# wecom.az - eTicarət xəbərləri > Azərbaycan və Qlobal e-ticarət, fintech, logistika, süni intellekt, loyallıq, startup xəbərləri. ## Posts - [“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?](https://wecom.az/google-zero-n%c9%99dir-v%c9%99-niy%c9%99-e-ticar%c9%99t-ucun-t%c9%99hluk%c9%99dir/): “Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini cavabla elə nəticə səhifəsində “doyurması” və üçüncü tərəf saytlara klik axınının kəskin azalması ssenarisi. Bu trendin əsas sürücülərindən biri Google-un AI Overviews (AI xülasələri) kimi funksiyalarıdır. “Google Zero” anlayışının məhz “Google axtarışı artıq trafik göndərmədiyi an” kimi izahı geniş yayılıb. Bu, e-ticarət üçün kritikdir, çünki bir çox mağazanın: Google-dan gələn orqanik trafika bağlıdır. Nə dəyişir: klik azalır, “sıfır-klik” artır Məsələ təkcə “AI çıxıb” deyil. Məsələ odur ki, axtarış nəticəsində istifadəçi sayta keçmədən cavab alır. Bu fonda Digital Commerce 360 da 2026 trendlərində “e-ticarət saytlarının Google Zero dövrünə hazırlaşması” mövzusunu ayrıca trend […] - [2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri](https://wecom.az/2026-ci-ild%c9%99-onlayn-p%c9%99rak%c9%99nd%c9%99ni-yenid%c9%99n-formalasdiracaq-e-ticar%c9%99t-trendl%c9%99ri/): Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı dəyişikliklər və 2025 boyunca sürətlə inkişaf edən süni intellekt (AI) texnologiyalarının təsiri ilə daxil olub. Pərakəndəçilər 2025-i geridə qoyarkən, rəqəmsal ticarət platformalarının və brendlərin yeni ildə strategiyalarını necə uyğunlaşdıracağını göstərən aydın e-ticarət trendləri formalaşıb. Digital Commerce 360 tərəfindən yayımlanan təhlillərə görə, 2025-ci ildə onlayn satıcılar dəyişkən gömrük rüsumları, bərabər olmayan istehlak xərcləri və AI əsaslı texnologiyaların artan təsiri ilə üzləşiblər. Bu dəyişikliklər 2026-cı ildə e-ticarətin inkişafını və rəqabəti müəyyən edəcək 10 əsas trendin əsasını qoyub. İstehlakçı davranışı və konversiya strategiyaları dəyişib 2025-ci ildə müştəri cəlbetmə xərcləri artdıqca, pərakəndəçilər diqqəti konversiya göstəricilərinin […] - [2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir](https://wecom.az/2027-ci-il%c9%99d%c9%99k-az%c9%99rbaycanda-e-ticar%c9%99t-g%c9%99lirl%c9%99rind%c9%99-k%c9%99skin-artim-gozl%c9%99nilir/): Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda e-ticarət bazarı qarşıdakı illərdə sürətlə böyüyəcək və 2027-ci ilədək gəlirlərin təxminən iki dəfə artması gözlənilir. Bu göstəricilər Azərbaycanı Mərkəzi Asiya regionunun aparıcı e-ticarət bazarları sırasına daxil edir. ADB-nin hesablamalarına əsasən, Azərbaycanın e-ticarət gəlirləri 2022-ci ildəki 1,762 milyard ABŞ dollarından 2027-ci ildə təxminən 3,5 milyard dollara yüksələcək. Report agentliyinin ADB məlumatlarına istinadən yaydığı məlumata görə, bu artım internet istifadəsinin genişlənməsi, rəqəmsal ödəniş sistemlərinin tətbiqi və onlayn pərakəndə platformalara çıxışın artması ilə dəstəklənir. Çin e-ticarət gəlirləri üzrə 2,3 trilyon dollarla liderdir Bankın təhlilinə görə, bu artım səviyyəsi Azərbaycanı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq […] - [“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi](https://wecom.az/pasa-bank-yeni-pos-nagdlasdirma-funksiyasini-istifad%c9%99y%c9%99-verdi/): Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda növbəti bir ilkə imza ataraq POS nağdlaşdırma adlı yeni funksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə AZN valyutasında istənilən bankın debit kartı ilə “PAŞA Bank”ın POS terminallarından nağdlaşdırma etmək mümkün olacaq. Yeni funksiya korporativ, kiçik və orta biznes müəssisələrinə POS-terminallar vasitəsilə müştərilərinə əlavə xidmət təqdim etmək imkanı yaradır. Bu isə sahibkarlara dövriyyələrini artırmağa, inkassasiya xərclərini azaltmağa və müştərilər üçün daha rahat ödəniş təcrübəsi formalaşdırmağa şərait yaradır. Nağdlaşdırma əməliyyatı üzrə sahibkardan heç bir komissiya tutulmur. POS nağdlaşdırma xidməti çərçivəsində müştəri nağdlaşdırmaq istədiyi məbləği kassirə bildirir, kart POS-terminala daxil edilir və PIN-kod təsdiqləndikdən sonra vəsait […] - [iyzico ilə Paynet-in birləşməsi tamamlanıb](https://wecom.az/iyzico-il%c9%99-paynet-in-birl%c9%99sm%c9%99si-tamamlanib/): iyzico-nun Paynet-i satın almasından sonra iki şirkətin birləşmə prosesi yekunlaşıb. Bundan sonra Paynet-in bütün fəaliyyətləri iyzico brendi altında, iyzico-nun texnologiya və əməliyyat imkanları əsasında vahid strukturda həyata keçiriləcək. Türkiyənin ödəniş xidmətləri sahəsində aparıcı şirkətlərindən olan iyzico-nun 2025-ci ildə 87 milyon ABŞ dolları həcmində investisiya ilə fintex startapı Paynet-i tərkibinə qatmasından sonra inteqrasiya prosesi başa çatıb. Yeni mərhələdə Paynet-in mövcud müştəriləri və iş tərəfdaşlarına təqdim olunan xidmətlər 1 yanvar 2026-cı il tarixindən etibarən iyzico-nun infrastrukturu və təcrübəsi ilə vahid çətir altında göstərilməyə başlanıb. Bu birləşmə Türkiyədə texnologiya sektorunda iki yerli şirkət arasında həyata keçirilmiş ən iri satınalmalardan biri hesab olunur. Sövdələşmə […] - [Financial Times versiyasına görə 2025-ci ilin biznes, iqtisadiyyat və texnologiya üzrə ən yaxşı kitabları](https://wecom.az/financial-times-versiyasina-gor%c9%99-2025-ci-ilin-biznes-iqtisadiyyat-v%c9%99-texnologiya-uzr%c9%99-%c9%99n-yaxsi-kitablari/): Huawei-nin hekayəsi, OpenAI-nin formalaşması, iqtisadiyyatda qadınların rolu və ekologiyanın əsas problemləri 2025-ci ilin biznes haqqında ən yaxşı kitabları Dirtbag Billionaire: How Yvon Chouinard Built Patagonia, Made a Fortune, and Gave It All Away – Devid Gelles Patagonia geyim brendinin qurucusu İvon Şuinarın bioqrafiyası. O, biznesini ekoloji dəyərlər üzərində qurub. Müəllif Şuinarın sahibkarlığı maksimum mənfəət məqsədindən imtina etməklə necə uzlaşdırdığını göstərir. The New Geography of Innovation: The Global Contest for Breakthrough Technologies – Mehran Gül Kitab innovasiyaların artıq yalnız Silikon Vadisinin monopoliyası olmadığını və dünyanın müxtəlif bölgələrinə yayıldığını göstərir. Müəllif texnoloji sıçrayışların hazırda harada baş verdiyini və hansı regionların