Ozon məhsul şəkillərinin fonunu yaratmaq və keyfiyyətini yaxşılaşdırmaq üçün Sİ redaktorunu sınaqdan keçirməyə başlayıb

Marketpleys yeni Sİ-redaktoru hazırlayıb: bu redaktor vasitəsilə uyğun fon yarada və ya uğursuz fonu silə, eləcə də aşağı keyfiyyətdə yüklənmiş şəkillərin keyfiyyətini yaxşılaşdıra bilərsiniz. Ximdət pulsuz təqdim ediləcək.

Xidmət hələlik test mərhələsindədir və bir qrup satıcı üçün əlçatandır. “Tezliklə” bütün məhsul kateqoriyalarına aid satıcılar şəkillərin keyfiyyətini yaxşılaşdıra və fonu silə biləcəklər, fon yaratma funksiyası isə bəzi kateqoriyalar üçün (bağ və ev, ayaqqabı, mebel və s.) əlçatan olacaq.

Redaktor şəxsi kabinetdə mövcuddur. Ondan istifadə etmək üçün satıcı məhsulun yeni şəklini seçməli və ya yükləməli, alətdən istifadə etməlidir. Hazır şəkil məhsul kartına yüklənə bilər.

Bu, satıcılar üçün ilk Sİ aləti deyil. 2023-cü ilin payızında Ozon məhsullara video üz qabıqlarının yaradılması üçün xidmət istifadəyə vermişdi, 2024-cü ildə isə Fashion kateqoriyası üçün məhsul kartlarında virtual model üzərində geyimlərin şəkillərini yaratmaq üçün Sİ generatorunu sınaqdan keçirməyə başlamışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...

Bir – yeni e-ticarət və fintek ekosistemi

Umico brendinin BirMarket adı altında yenidən brendləşdirilməsi gözlənilir. Bu...

m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20...

Papara-ya qanunsuz mərc əməliyyatı: 8 şirkət və çoxsaylı əmlaka həbs qoyuldu

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan qanunsuz mərc araşdırması...
spot_img