Meta süni intellekt agentləri hazırlayan Manus-u 2 milyard dollara satın alıb

Meta son dövrlər Silikon Vadisində böyük rezonans doğuran Sinqapur mərkəzli süni intellekt startapı Manus-u 2 milyard dollar qarşılığında satın aldı. Bu satınalma ilə Meta süni intellekt sahəsindəki investisiyalarını kommersiyalaşdırmaq istiqamətində mühüm və konkret addım atmış oldu.

Təxminən 9 ay əvvəl yayımladığı demo video ilə diqqətləri üzərinə çəkən Manus, iş müsahibələrinin idarə olunmasından tutmuş səyahət planlarının hazırlanmasına qədər geniş spektrli tapşırıqları yerinə yetirə bilən süni intellekt agentləri üzərində çalışır. Şirkət, öz agentlərinin OpenAI-ın “Deep Research” modelləri ilə müqayisədə daha uğurlu nəticələr verdiyini iddia edir.

Demo videonun yayımlanmasından cəmi bir neçə həftə sonra Benchmark liderliyində 75 milyon dollar investisiya alan startapın dəyəri qısa müddətdə 500 milyon dollara çatmışdı. Manus-un 10 milyon dollarlıq ilk investisiya mərhələsində Tencent, ZhenFund və HSG (keçmiş Sequoia China) kimi Çinin aparıcı investisiya fondlarının iştirak etdiyi də məlumdur.

Qısa müddətdə böyük uğur qazanan Manus hazırda illik 100 milyon dollardan artıq təkrarlanan gəlir əldə edir və milyonlarla istifadəçiyə xidmət göstərir. Bu baxımdan şirkətin satın alınması bir çoxları üçün gözlənilməz addım kimi qiymətləndirilir.

Wall Street Journalın məlumatına görə, Manus komandası 2 milyard dollar dəyər üzərindən yeni investisiya mərhələsinə hazırlaşırdı. Startapı “unicorn” statusuna yüksəltməsi gözlənilən bu investisiya turuna Meta-nın da qoşulması üçün danışıqlar aparılırdı. Lakin prosesin sürətlə dəyişməsi nəticəsində Meta sadəcə investor olmaqla kifayətlənməyərək şirkətin tamamını satın almağa qərar verdi.

Satınalmadan sonra Manus Meta-nın tərkibində müstəqil şəkildə fəaliyyətini davam etdirəcək. Gələcək mərhələdə startapın Meta AI ilə inteqrasiya olunaraq Facebook, Instagram və WhatsApp kimi platformalar vasitəsilə milyonlarla istifadəçiyə çatması planlaşdırılır.

Manus-un Çin əlaqələri risk yarada bilər

Qeyd edildiyi kimi, Manus-un ilk investorları arasında nüfuzlu Çinli qurumlar yer alır. ABŞ və Çin arasında son aylarda daha da kəskinləşən texnologiya rəqabəti fonunda Meta-nın bu satınalması ciddi müzakirələrə səbəb olub.

Manus-un təsisçiləri 2022-ci ildə Pekin mərkəzli Butterfly Effect adlı şirkət qurmuş, 2025-ci ilin ortalarında isə qəfil Sinqapura köçmüşdülər. Bu köç daha əvvəl ABŞ Konqresində də gündəmə gətirilmişdi. May ayında açıqlama verən ABŞ senatoru Con Kornin Benchmark tərəfindən Manus-a edilən investisiyanı sərt tənqid etmişdi.

Amerika kapitalının Çin əlaqəli şirkətlərə yönəlməsini sual altına alan Korninin açıqlamalarından sonra Meta-nın yeni bir siyasi mübahisənin mərkəzində qala biləcəyi istisna edilmir. Keçmişdə siyasi təzyiqlər səbəbindən ciddi çətinliklər yaşayan şirkət, Nikkei Asiaya verdiyi açıqlamada Manus-un Çindəki fəaliyyətlərini dayandıracağını bildirib. Eyni zamanda startapın Çinli investorlarla bütün əlaqələrinin kəsiləcəyi də açıqlanıb.

spot_imgspot_img

Oxşar xəbərlər

CME Group CFTC-ni Kripto Perpetual Fyuçerslərə Görə Məhkəməyə Verir

CME Group, CFTC-nin Kalshi-nin perpetual fyuçers məhsulunu təsdiqləməsini məhkəmədə şikayət edəcəyini bildirdi.

HIVE 220 Milyon Dollarlıq AI İnfrastruktur Müqaviləsi İmzaladı

HIVE, 220 milyon dollarlıq AI infrastruktur müqaviləsi ilə bitcoin mədənçiliyindən AI hesablamaya keçid edir.

Algorand 2028-ci Ilədək Kuantum Rezistentliyi üçün Yol Xəritəsini Açıqladı

Algorand, 2028-ci ilə qədər kuantum rezistentliyinə keçmək üçün planlarını açıqladı. Bu, blokçeyn təhlükəsizliyi üçün mühüm bir addımdır.

Amazon AWS AI Çiplərini Satışa Çıxararaq Nvidia-ya Rəqib Olmağı Hədəfləyir

Amazon AWS, AI çiplərini digər məlumat mərkəzlərinə satmaq üçün danışıqlar aparır. CEO Andy Jassy bu fürsətin 50 milyard dollarlıq potensialı olduğunu bildirib.

PayPal Ventures yeni investisiyalarını dayandırdı

PayPal Ventures, şirkət daxilindəki yenidənqurma səbəbindən yeni yatırım fəaliyyətlərini müvəqqəti dayandırdı.
spot_img