ABŞ texnologiya […] - [“OpenAI” səsli süni intellekt modelini təqdim edəcək](https://wecom.az/openai-s%c9%99sli-suni-intellekt-modelini-t%c9%99qdim-ed%c9%99c%c9%99k/): ABŞ-nin “OpenAI” elmi-tədqiqat təşkilatı 2026-cı ilin birinci rübündə daha təbii səs qarşılıqlı əlaqəsinə yönəlmiş yeni audio modelini təqdim etməyi planlaşdırır. “OpenAI” son aylarda bir neçə mühəndislik, məhsul və tədqiqat qrupunu vahid təşəbbüs ətrafında birləşdirib. Məqsəd şirkətin audio modellərini təkmilləşdirməkdir. “ OpenAI” tədqiqatçılarının özlərinin fikrincə, onlar hazırda dəqiqlik və sürət baxımından mətn əsaslı modellərdən geri qalırlar. Şirkət həmçinin qeyd edir ki, “ChatGPT”nin səs interfeysi mətn əsaslı həmkarından daha az populyar olaraq qalır: əksər istifadəçilər sorğularını yazmağa üstünlük verirlər. Gözlənildiyi kimi, yeni audio model daha “insani” dialoqu dəstəkləyəcək, fasilələrə müvafiq şəkildə cavab verəcək və real vaxt rejimində söhbət aparacaq. “OpenAI” daha təbii […] - [“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb](https://wecom.az/azexport-portali-abs-nin-kaliforniya-statindan-sifaris-alib/): İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından qəbul edib. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə edilib. Ayxan Qədəşov bildirib ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və […] - ["Google Gemini"nin Azərbaycandakı bazar payı artıb](https://wecom.az/google-gemininin-az%c9%99rbaycandaki-bazar-payi-artib/): Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 90,78 % təşkil edib. “Statcounter” agentliyinə istinadən bu, noyabr ayına nisbətən 3,29 faiz bəndi azdır. İkinci pillədəki “Google Gemini”nin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 % təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 2,2 dəfə artıb. Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı dekabrda 0,97 faiz bəndi artaraq 2,88 % olub. Dördüncü yerdəki “Microsoft Copilot”un bazar payı 1,7 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi azdır. İlk beşliyi 0,4 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı noyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi artıb. Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir: Kompüterlərdə: […] - [Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb](https://wecom.az/az%c9%99rbaycanda-%c9%99n-cox-istifad%c9%99-edil%c9%99n-sosial-s%c9%99b%c9%99k%c9%99l%c9%99r-aciqlanib/): Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “Facebook” olub. Xeberler.az “StatCounter”a istinadən məlumat verir ki, bu dövrdə “Facebook”un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 72,8% təşkil edib. Bu isə ötən ilin noyabr ayı ilə müqayisədə 4,04 faiz bəndi, illik müqayisədə isə 8,9 faiz bəndi çoxdur. İstifadəçi sayına görə, ikinci yerdə 7,14% payla “X” sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 8,8 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 0,18 faiz bəndi çox olub. Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 6,57% payla “Youtube” olub. Bu, noyabr ayı ilə müqayisədə 0,37 faiz bəndi az, illik […] - [Wildberries hotellərini açmağa başlayıb](https://wecom.az/wildberries-hotell%c9%99rini-acmaga-baslayib/): Wildberries & Russ (RVB) birgə şirkətinə məxsus WB Travel xidməti turizm operatoru Fun&Sun ilə əməkdaşlıq çərçivəsində “brendli otel konsepsiyası”nı istifadəyə verib. Bu barədə məlumatı marketpleysin mətbuat xidməti yayıb. İlk otel — WB Travel Dreams Vacation — 2026-cı il fevralın 15-də Misirdə açılacaq. Hazırda oteldə yaşayış korpusları, restoran, lobbİ və digər ictimai məkanlarda genişmiqyaslı yenidənqurma işləri aparılır. “Vestnik ATOR” nəşrinin yazdığına görə, hazırda bu otel axtarış sistemlərində Dreams Vacation Resort 4* adı ilə tanınır və Şarm əl-Şeyxin ətraf ərazisində yerləşir. Gələcəkdə isə otel yalnız Wildberries və Fun&Sun-un təkliflər siyahısında eksklüziv şəkildə təqdim olunacaq. RVB-nin planlarına əsasən, 2026-cı il ərzində Misir və […] - [Meta süni intellekt agentləri hazırlayan Manus-u 2 milyard dollara satın alıb](https://wecom.az/meta-suni-intellekt-agentl%c9%99ri-hazirlayan-manus-u-2-milyard-dollara-satin-alib/): Meta son dövrlər Silikon Vadisində böyük rezonans doğuran Sinqapur mərkəzli süni intellekt startapı Manus-u 2 milyard dollar qarşılığında satın aldı. Bu satınalma ilə Meta süni intellekt sahəsindəki investisiyalarını kommersiyalaşdırmaq istiqamətində mühüm və konkret addım atmış oldu. Təxminən 9 ay əvvəl yayımladığı demo video ilə diqqətləri üzərinə çəkən Manus, iş müsahibələrinin idarə olunmasından tutmuş səyahət planlarının hazırlanmasına qədər geniş spektrli tapşırıqları yerinə yetirə bilən süni intellekt agentləri üzərində çalışır. Şirkət, öz agentlərinin OpenAI-ın “Deep Research” modelləri ilə müqayisədə daha uğurlu nəticələr verdiyini iddia edir. Demo videonun yayımlanmasından cəmi bir neçə həftə sonra Benchmark liderliyində 75 milyon dollar investisiya alan startapın dəyəri […] - [Hepsiburada-nın CEO-su Nilhan Onal Gökcetekin vəzifəsini təhvil verir](https://wecom.az/hepsiburada-nin-ceo-su-nilhan-onal-gokcetekin-v%c9%99zif%c9%99sini-t%c9%99hvil-verir/): Hepsiburada şirkətinin baş icraçı direktoru Nilhan Onal Gökcetekin 2026-cı il iyulun 1-dən etibarən vəzifəsini təhvil verəcək. Hepsiburada-nın İdarə Heyətinin sədri Mikheil Lomtadze bildirib ki, “Hepsiburada-nın növbəti rəhbərlik mərhələsini şirkət daxilində yetişmiş liderlər ilə qurmaq qərarına gəlmişik”. Avrasiya regionunun aparıcı texnologiya şirkətlərindən biri olan Kaspi.kz 2025-ci ilin yanvarında 1,1 milyard ABŞ dolları investisiya ilə Hepsiburada səhmlərinin 65,4 %-ni əldə edib. Kaspi.kz-in həmtəsisçisi və baş icraçı direktoru Mikheil Lomtadze 2025-ci il fevralın 3-də Hepsiburada-nın İdarə Heyətinin sədri olub. Şirkət 2025-ci il dekabrın 19-da Türkiyədə Hepsiburada-da 4,17 milyard türk lirəsi məbləğində kapital artımını da tamamlayıb. Bu dəyişikliklər fonunda Hepsiburada-da daha bir mühüm kadr […] - [İlon Maskın sərvəri 700 milyard dollara çatıb](https://wecom.az/ilon-maskin-s%c9%99rv%c9%99ri-700-milyard-dollara-catib/): Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub. Bu barədə “Forbes” jurnalı məlumat yayıb. Nəşrin qeyd etdiyinə görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına “Tesla” şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı. “Forbes”un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb. Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, “SpaceX“ şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi. - [Hindistanın yarımkeçirici şirkəti RRP Semiconductor-un səhmləri 20 ay ərzində 55 000 % bahalaşıb — şirkətin isə gəliri yoxdur və cəmi iki əməkdaşı var](https://wecom.az/hindistanin-yarimkecirici-sirk%c9%99ti-rrp-semiconductor-un-s%c9%99hml%c9%99ri-20-ay-%c9%99rzind%c9%99-55-000-bahalasib-sirk%c9%99tin-is%c9%99-g%c9%99liri-yoxdur-v%c9%99-c%c9%99mi-iki/): Şirkət hələ də prosessor istehsalına başlamayıb. Bloomberg yazır ki, RRP Semiconductor Hindistanda belə geniş tanınmayan bir şirkətdir. 2024-cü ilə qədər şirkət Chodankar adı altında fəaliyyət göstərib və əsasən termal görüntüləmə sistemləri və dronlar üçün kameraların istehsalı ilə məşğul olub. Hazırda isə fəaliyyət istiqamətini çiplərə yönəltdiyini bildirir. Şirkətlə əlaqəli olan RRP Electronics isə prosessorların yığılması və test edilməsi ilə məşğuldur. Nəşrin qeyd etdiyinə görə, səhmlərin kəskin bahalaşmasının əsas səbəbi investorların “prosessor bumundan qazanc əldə etmək” istəyi ilə əlaqələndirilir. Eyni zamanda şirkətin səhmlərinin cəmi təxminən 2 %-i açıq bazarda ticarət olunur, qalan hissə isə onun təsisçisinə məxsusdur. Bloomberg-in sorğuladığı ekspertlər bildiriblər ki, […] - [Lovable 6,6 milyard dollar dəyər qiymətləndirmə ilə 330 milyon dollar investisiya cəlb edib](https://wecom.az/lovable-66-milyard-dollar-d%c9%99y%c9%99r-qiym%c9%99tl%c9%99ndirm%c9%99-il%c9%99-330-milyon-dollar-investisiya-c%c9%99lb-edib/): 2025-ci ilin iyulunda investorlar şirkəti 1,8 milyard dollar dəyərində qiymətləndirmişdilər. The New York Times yazır ki, investisiya raunduna CapitalG və Menlo Ventures rəhbərlik edib. Raundda həmçinin Khosla Ventures, Accel, EQT və digər investorlar iştirak ediblər. Cəlb olunan vəsait Lovable platformasının digər xidmətlərlə — məsələn, Stripe və Notion — inteqrasiyasına, eləcə də servisin funksionallığının genişləndirilməsinə yönəldiləcək. Lovable 2023-cü ildə Stokholmda təsis edilib. 2024-cü ilin noyabrında şirkət texniki biliklərə ehtiyac olmadan mətn sorğusu əsasında tam funksional tətbiqlər və veb-saytlar yaratmağa imkan verən xidmətini təqdim edib. Platformanın texnoloji əsasını OpenAI, Anthropic və Google daxil olmaqla üçüncü tərəf şirkətlərin modelləri təşkil edir. 2025-ci ilin […] - [ByteDance TikTok-un ABŞ biznesinin satışı ilə bağlı Oracle, Silver Lake və MGX-in daxil olduğu investor qrupu ilə razılaşma imzalayıb](https://wecom.az/bytedance-tiktok-un-abs-biznesinin-satisi-il%c9%99-bagli-oracle-silver-lake-v%c9%99-mgx-in-daxil-oldugu-investor-qrupu-il%c9%99-razilasma-imzalayib/): Sövdələşmənin 2026-cı il yanvarın 22-də bağlanması planlaşdırılır. CNBC yazır ki, TikTok-un baş icraçı direktoru Şou Çu əməkdaşlara göndərdiyi daxili xidməti qeyddə razılaşmanın detallarını açıqlayıb. Qeyddə bildirilir ki, şirkətin ABŞ-dakı biznesi TikTok USDS Joint Venture LLC adlı strukturun nəzarətinə keçəcək. Bu qurum ByteDance ilə Oracle, Silver Lake və Əbu-Dabinin dövlət investisiya fondu MGX-in daxil olduğu investor konsorsiumunun birgə müəssisəsidir. Razılaşmaya əsasən: TikTok USDS Joint Venture ABŞ istifadəçilərinin məlumatlarının qorunmasına, kontentin moderasiyasına və proqram təminatının keyfiyyətinə cavabdeh olacaq. Bildirilir ki, platformanın əsas tövsiyə alqoritmi ABŞ istifadəçilərinin məlumatları əsasında yenidən öyrədiləcək, məqsəd isə lentin kənar müdaxilələrdən qorunmasını təmin etməkdir. Xatırladaq ki, 2024-cü ilin […] - [Aİ gömrük islahatını irəli çəkir: aşağı dəyərli e-ticarət bağlamaları vergiyə cəlb olunacaq](https://wecom.az/ai-gomruk-islahatini-ir%c9%99li-c%c9%99kir-asagi-d%c9%99y%c9%99rli-e-ticar%c9%99t-baglamalari-vergiy%c9%99-c%c9%99lb-olunacaq/): Avropa İttifaqı (Aİ) üçüncü ölkələrdən daxil olan aşağı dəyərli e-ticarət göndərişlərinin sürətlə artmasına cavab olaraq yeni addım atmağa hazırlaşır. 2026-cı ilin iyul ayından etibarən Aİ xaricindən birbaşa istehlakçılara göndərilən və 150 avrodan aşağı dəyərə malik onlayn alışlar hər bir məhsul üzrə 3 avro məbləğində sabit gömrük rüsumuna cəlb olunacaq. Aİ maliyyə nazirləri Shein və Temu kimi Çin mənşəli platformalar vasitəsilə daxil olan ucuz e-ticarət məhsullarını hədəfləyən tədbirlər çərçivəsində aşağı dəyərli bağlamalara 3 avro (3,52 ABŞ dolları) gömrük rüsumunun tətbiqi barədə razılığa gəliblər. Aİ üzv dövlətləri tərəfindən qəbul edilən tənzimləməyə əsasən, bu qərar indiyədək qüvvədə olan və aşağı dəyərli bağlamaları gömrük […] - [Cek Ma Ruandada ictimaiyyət qarşısında görünüb](https://wecom.az/cek-ma-ruandada-ictimaiyy%c9%99t-qarsisinda-gorunub/): Alibaba şirkətinin qurucusu Cek Ma ötən həftəsonu Ruandanın paytaxtı Kiqalidə gözlənilməz şəkildə ictimaiyyət qarşısında görünüb. Adətən izdihamlı tədbirlərdə nadir hallarda iştirak edən Ma-nın səfəri diqqət çəkib. O, səfər çərçivəsində Africa’s Business Heroes (ABH) mükafatlandırma mərasimində iştirak edib və Ruanda Prezidenti Pol Kaqame ilə görüşüb. Bu səfər, Çində texnologiya şirkətlərinə qarşı tənzimləyici təzyiqlərdən sonra Cek Ma-nın ictimai həyatdan geri çəkilməsindən bəri həyata keçirdiyi ən diqqətəlayiq beynəlxalq görüşlərdən biri kimi qiymətləndirilir. Cek Ma 13 dekabr, şənbə günü Kiqalidə keçirilən Africa’s Business Heroes mükafatlandırma mərasimində iştirak edib. ABH Cek Ma Fondu tərəfindən 2010-cu illərin sonlarında təsis edilmiş və Afrikada sahibkarlığın inkişafına yönəlmiş əsas […] - [Shein Polşada iri logistika mərkəzi açıb](https://wecom.az/shein-polsada-iri-logistika-m%c9%99rk%c9%99zi-acib/): Sürətli moda və e-ticarət nəhəngi Shein Polşanın Vrotslav (Wrocław) şəhəri yaxınlığında iri miqyaslı logistika mərkəzini istismara verdiyini açıqlayıb. Yeni obyekt şirkətin Avropadakı əsas əməliyyat mərkəzi kimi təqdim olunur və eyni zamanda Çin mənşəli e-ticarət platformalarının dəyişən ticarət şərtlərinə uyğunlaşmaq üçün logistika fəaliyyətlərini