“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA yeni nəsil rəqəmsal imza ilə “mygov” mobil tətbiqinə giriş artıq mümkündür.

Vətəndaşlar vahid giriş sistemi olan “digital.login” vasitəsilə “mygov” platformasına daxil olaraq müxtəlif dövlət qurumlarının təqdim etdiyi məlumatlara asanlıqla çatış imkanı əldə edirlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması vətəndaşlara iş yeri, yaşayış ünvanı, ailə üzvləri, adına olan əmlak, təhsil diplomları, mobil nömrələr, cərimələr, etibarnamələr və s. kimi 40-dan çox rəqəmsal məlumat təqdim edir. Bununla yanaşı, şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında rəqəmsal sənədləri də bu platformada əldə etmək mümkündür. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF formatında paylaşa bilərlər.

Tətbiq, vətəndaşlara öz fərdi məlumatlarının dövlət qurumları tərəfindən istifadəsinə nəzarət etmə imkanı da yaradır. Eyni zamanda, ailə qurmaq, uşaq sahibi olmaq və ya ailə üzvünün vəfatı kimi həyat hadisələrinə aid dövlət xidmətləri də “mygov” üzərindən təqdim olunur.

SİMA İmzanı əldə etmək üçün sadəcə mobil telefona eyni adlı tətbiqi yükləmək kifayətdir və bu xidmətdən tamamilə ödənişsiz yararlanmaq mümkündür.

SİMA yeni nəsil rəqəmsal imza haqqında daha geniş məlumatı www.sima.az saytından və ya “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

spot_imgspot_img

Oxşar xəbərlər

Kakao Pay və KakaoBank Fireblocks ilə stablecoin imkanlarını araşdırır

Kakao Pay və KakaoBank Fireblocks ilə stablecoin imkanlarını araşdırır, rəqəmsal aktiv infrastrukturu yaradılır.

Cardano AI agent ödənişləri yarışına qoşuldu: x402 dəsti genişlənir

Cardano x402 dəstinə qoşularaq süni intellekt agentlərinin ADA ilə ödəniş etməsinə imkan yaradıb.

BƏƏ-də e-ticarət tədbirləri üçün sponsorluq imkanları genişlənir

Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək WORLDEF Dubai 2027 tədbiri e-ticarət şirkətləri üçün sponsorluq və tərəfdaşlıq imkanları təqdim edir.

Bitcoin 86 min dollara yüksəldi: analitiklər 90 min dollar səviyyəsini test edə biləcəyini deyir

Bitcoin 86 min dollar səviyyəsinə yüksəlib və analitiklər qısa mövqelərin sıxışdırılmasından sonra 90 min dollar hədəfini müzakirə edir.

Meta-nın Muse AI agenti Amazon.com-dan bloklandı: rəqabət kəskinləşir

Meta-nın yeni süni intellekt agenti Muse, Amazon.com platformasından bloklanıb. Bu, texnoloji nəhənglər arasında rəqabətin yeni mərhələsidir.
spot_img