Malta vətəndaşları ChatGPT Plus-dan pulsuz istifadə edəcək

Malta hökuməti və OpenAI arasında əldə olunan razılaşmaya əsasən, ölkənin bütün vətəndaşları ChatGPT Plus xidmətindən bir il müddətində pulsuz faydalana biləcək. Bu təşəbbüs süni intellekt sahəsində savadlılığın artırılması məqsədi daşıyır. Layihə çərçivəsində Malta sakinləri dövlət tərəfindən təsdiqlənmiş süni intellekt təlim kursunu tamamladıqdan sonra süni intellekt texnologiyalarından gündəlik həyatda daha səmərəli istifadə edə biləcəklər.

Dünyada ilk dövlət səviyyəsində AI tərəfdaşlığı

Bu addım dünyada ilk dəfədir ki, bir ölkə bütün vətəndaşlarına pullu AI xidmətini pulsuz təqdim edir. OpenAI şirkəti bu tərəfdaşlığı süni intellektin inkişafı və yayılması baxımından mühüm bir mərhələ kimi qiymətləndirir. Malta hökuməti isə bu layihənin ölkədə rəqəmsal transformasiyanı sürətləndirəcəyini və gənclər arasında AI bacarıqlarının artmasına səbəb olacağını vurğulayır.

Xatırladaq ki, ChatGPT Plus abunə xidməti aylıq 20 dollar dəyərindədir və istifadəçilərə qabaqcıl AI modellərinə, daha sürətli cavab müddətinə və prioritet girişə imkan verir. Malta hökuməti bu xərci tam şəkildə öz üzərinə götürür.

Mənbə: banker.az

spot_imgspot_img

Oxşar xəbərlər

Pinterest valideynlərə yeniyetmələrin gördüyü süni intellekt məzmununu məhdudlaşdırmaq imkanı verir

Pinterest valideynlərə yeniyetmə övladlarının lentində görünən süni intellekt məzmununu məhdudlaşdırmaq imkanı təqdim edib.

Anthropic Claude Ship təqdim etdi: kod dəyişikliklərini süni intellekt yoxlayır

Anthropic kod dəyişikliklərini avtomatik yoxlayan və təsdiqləyən Claude Ship alətini GitHub-da təqdim edib.

Wildberries satıcılar üçün bonus proqramı başladıb: ödənişli xidmətlərə endirim

Wildberries marketplace satıcılar üçün bonus proqramı işə salıb və ödənişli xidmətlərə endirim təqdim edir.

Mərkəzi Bank iri investisiya layihələrinin maliyyələşdirilməsi qaydalarını dəyişir

Mərkəzi Bank iri investisiya layihələri üzrə prudensial tənzimləmə çərçivəsini yeniləyir və banklar üçün yeni şərtlər formalaşdırır.

Amazon Decart-ı 7,5 milyard dollara alır: Nvidia ilə süni intellekt çip yarışında yeni mərhələ

Amazon süni intellekt çip yarışında mövqeyini gücləndirmək üçün Decart startup-ını 7,5 milyard dollara əldə edib.
spot_img