.az” və holdinqin birgə müəssisələri olan “BakıKart” və “Trendyol Azərbaycan”ın xidmətlərini bir araya gətirir.

7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən “Bir” ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olunub.

“Kapital Bank”ın yaydığı məlumata istinadən “Bir” ekosistem “PAŞA Holding” tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir. Ekosistem “Birbank”, “m10”, “MilliÖn”, “Umico.az” və holdinqin birgə müəssisələri olan “BakıKart” və “Trendyol Azərbaycan”ın xidmətlərini bir araya gətirir.

Tədbir “Bir” ekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır.

“Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq” – deyə o çıxışında vurğulayıb. 

“Bir” ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan “Birbank”, “Umico.az”, “m10” və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.

Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Umico.az”da “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər.

Qeyd edək ki, “Bir” ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir. 

Tədbirin sonunda Fərid Məmmədov “Bir” ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir”.

Rəsmi təqdimat mərasimində Bir ekosistemini təşkil edən şirkətlərin – “Birbank”, “Umico.az” və “M10”, “MilliÖn” Baş icraçı direktorları Fərid HüseynovRauf Qulaməliyev və Samir Məmmədov rəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər.

Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto, Wall Street treyderlərinin həftəsonu keçirmə tərzini dəyişir

Kripto valyutaların 24/7 ticarəti Wall Street treyderlərinin həftəsonu anlayışını dəyişdirir.

Avropa İttifaqı Çin mənşəli e-ticarət təzyiqini tarazlamaq axtarışında

Avropa İttifaqı, Çin mənşəli e-ticarət platformalarının artan təzyiqinə qarşı tənzimləmə tədbirlərini gücləndirir.

Circle IBM-dən 1000-ə yaxın blokçeyn patentini alır

Circle, IBM-dən təxminən 1000 blokçeyn patentini alır, bu da e-ticaret ödənişləri və təhlükəsizliyi üçün yeni imkanlar yaradır.

Fintables-dan maliyyə süni intellekt asistanı Evo istifadəyə verildi

Fintables, süni intellekt əsaslı maliyyə asistanı Evo-nu istifadəyə verərək fintex sektorunda inqilab edir.

Fanatics tənzimlənən birja alaraq proqnoz bazarını genişləndirir

Fanatics, proqnoz bazarlarına girmək üçün tənzimlənən birja satın alır və e-ticaret platformasını genişləndirir.
spot_img