OpenAI, 100 milyard dollar dəyəri üzərindən investisiya almağa hazırlaşır.

ChatGPT ilə süni intellekt ekosisteminin ən vacib şirkətlərindən birinə çevrilən OpenAI, hər keçən gün böyüməyə davam edir. Son 5 il ərzində günümüzün ən çox investisiya alan şirkətlərindən biri olmağı bacaran OpenAI, yeni bir investisiya almağa hazırlaşır.

The Wall Street Journal tərəfindən yayımlanan xəbərə görə, şirkət yaxın zamanda 100 milyard dollar dəyəri üzərindən yeni bir investisiya alacaq. Xatırladaq ki, ötən fevral ayında OpenAI-ın dəyərinin 80 milyard dolları keçdiyini sizə bildirmişdik.

Sözügedən investisiyanın OpenAI-ın mövcud investorları arasında yer alan Thrive Capital tərəfindən həyata keçirilməsi gözlənilir. Thrive Capital, yeni investisiya turunda şirkətə təxminən 1 milyard dollar sərmayə qoyacaq. Şirkətin ən mühüm investorları arasında yer alan Microsoft-un da bu investisiya turuna qatılacağı gözlənilir. Microsoft-un bu günə qədər OpenAI-a təxminən 13 milyard dollar dəyərində bulud infrastrukturu və maliyyə dəstəyi verdiyini də əlavə edək.

Andreessen Horowitz, K2 Global, Sequoia Capital, Tiger Global Management, Khosla Ventures və Y Combinator kimi digər investorların bu tura qatılıb-qatılmayacağı və ya şirkətin yeni investisiya turunda nə qədər investisiya almayı hədəflədiyi barədə isə hələ heç bir məlumat yoxdur.

İlk investisiyasını 2016-cı ildə Y Combinator-dan alan OpenAI-ın bu günə qədər ümumilikdə 11,3 milyard dollarlıq investisiya topladığını da xatırladaq. Şirkətin yenidən investisiya axtarışında olmasının əsas səbəbi isə xərclərdir. The Information tərəfindən yayılan məlumata görə, şirkət süni intellekt təlimi və işçi qəbuluna artıq 8,5 milyard dollar xərcləyib.

spot_imgspot_img

Oxşar xəbərlər

Yeni Solana təklifi gündəlik SOL yandırma həcmini 800 min dollara çatdıra bilər

Solana təklifləri gündəlik SOL yandırmasını artırmağı və yeni token yaradılmasını yavaşlatmağı hədəfləyir.

Bitcoin-in yüksəlişi yeni kripto alıcılarını cəlb edir: Fed təcrübəsi

Fed təcrübəsi, Bitcoin rallilərinin yeni kripto alıcılarını bazara cəlb etdiyini göstərir.

Coinbase Base şəbəkəsində tokenləşdirilmiş səhmləri təqdim etdi

Coinbase, Base şəbəkəsində Apple, Nvidia, Meta və Alphabet səhmlərinin tokenləşdirilmiş versiyalarını istifadəyə verdi.

Wildberries satıcılarına PUA hücumlarından sonra vergi güzəşti veriləcək

Wildberries satıcıları PUA hücumlarından sonra vergi və sığorta haqlarında güzəşt alacaqlar. Dövlət dəstəyi davam edir.

M.Video bazarı satıcıları ödəniş gecikmələrindən şikayətlənir

M.Video satıcıları ödənişlərin gecikdiyini bildirir. Şirkət əlavə yoxlamaları səbəb göstərir.
spot_img