Avropaya köçürməsi tendensiyasını əks etdirir. Shein-in açıqlamasına görə, logistika mərkəzi tam gücü ilə fəaliyyətə başladıqdan sonra təxminən 740 min kvadratmetr ərazini əhatə edəcək. Robotlaşdırılmış sistemlər və avtomatlaşdırılmış çeşidləmə xətləri ilə təchiz olunan obyekt Avropa üzrə yüksək həcmli sifarişlərin daha sürətli emalını və göndərilməsini təmin etməyi hədəfləyir. Avropada Shein-in əsas logistika mərkəzinə çevriləcək Şirkət bildirib ki, mərkəzin ilin sonuna […] - [Shopify Winter ’26 Edition-u təqdim edib: satıcılar üçün 150-dən çox süni intellekt əsaslı alət](https://wecom.az/shopify-winter-26-edition-u-t%c9%99qdim-edib-saticilar-ucun-150-d%c9%99n-cox-suni-intellekt-%c9%99sasli-al%c9%99t/): Shopify onlayn satıcıların bizneslərini qurmaq, idarə etmək və böyütmək üsullarını dəyişdirməyi hədəfləyən Winter ’26 Edition adlı genişmiqyaslı platforma yenilənməsini elan edib. Yenilənmə çərçivəsində 150-dən çox yeni funksiya təqdim olunub. Buraxılışın mərkəzində əməliyyatları sadələşdirən, yaradıcılığı artıran və yeni ticarət kanalları açan qabaqcıl süni intellekt (AI) alətləri yer alır. Shopify tərəfindən həm də “Renaissance Edition” adlandırılan Winter ’26 Edition satıcı təcrübəsinə süni intellekti dərin şəkildə inteqrasiya edən geniş yeniliklər paketi təqdim edir. Buraxılışın əsas elementlərindən biri Shopify-in daxili AI köməkçisi Sidekick-in təkmilləşdirilmiş versiyasıdır. Sidekick artıq yalnız reaktiv köməkçi deyil, proaktiv biznes tərəfdaşı kimi fəaliyyət göstərir. Kod yazmadan avtomatik iş axınları yaradan alətlər […] - [Noon mümkün IPO ərəfəsində 500 milyon dollarlıq investisiya cəlb edib](https://wecom.az/noon-mumkun-ipo-%c9%99r%c9%99f%c9%99sind%c9%99-500-milyon-dollarliq-investisiya-c%c9%99lb-edib/): Dubay mərkəzli e-ticarət platforması Noon potensial ilkin kütləvi təklifə (IPO) hazırlıq çərçivəsində mövcud investorlarından 500 milyon ABŞ dolları həcmində yeni investisiya cəlb edib. Bu investisiya Körfəz regionunda rəqəmsal ticarət sektorunda artan rəqabət fonunda investorların şirkətə olan etimadının davam etdiyini göstərir. Noon-un son maliyyələşmə raundunda Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu – İctimai İnvestisiya Fondu (PIF) və şirkətin qurucusu və İdarə Heyətinin sədri Məhəmməd Ələbbar iştirak edib. Ələbbar eyni zamanda Dubayda yerləşən Emaar Properties daşınmaz əmlak şirkətinin də sədridir. Məsələdən məlumatlı mənbələrə görə, investisiya mövcud səhmdarlardan cəlb olunub, lakin maliyyələşmə raundunun qiymətləndirmə detalları açıqlanmayıb. PIF nümayəndəsi şərh verməkdən imtina edib, Noon və […] - [TikTok e-ticarət və məlumat elmi komandalarında yenidənqurmaya gedib](https://wecom.az/tiktok-e-ticar%c9%99t-v%c9%99-m%c9%99lumat-elmi-komandalarinda-yenid%c9%99nqurmaya-gedib/): TikTok, uğurlu Black Friday satışlarından sonra qlobal e-ticarət məhsul və məlumat elmi (data science) komandalarında yenidənqurma aparıb. Məqsəd süni intellekt (AI) sahəsində əməkdaşlığı gücləndirmək və əməliyyat səmərəliliyini artırmaqdır. Bu dəyişikliklər bayram alış-verişi mövsümündə əldə olunan mühüm nəticələrdən sonra həyata keçirilib və Business Insider tərəfindən əldə olunan daxili memorandumda təsdiqlənib. Yenidənqurma dekabrın ilk həftəsində reallaşdırılıb və TikTok-un ümumi əməliyyat effektivliyini artırmağa yönəlmiş daha geniş təşəbbüsün tərkib hissəsidir. ByteDance-in e-ticarət üzrə rəhbəri Bob Kang bildirib ki, dəyişikliklər şirkətin müxtəlif regionları və funksiyaları arasında uyğunlaşmanı gücləndirəcək, xüsusilə AI inteqrasiyası və daxili proseslərin optimallaşdırılmasına diqqət yetiriləcək. Zhou Sheng vəzifəsindən ayrılıb Yenidənqurma nəticəsində TikTok-un qlobal […] - [Coinbase Kalshi platforması əsasında səhm ticarətini və yeni proqnoz bazarlarını istifadəyə verəcək](https://wecom.az/coinbase-kalshi-platformasi-%c9%99sasinda-s%c9%99hm-ticar%c9%99tini-v%c9%99-yeni-proqnoz-bazarlarini-istifad%c9%99y%c9%99-ver%c9%99c%c9%99k/): Yaxın aylarda ticarət üçün əlçatan olacaq səhmlərin sayı minlərlə artırılacaq və bununla da Platforma “hər şey üçün birja” olmağı hədəfləyir. Fortune nəşrinin yazdığına görə, Coinbase kriptovalyuta tətbiqi çərçivəsindən kənara çıxaraq maliyyə sektoruna doğru genişlənir. Platforma Kalshi proqnoz bazarı xidməti ilə tərəfdaşlıq çərçivəsində istifadəçilərə səhm ticarəti aparmaq və müxtəlif hadisələrin nəticələrinə dair mərc etmək imkanı yaradacaq. Bu addım Coinbase-in “hər şey üçün birja” konsepsiyasına çevrilməsi məqsədi daşıyır. İlkin mərhələdə platformada yalnız seçilmiş səhmlər və ETF-lər mövcud olacaq, lakin bir neçə ay ərzində ticarət edilə bilən səhmlərin sayının minlərlə artırılması planlaşdırılır. Ticarət həftədə beş gün, sutkada 24 saat həyata keçiriləcək. Bununla yanaşı, […] - [Azərbaycanda AZQR ilə ödənişlərin tətbiqi genişləndirilir](https://wecom.az/az%c9%99rbaycanda-azqr-il%c9%99-od%c9%99nisl%c9%99rin-t%c9%99tbiqi-genisl%c9%99ndirilir/): Azərbaycanda AZQR standartı üzrə ödənişlərin tətbiqində növbəti mərhələyə keçid edilib. 2024-cü ilin avqust ayından etibarən ABB-nin POS-terminallarında AniPay QR vasitəsilə ödəniş imkanı istifadəyə verilib. Bu barədə ABB-nin Tərəfdaşlıq Əlaqələri Departamentinin direktor müavini Afag Yusifzadə Linkedin platformasında məlumat verib. Məlumata görə, ilkin mərhələdə AZQR ilə ödənişlər əsasən ABB Mobile tətbiqi üzərindən həyata keçirilib. Sonradan müştəri təcrübəsinin sadələşdirilməsi məqsədilə tətbiqdə widget funksiyası əlavə olunaraq QR oxutma prosesi birbaşa keçid formasında optimallaşdırılıb. Mərkəzi Bankın dəstəyi ilə hesab əsaslı ödəniş metodlarının təşviqi çərçivəsində digər banklar da mərhələli şəkildə AZQR standartlı QR kodların oxudulmasını öz mobil tətbiqlərində aktivləşdirir. Hazırda 5 bankın mobil tətbiqi vasitəsilə AZQR […] - [OpenAI ChatGPT daxilində monetizasiya imkanları olan tətbiqlər mağazasını istifadəyə verib](https://wecom.az/openai-chatgpt-daxilind%c9%99-monetizasiya-imkanlari-olan-t%c9%99tbiql%c9%99r-magazasini-istifad%c9%99y%c9%99-verib/): Tərtibatçılar burada öz xidmətlərini yerləşdirə biləcəklər. OpenAI ChatGPT platforması daxilində monetizasiya imkanları olan tətbiqlər