“mygov” rəqəmsal hökumət platformasının yenilənmiş versiya təqdim olundu

17 sentyabr 2024-cü il tarixində yenilənmiş “mygov”  rəqəmsal hökumət platformasının rəsmi təqdimat günü baş tutub. Tədbirdə dövlət və özəl qurumların rəhbər şəxsləri, media nümayəndələri və sahə ekspertləri iştirak ediblər.

 Tədbiri açılış nitqi ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş platformanın üstünlüklərinə diqqət çəkib:

“mygov” vasitəsilə vətəndaşlar bir neçə kliklə öz şəxsi məlumatlarına daxil ola və yeniləyə, vacib bildirişləri izləyə və həyat hadisələri ilə bağlı bəzi prosesləri avtomatlaşdıra bilərlər. Bu, daha şəffaf və istifadəçi dostu rəqəmsal hökumət ekosistemini inkişaf etdirir, vətəndaşların artıq fiziki ofislərdə vaxt keçirməyə və ya ağır sənədləşmə işləri ilə məşğul olmağa ehtiyac duymamasını təmin edir. Bu məqsədlərimizə uyğun olaraq ilin sonuna qədər vətəndaşlar tərəfindən alınan fiziki xidmətlərin 15%-nin rəqəmsal formaya keçməsini hədəfləyirik”

 Daha sonra çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva platformanın missiya və hədəflərindən bəhs edib:

“İki il öncə bu yola çıxarkən hədəfimiz, vətəndaş mərkəzli və istifadəçi dostu bir platforma yaratmaq, davamlı və etibarlı yanaşma təqdim etmək idi. Bu gün isə vətəndaşlarımızın həyatını sadələşdirən, xidmət və məlumatları əlçatan edən çevik, və səmərəli bir rəqəmsal hökumət təqdim edirik. Uzunmüddətli texnoloji həllər qurmaqla yanaşı, beynəlxalq təcrübəni yerli şəraitə uyğunlaşdıraraq sürətlə inkişaf edirik. ‘mygov’ sadəcə bir platforma deyil, vətəndaşlarımız üçün dəstək və qayğının simvoludur”

Tədbirin davamında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədr müavini Rəşad Xalıqovun geniş təqdimatı baş tutub. Təqdimatda “mygov” platformasının təqdim etdiyi yeni xidmətlər və üstünlüklər haqqında məlumat verib.

  Belə ki, yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri  ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Nikah üçün lazımi sənədləri rəqəmsal şəkildə təqdim etmək, yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq artıq platforma üzərindən mümkündür.

 “mygov” tətbiqində 40-dan çox məlumat “məlumatlarım” bölməsində yerləşdirilib. Bununla yanaşı şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm şəhadətnaməsi kimi sənədlər rəqəmsal formada təqdim edilir. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa bilərlər. “mygov” mobil tətbiqində paylaşılan  məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür. Eyni zamanda qurumlar tərəfindən sorğulanan fərdi məlumatların vətəndaşlar tərəfindən icazəsinin idarə edilməsi təmin edilib.

 Yenilənmiş versiyada təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və müraciət funksiyası vasitəsilə vətəndaşlar dövlət xidmətləri ilə əlaqəni daha sürətli və şəffaf şəkildə qura bilərlər. Platformada eyni zamanda elektrik doldurma məntəqələrinin siyahısı, kommunal abunə kodlarının dəyişdirilməsi, pensiya kalkulyatoru, yerli icra hakimiyyətlərinə vətəndaş qəbulu kimi xidmətlər aktiv edilib.  

 Qeyd edək ki, təqdimatın sonunda media nümayəndələri üçün sual-cavab sessiyası təşkil olunub. İRİA rəhbərliyi tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin-un bazar kapitallaşması 2030-cu ilədək 16 trilyon dollara çata bilər

Ark Invest Bitcoin-un bazar kapitallaşmasının 2030-cu ilədək 16 trilyon dollar olacağını proqnozlaşdırır. İnstitusional maraq qiymətləri yüksəldəcək.

Oskar Mükafatlarında Süni İntellektdən İstifadə Qadağan Edildi

Oskar Akademiyası mart 2027-dən başlayaraq süni intellektlə yaradılmış ssenari və aktyor performanslarını mükafatlandırmayacağını elan edib. Yeni qaydalar sənayedə müzakirələrə səbəb olub.

Wolt Kuryerləri Tiflisdə Aksiyaya Çıxdı – Tələblər Açıqlandı

Wolt platformasının kuryerləri əmək şəraitindən narazı qalaraq Bakıda aksiya keçiriblər. Aşağı tariflər, təzyiq və sosial təminat əsas tələblər sırasındadır.

Xalq Bank First Abu Dhabi Bank ilə Müxbir Münasibətləri Qurdu

Xalq Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə qurumu First Abu Dhabi Bank ilə müxbir əlaqələr yaradıb. Bu, beynəlxalq transferləri sürətləndirəcək.

Bitcoin 78 000 Dolları Keçdi: ETF Axınları Yeni Zirvəyə Çatdı

Kriptovalyuta bazarında lider olan Bitcoin qiyməti 78 000 dolları aşdı. Aprel ayında ETF-lərə rekord 2 milyard dollar axını qiymət artımını dəstəkləyib.
spot_img