OpenAI Slack şirkətinin baş direktorunu – Deniz Dresser-i gəlir direktoru vəzifəsinə edib

OpenAI korporativ müştərilərdən əldə olunan gəlirləri artırmaq məqsədilə Slack-ın baş direktoru Deniz Dresser-i chief revenue officer — gəlir direktoru vəzifəsinə gətirib.

Dresser 2023-cü ildə Slack-ın baş direktoru olmuşdu, bundan əvvəl isə 12 il Salesforce-da çalışmışdı. Bloomberg yazır ki, OpenAI-də o, ilk növbədə korporativ müştərilərdən əldə olunan gəlir strategiyasına cavabdeh olacaq. Nəşrin qeydinə görə, bu təyinat OpenAI-nin öz məhsullarının biznes sektorunda tətbiqini genişləndirmə cəhdidir.

Bloomberg bildirir ki, OpenAI neyron şəbəkələrinin (Sİ – Süni İntellekt infrastrukturu) inkişafına yatırılan investisiyaları əsaslandırmaq üçün gəlirini sürətlə artırmalıdır – şirkət təkcə Sİ infrastrukturu üçün ən azı 1,4 trilyon dollar xərcləməyi planlaşdırır. TechCrunch isə Dresser-in rolunu “şirkətin gəlirliyə çevrilməsi üçün əsas” kimi qiymətləndirir.

Wired-in məlumatına görə, Slack-ın müvəqqəti baş direktoru vəzifəsini şirkətin məhsul direktoru Rob Siemen yerinə yetirəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

X saxta bitcoin xəbər botlarına görə öz istifadəçilərini məhkəməyə verdi

X platforması saxta bitcoin xəbər başlıqları yayan bot şəbəkəsinə görə istifadəçilərini məhkəməyə verib.

SoftBank OpenAI investisiyası üçün $11 milyarddan çox borclanmağı planlaşdırır

SoftBank Group OpenAI-yə əlavə investisiyalar üçün 11 milyard dollardan çox vəsait cəlb etməyi planlaşdırır.

Anthropic dərman araşdırmaları üçün bioloji laboratoriya açdı

Anthropic süni intellekt dəstəkli dərman araşdırmaları üçün fiziki bioloji laboratoriya açaraq AI və elmi tədqiqatları birləşdirir.

Yandex Alice AI Foundation LLM modelini açıq mənbəyə çıxardı

Yandex yeni Alice AI Foundation LLM modelini açıq mənbə kimi yayımlayaraq tərtibatçılara tədqiqat və kommersiya layihələrində istifadə imkanı yaradıb.

AMB: Bank Respublikanın AccessBank alışı dayanıqlığı artıra bilər

Azərbaycan Mərkəzi Bankı Bank Respublikanın AccessBank-ı almasının bank sektorunda dayanıqlığa töhfə verə biləcəyini bildirib.
spot_img