mağazasını işə salıb. Şirkət ChatGPT ilə inteqrasiya olunmuş bütün tətbiqlərin yer aldığı kataloq təqdim edib. Bu kataloqa Canva, Adobe Photoshop, Uber, Spotify, Apple Music, TripAdvisor, Slack, Zoom, Microsoft Teams və Airtable kimi məşhur xidmətlər daxildir. Eyni zamanda, daha əvvəl “Konnektorlar” bölməsi vasitəsilə qoşulan Google Disk və Outlook xidmətləri də artıq bu mağazada yer alır. Tətbiqlər mağazasında yer almaq üçün OpenAI platformasında xüsusi forma doldurmaq tələb olunur. Əsas şərtlər arasında tətbiqin orijinal olması və istifadəçi yönümlü dizayna malik olması göstərilir. Tərtibatçılar tətbiqlərini Anthropic şirkətinin Model Context Protocol-una […] - [“IDDA Awards” müsabiqəsinin qalibləri elan olunub](https://wecom.az/idda-awards-musabiq%c9%99sinin-qalibl%c9%99ri-elan-olunub/): Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə keçirilən “IDDA Awards” müsabiqəsinə bu il 8 nominasiya üzrə 162 müraciət daxil olub. Bu barədə müsabiqənin mükafatlandırma mərasimində İRİA-nın rəsmiləri məlumat veriblər. Müraciətlər iki mərhələdə — açıq ictimai səsvermə və 24 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Səsvermə mərhələsində 58 mindən çox vətəndaş iştirak edib, qaliblər isə mükafatlandırma tədbiri çərçivəsində elan olunub. İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, “IDDA Awards” müsabiqəsi 4 il ərzində ümumilikdə 500-ə yaxın iştirakçını əhatə edib və innovasiya ekosistemi tərəfindən böyük maraqla qarşılanır. Onun sözlərinə görə, 2025-ci ildə innovasiya mərkəzlərinin inkişafı, insan kapitalının gücləndirilməsi və maliyyə […] - [m10 və Mastercard yeni rəqəmsal kartı istifadəyə verib](https://wecom.az/m10-v%c9%99-mastercard-yeni-r%c9%99q%c9%99msal-karti-istifad%c9%99y%c9%99-verib/): m10 fintex həlli və beynəlxalq ödəniş sistemi Mastercard əməkdaşlıq çərçivəsində m10 rəqəmsal kartını təqdim edib. Məlumata görə, kart tam rəqəmsal formatdadır və m10 tətbiqi daxilində dərhal aktivləşdirilə bilir. İstifadəçilər kartı Apple Pay və Google Pay-ə əlavə edərək ölkə daxilində və xaricdə onlayn və kontaktsız ödənişlər həyata keçirə bilərlər. Rəqəmsal m10 kartı m10 cüzdanı ilə eyni balansdan istifadə edir və əlavə bank hesabının açılmasını tələb etmir. Kartdan onlayn alış-veriş, NFC əsaslı nəqliyyat ödənişləri və kontaktsız əməliyyatlar üçün istifadə etmək mümkündür. Kartdan istifadə üçün şəxsiyyət təsdiqi (KYC) prosedurundan keçmək lazımdır. Bildirilir ki, əməliyyatların təhlükəsizliyi Mastercard-ın antifrod və təhlükəsizlik texnologiyaları ilə təmin olunur. […] - [Amazon OpenAI-yə investisiya etməsi ilə bağlı danışıqlar aparır](https://wecom.az/amazon-openai-y%c9%99-investisiya-etm%c9%99si-il%c9%99-bagli-danisiqlar-aparir/): OpenAI həmçinin Amazon-un çiplərindən istifadə etməyi planlaşdırır. Sövdələşmə çərçivəsində şirkətin dəyəri 500 milyard dollardan çox qiymətləndirilə bilər. Reuters agentliyinin mənbələrə istinadən yazdığına görə, sövdələşmə ilə bağlı müzakirələr OpenAI-nin 2027-ci ildə səhmlərini ictimai təklif (IPO) etmə planları fonunda aparılır. Amazon-un mümkün investisiyası təxminən 10 milyard ABŞ dolları, OpenAI-nin dəyərinin isə 500 milyard ABŞ dollarından çox ola biləcəyi bildirilir. Nəşr qeyd edir ki, bu addım OpenAI-nin qeyri-kommersiya mənşəyindən uzaqlaşdıqdan və Microsoft ilə münasibətləri tənzimlədikdən sonra geniş şirkətlər dairəsi ilə tərəfdaşlıq qurmaq qabiliyyətini nümayiş etdirir. Bundan əlavə, OpenAI Nvidia və Google həlləri ilə rəqabət aparan Amazon Trainium çiplərindən istifadə etməyi planlaşdırır. Şirkət həmçinin […] - [Azərbaycanda kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır](https://wecom.az/az%c9%99rbaycanda-kriptovalyuta-v%c9%99-virtual-aktivl%c9%99r-ucun-t%c9%99nziml%c9%99yici-s%c9%99n%c9%99d-hazirlanir/): Azərbaycanda kriptovalyuta və bütün növ virtual aktivlər üzrə tənzimləmənin təmin edilməsi məqsədilə tədris və məlumatlandırma xarakterli sənəd hazırlanır. Bunu “Azərbaycan Fintex Assosiasiyası” (AzFina) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib. Onun sözlərinə görə, kriptovalyuta sahəsində gəlir mənbələrinin şəffaflığı ilə bağlı ciddi suallar mövcuddur ki, bu da maliyyə inklüzivliyi və maliyyə sabitliyi baxımından yeni risklər yaradır: “Bu prosesdə ən vacib məsələ insanların tənzimləyici quruma – Azərbaycan Mərkəzi Bankına (AMB) və müvafiq xidmətləri göstərən subyektlərə olan etimadıdır”. E.Abdullayev qeyd edib ki, stabilkoinlər və növbəti mərhələlərlə bağlı artıq ilkin yanaşma formalaşıb: “Hazırda stabilkoinlər və digər virtual aktivlər üzrə fundamental tənzimləyici sənədin hazırlanmasına […] - [PayPal ABŞ-da bank lisenziyası almaq üçün müraciət edib](https://wecom.az/paypal-abs-da-bank-lisenziyasi-almaq-ucun-muraci%c9%99t-edib/): Bank Yuta ştatında qeydiyyata alınacaq. PayPal ödəniş xidməti ABŞ-da sənaye kredit şirkəti (Industrial Loan Company – ILC) yaratmaq üçün sənədləri Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyaya (FDIC) və Yuta ştatının Maliyyə İnstitutları Departamentinə təqdim edib. Bu barədə Reuters məlumat yayıb. Məlumata görə, şirkət öz bankını yaratmağı planlaşdırır və ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə formalaşmış daha əlverişli tənzimləyici mühitdən yararlanmaq niyyətindədir. Nəşr qeyd edir ki, Trampın vəzifəyə başlamasından sonra bank lisenziyası almaq üçün müraciətlərin sayında artım müşahidə olunur. Reuters vurğulayır ki, fintex və kriptovalyuta şirkətləri bizneslərini genişləndirmək üçün bank lisenziyasına ehtiyac duyurlar. PayPal-ın müraciətinin təsdiqlənəcəyi halda, şirkət ABŞ-da kiçik və orta […] - [BNPL və süni intellekt alətləri e-ticarətdə daha geniş tətbiq olunur](https://wecom.az/bnpl-v%c9%99-suni-intellekt-al%c9%99tl%c9%99ri-e-ticar%c9%99td%c9%99-daha-genis-t%c9%99tbiq-olunur/): Adobe və Salesforce şirkətlərinin açıqladığı son məlumatlara görə, “sonra al – indi ödə” (BNPL) ödəniş modelləri və süni intellekt (AI) əsaslı alətlər onlayn ticarətdə getdikcə daha geniş istifadə olunur. Hesabatlarda qeyd edilir ki, bu texnologiyalar istehlakçıların alış davranışına birbaşa təsir göstərir və xüsusilə bayram və hədiyyə alış-verişi dövrlərində özünü daha qabarıq şəkildə büruzə verir. BNPL həlləri müştərilərə ödənişləri hissə-hissə həyata keçirmək imkanı yaratmaqla alış qərarlarını sürətləndirir. Eyni zamanda süni intellekt alətləri fərdiləşdirilmiş məhsul tövsiyələri, ağıllı axtarış sistemləri, tələbatın proqnozlaşdırılması və müştəri xidmətlərinin avtomatlaşdırılması vasitəsilə e-ticarət platformalarında satış effektivliyini artırır. Ekspertlərin fikrincə, BNPL və AI texnologiyalarının geniş yayılması e-ticarət sektorunda rəqabət […] - [Rəqəmsal Logistika Platformasının "Ticarət bələdçisi" modulu istifadəyə hazırdır](https://wecom.az/r%c9%99q%c9%99msal-logistika-platformasinin-ticar%c9%99t-b%c9%99l%c9%99dcisi-modulu-istifad%c9%99y%c9%99-hazirdir/): Azərbaycanda Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “Prezident İlham Əliyevin idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman rəqəmsal iqtisadiyyatın inkişafına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq logistika zəncirlərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edən fundamental strateji sənəddir”, – deyə nazir qeyd edib. Onun sözlərinə görə, fərmandan irəli gələn tapşırıqların icrasına artıq başlanılıb: “Bu çərçivədə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılmaqdadır. Platformanın “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır, digər modulların isə mərhələli şəkildə 2026-cı ilin […] - [Tether “Yuventus” futbol klubunun nəzarət paketini almağı təklif edib](https://wecom.az/tether-yuventus-futbol-klubunun-n%c9%99zar%c9%99t-paketini-almagi-t%c9%99klif-edib/): Bundan sonra klubun səhmləri 15,4 % bahalaşıb. TThe Wall Street Journal yazır ki, Tether kriptovalyuta şirkəti “Yuventus” futbol klubunun nəzarət paketini (65,4 %) nağd vəsaitlə almağı və kluba təxminən 1 milyard avro investisiya yatırmağı təklif edib. La Gazzetta dello Sportun məlumatına görə, sövdələşmənin məbləği 725 milyon avro təşkil edə bilərdi. Qeyd olunur ki, Tether artıq “Yuventus”un 11,5 % səhminə sahibdir. Klubun nəzarət paketinə malik olan Exor şirkəti isə payını stablkoin emitenti Tether-ə satmaqdan imtina edib. WSJ vurğulayır ki, Exor şirkəti Agnelli ailəsinə məxsusdur və bu ailə 100 ildən artıqdır ki, “Yuventus”un sahibidir. Exor açıqlamasında bildirib ki, “Yuventus”un nəzarət paketini nə […] - [Kaspi Hepsiburada-da 4,17 milyard TL məbləğində əlavə kapital artımını tamamlayıb](https://wecom.az/kaspi-hepsiburada-da-417-milyard-tl-m%c9%99bl%c9%99gind%c9%99-%c9%99lav%c9%99-kapital-artimini-tamamlayib/): Kaspi, Hepsiburada şirkətində 4,17 milyard TL məbləğində kapital artımını tamamlayıb. Şirkət ilin əvvəlində 1,1 milyard ABŞ dolları həcmində investisiya yatıraraq Hepsiburada-nın əksər səhm payını satın almaqla Türkiyə bazarına daxil olmuşdu. Hepsiburada-nın 17 noyabr 2025-ci il tarixində keçirilən Növbədənkənar Ümumi Yığıncağında qəbul edilən qərara əsasən, şirkətin ödənilmiş nizamnamə kapitalı artırılıb. Sözügedən əməliyyat Türkiyədə son illərdə həyata keçirilən ən iri kapital artımlarından biri kimi qeydə alınıb. Kapital artımı nəticəsində cəlb olunan vəsaitlərin Hepsiburada-nın mövcud böyümə planları çərçivəsində istifadə ediləcəyi bildirilib. Bu çərçivədə platformada fəaliyyət göstərən KOB-lar və pərakəndə satıcılar üçün rəqəmsal alətlərin və xidmətlərin inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alır. Kaspi.kz-in […] - [Azərbaycanda daha 18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb](https://wecom.az/az%c9%99rbaycanda-daha-18-kob-subyekti-startap-s%c9%99had%c9%99tnam%c9%99si-alib/): Azərbaycanda daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Məlumata görə, “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. “Startap” şəhadətnamələri “OpenConnect” MMC-nin startap investor platforması, “LULLA” MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, “İMYEN” MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, “Vebtypely” MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, “JSM Solutions” MMC-nin biznes üçün CRM tətbiqi, “Yolüstü Service” MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə […] - [Rəşad Nəbiyev Silikon vadisində işləyən azərbaycanlılarla görüşüb](https://wecom.az/r%c9%99sad-n%c9%99biyev-silikon-vadisind%c9%99-isl%c9%99y%c9%99n-az%c9%99rbaycanlilarla-gorusub/): Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev San-Fransiskoda ABŞ-nin Silikon vadisində yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüşüb. “Report” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, görüş zamanı startapçıların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb. San-Fransiskoda ABŞ-nin "Silikon Vadisi"ndə yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüş keçirdik. Görüş zamanı onların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün… pic.twitter.com/f2e5E92M2T — Rashad Nabiyev (@RashadNNabiyev) December 14, 2025 - ["AzInTelecom" Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub](https://wecom.az/azintelecom-az%c9%99rbaycanda-ilk-superkomputer-m%c9%99rk%c9%99zi-qurub/): AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanda Superkompüter Mərkəzi qurub. Ölkə Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən Mərkəz süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə yaradılıb. Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan Mərkəzdə “NVIDIA H200 GPU” çiplərindən istifadə edilməklə adi kompüterdən dəfələrlə güclü olan, böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı (Hyper Performance Computer – HPC) kompüterlər yerləşdirilib. Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. […] - [Azərbaycan ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə süni intellekt və rəqəmsal transformasiya sahəsində əməkdaşlığı genişləndirir](https://wecom.az/az%c9%99rbaycan-abs-in-aparici-texnologiya-sirk%c9%99tl%c9%99ri-il%c9%99-suni-intellekt-v%c9%99-r%c9%99q%c9%99msal-transformasiya-sah%c9%99sind%c9%99-%c9%99m%c9%99kdasligi-genisl%c9%99ndirir/): Azərbaycan ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə süni intellekt, rəqəmsal idarəetmə və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Müzakirələr nazirin ABŞ-yə səfəri çərçivəsində “Advanced Micro Devices” (AMD), “Meta”, “OpenAI”, “Nvidia” və “Apple” şirkətlərinin yüksək səviyyəli nümayəndələri ilə keçirilən görüşlərdə aparılıb. Görüşlər zamanı Azərbaycanın süni intellekt sahəsində potensialının artırılması, suveren milli süni intellekt infrastrukturunun qurulması, yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası və ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub. AMD ilə süni intellekt mərkəzlərinin yaradılması, birgə tədqiqat və təhsil təşəbbüsləri, […] - [Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib](https://wecom.az/bayram-h%c9%99ft%c9%99sind%c9%99-e-ticar%c9%99t-s%c9%99hml%c9%99r-indeksi-z%c9%99ifl%c9%99yib/): 2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə nümayiş etdirib. Analitik məlumatlara görə, ümumi e-ticarət sektorunda səhmlər geriləsə də, onlayn pərakəndə satış kateqoriyası müsbət dinamika göstərərək digərlərindən fərqlənib. İnvestorların diqqəti artan logistika xərcləri və qiymət rəqabəti səbəbilə daha ehtiyatlı davranışa yönəlib. Ekspertlər hesab edirlər ki, bazardakı bu dalğalanma qısamüddətli xarakter daşıyır və 2026-cı ildə e-ticarət sektorunda yenidən artım müşahidə oluna bilər. - [OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib](https://wecom.az/openai-google-il%c9%99-r%c9%99qab%c9%99tin-k%c9%99skinl%c9%99sm%c9%99si-fonunda-gpt-5-2-ni-t%c9%99qdim-edib/): Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək əməkdaşları ChatGPT-nin təkmilləşdirilməsinə fokuslanmağa çağırıb. Şirkətin iddiasına görə, GPT-5.2 informasiya axtarışı, mətnlərin tərcüməsi, elektron cədvəllərin yaradılması, təqdimatların hazırlanması, kod yazılması, şəkillərin emalı, eləcə də uzun kontekstin yadda saxlanması və “mürəkkəb çoxmərhələli tapşırıqların” icrasında daha uğurludur. 44 “intellektual əmək” sahəsini əhatə edən GDPval testlərində model halların 70,9%-də insan mütəxəssislərin göstəricilərinə bərabər olub və ya onları üstələyib. GPT-5.1 üçün bu göstərici 38,8% idi. Proqramlaşdırma testlərində GPT-5.2-nin nəticələri əvvəlki versiya ilə müqayisədə təxminən 5 faiz bəndi yaxşılaşıb. Modelin Instant, Thinking və Pro versiyaları artıq ChatGPT-nin ödənişli abunəçiləri üçün, həmçinin API vasitəsilə əlçatandır. 2025-ci ilin […] - [TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib](https://wecom.az/terrausd-nin-yaradicisi-do-kvon-15-il-h%c9%99bs-c%c9%99zasina-m%c9%99hkum-edilib/): NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do Kvonun hərəkətlərini “epik miqyasda dələduzluq” adlandırıb. Prokurorlar 12 il həbs cəzası tələb edirdilər, vəkillər isə beş il istəyirdilər. Do Kvon 2025-ci ilin avqustunda dələduzluq məqsədilə sövdələşmə və elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluq ittihamları üzrə özünü təqsirli bilib. Terraform Labs-ın həmtəsisçisi Do Kvon və şirkətin keçmiş maliyyə direktoru Han Çanq Cun 2023-cü ilin martında Podqoritsa hava limanında saxlanılıblar. Onlar Dubaya uçmağa cəhd edərkən üzərlərində saxta sənədlər aşkarlanıb. ABŞ və Cənubi Koreyada ona qarşı dələduzluq ittihamları irəli sürülüb. Hər iki ölkə 2022-ci ildə TerraUSD steyblkoini və Luna tokeninin çökməsi ilə bağlı iş […] - [Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib](https://wecom.az/financial-times-nvidia-nin-r%c9%99hb%c9%99ri-jensen-huang-i-ilin-adami-secib/): Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi “süni intellekt memarlarını” seçmişdi. Nəşrin fikrincə, Huang “qlobal iqtisadiyyatı dəyişə biləcək miqyaslı süni intellekt bumunun hərəkətverici qüvvəsi” olub. Huang Nvidia-nı “tarixin ən əhəmiyyətli texnoloji şirkətlərindən biri” adlandırır. Hazırda şirkət təxminən 5 trilyon ABŞ dolları həcmində bazar kapitallaşması ilə dünyanın ən bahalı şirkəti hesab olunur. Financial Times qeyd edir ki, 2025-ci ilə qədər Nvidia çipləri süni intellektin inkişafının “mühərrikinə” çevrilib, onun biznes və maliyyə sektorunda geniş yayılmasına təkan verərək yeni texnoloji dövrün başlanğıcını qoyub. Huang özəl sektor tərəfindən indiyədək həyata keçirilmiş ən böyük investisiya proqramlarından birinin mərkəzində yer alıb. Bu proqram eyni […] - [Amazon və Temu Avropada hədiyyə bazarında rəqabəti gücləndirir](https://wecom.az/amazon-v%c9%99-temu-avropada-h%c9%99diyy%c9%99-bazarinda-r%c9%99qab%c9%99ti-gucl%c9%99ndirir/): 025-ci ilin bayram mövsümü ərəfəsində Amazon və Temu Avropada onlayn hədiyyə bazarında rəqabəti daha da kəskinləşdirib. Analitiklərin məlumatına görə, Temu aşağı qiymət strategiyası, geniş məhsul çeşidi və agresiv marketinq kampaniyaları ilə Avropa istehlakçıları arasında sürətlə populyarlıq qazanır. Amazon isə sürətli çatdırılma, etibarlı logistika infrastrukturu və Prime üzvlük üstünlükləri ilə bazardakı mövqeyini qorumağa çalışır. Mütəxəssislər qeyd edirlər ki, bu rəqabət Avropada e-ticarət bazarının strukturuna təsir göstərir və istehlakçılar üçün daha sərfəli qiymətlər, geniş seçim imkanları yaradır. Xüsusilə Milad və Yeni il öncəsi dövrdə hər iki platformanın kampaniyalarının satış həcmlərinə ciddi təsir etdiyi bildirilir. Qeyd olunur ki, Amazon və Temu arasındakı rəqabət […] - [Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması](https://wecom.az/baki-yaradici-h%c9%99ft%c9%99si-m%c9%99d%c9%99niyy%c9%99t-v%c9%99-innovasiyanin-yeni-platformasi/): CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində uğurla baş tutub. İştirakçılar layihələrini investorlar, mentorlar, kreativ sənaye liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim ediblər. İƏT Mədəniyyət Festivalı haqqında “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (OIC 2025) İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət, yaradıcı iqtisadiyyat və innovasiya sahələrinin bir araya gətirildiyi böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regionda yaradıcı sənayelər ekosisteminin gücləndirilməsi və qlobal trendlərlə ayaqlaşan yeni təşəbbüslərin formalaşdırılmasıdır. Proqrama sərgilər, panel müzakirələr, innovasiya təqdimatları, kreativ baza fəaliyyətləri və dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların qatıldığı xüsusi sessiyalar […] - [Özbəkistanda nağd alışlara limit tətbiq ediləcək](https://wecom.az/ozb%c9%99kistanda-nagd-alislara-limit-t%c9%99tbiq-edil%c9%99c%c9%99k/): Özbəkistanda 2026-cı il aprelin 1-dən etibarən alkoqol, tütün məmulatları, avtomobil və mənzilləri nağd ödənişlə almaq qadağan ediləcək Həmçinin dəyəri 25 milyon sumdan (2025-ci il 11 dekabr tarixinə görə təxminən 3 min AZN) yuxarı olan mallar da nağd şəkildə ödənilə bilməyəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə fərmanı 2025-ci il dekabrın 10-da imzalayıb. Qərar 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. Sənədə əsasən, nağd pul ilə aşağıdakılar ödənilə bilməyəcək: Bundan əlavə, nağd şəkildə 10 ildən az istismar müddəti olan M, N, O və G kateqoriyalı nəqliyyat vasitələri, eləcə də daşınmaz əmlak alınmayacaq. Qadağa həmçinin 25 milyon sumdan baha olan bütün mallara və […] - [Milli Süni İntellekt Mərkəzi data mərkəzinin qurulmasına başlayıb](https://wecom.az/milli-suni-intellekt-m%c9%99rk%c9%99zi-data-m%c9%99rk%c9%99zinin-qurulmasina-baslayib/): Azərbaycanın süni intellekt ekosisteminin inkişafı çərçivəsində Milli Süni İntellekt Mərkəzi bir sıra mühüm yenilikləri elan edib. Bakıda keçirilən “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” tədbirində Mərkəzin rəsmisi İbrahim Süleymanov həm infrastruktur sahəsində yenilikləri, həm istifadəyə verilmiş layihələri, həm də süni intellektin yaratdığı risklər barədə danışıb. Data mərkəzinin qurulmasına start verilib İbrahim Süleymanov bildirib ki, Mərkəz artıq yüksək güclü qrafik prosessor modullarının alışı və quraşdırılmasına başlayıb. Hazırda avadanlıqların inteqrasiyası aparılır və yaxın zamanlarda dövlət qurumları süni intellekt layihələrini məhz bu data mərkəzi üzərindən işlədə biləcəklər. O qeyd edib ki, Mərkəz universitetlərlə əməkdaşlığı genişləndirir və tələbələrlə startup layihələrinə başlanılması planlaşdırılır. Bundan əlavə, […] - [Azərbaycanda data və kvantum platformaları yaradıla bilər](https://wecom.az/az%c9%99rbaycanda-data-v%c9%99-kvantum-platformalari-yaradila-bil%c9%99r/): Azərbaycan ilə IBM şirkəti ölkənin rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib. “Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R.Nəbiyev ilə IBM şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel arasında aparılıb. “Eyni zamanda, innovasiya mərkəzləri və kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib. - [Özbəkistanda "Telegram Wallet"dan istifadə rəsmiləşib](https://wecom.az/ozb%c9%99kistanda-telegram-walletdan-istifad%c9%99-r%c9%99smil%c9%99sib/): 9 dekabr 2025-ci il tarixindən etibarən Özbəkistanda Telegram istifadəçiləri üçün Wallet xidməti istifadəyə verilib. Bu, mesajlaşma tətbiqinə birbaşa inteqrasiya olunmuş beynəlxalq cüzdandır. 27 milyondan çox istifadəçi artıq əlavə proqram yükləmədən, yerli ödəniş sistemlərindən istifadə edərək kriptovalyutaları ala, göndərə və qəbul edə bilir. Wallet Bitcoin, Toncoin, USDT və 200-dən çox populyar tokeni dəstəkləyir. Analitiklər bildirib ki, bu format Özbəkistanda xüsusilə populyardır, çünki Telegram ölkədə internet istifadəçilərinin 88%-ni əhatə edir. Qeyd edək ki, xidmətin texnoloji tərəfdaşı ölkənin ən böyük kriptoekosistemi olan Asteriumdur. Wallet Humo, Visa və Mastercard kartlarını dəstəkləyir, sürətli əməliyyatlar, şəffaf tariflər və yüksək məlumat təhlükəsizliyi təmin edir. Asterium-un CEO-su Komilhodja Sultonov […] - [AMB qumar oyunları təşkil etməkdə ittiham olunan "Paysis"in fəaliyyətini dayandırıb](https://wecom.az/amb-qumar-oyunlari-t%c9%99skil-etm%c9%99kd%c9%99-ittiham-olunan-paysisin-f%c9%99aliyy%c9%99tini-dayandirib/): Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı – “Paysis” MMC-nin fəaliyyətini dayandırıb. “Report” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, buna səbəb şirkətə və onun rəhbərinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı cinayət işini başlanılmasıdır. Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, “Paysis”ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti […] - [Liberman qardaşları İqtisadiyyat Naziri Mikayıl Cabbarov ilə Süni İntellekt laboratoriyası ilə əlaqədar görüşüblər.](https://wecom.az/liberman-qardaslari-iqtisadiyyat-naziri-mikayil-cabbarov-il%c9%99-suni-intellekt-laboratoriyasi-il%c9%99-%c9%99laq%c9%99dar-gorusubl%c9%99r/): Mikayıl Cabbarov və Liberman qardaşları: Azərbaycanda Mərkəzləşdirilməmiş Süni İntellekt İnfrastrukturu üçün strateji görüş keçiriblər. İqtisadiyyat Naziri Mikayıl Cabbarov Liberman qardaşları ilə görüşərək Azərbaycanda süni intellekt (Sİ) və hesablama infrastrukturu sahəsində mövqelərin gücləndirilməsi perspektivlərini müzakirə edib. Görüşün əsas mövzusu Liberman qardaşlarının təklif etdiyi Mərkəzləşdirilməmiş Süni İntellekt (Decentralized AI) data mərkəzi ideyası olub. Liberman qardaşları öz instagram paylaşımlarında görüşün məhsuldar olduğunu və Azərbaycanın mərkəzləşdirilməmiş texnologiyalar ideyalarına açıq olmasından məmnun qaldıqlarını bildiriblər. Onların konsepti, Sİ üçün zəruri olan hesablama gücünü coğrafi olaraq paylanmış, yəni mərkəzləşdirilməmiş bir şəbəkə vasitəsilə təmin etməyi nəzərdə tutur. Belə bir yanaşma milli təşəbbüslə yanaşı, Körfəz ölkələri və Türkiyənin iştirakı […] - [Azərbaycan 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasını təsdiqləyib](https://wecom.az/az%c9%99rbaycan-2026-2029-cu-ill%c9%99r-ucun-r%c9%99q%c9%99msal-iqtisadiyyat-strategiyasini-t%c9%99sdiql%c9%99yib/): Azərbaycanın Prezidenti İlham Əliyev “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nı təsdiqləyib. Yeni sənəd ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini, biznes mühitinin rəqəmsallaşdırılmasını və yeni texnologiyaların tətbiqinin genişləndirilməsini hədəfləyir. Strategiyaya görə, Nazirlər Kabineti tədbirlərin icrasına nəzarəti, illik hesabatların təqdim edilməsini və digər əlaqələndirmə funksiyalarını həyata keçirəcək. Tədbirlərin monitorinqi isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Rəqəmsal transformasiya üzrə hədəflər Müəssisələrin rəqəmsal transformasiyası 2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq. Bu göstərici illər üzrə belə müəyyənləşdirilib: Rəqəmsal transformasiyadan keçmiş müəssisələrin EBİTDA göstəricisi isə 2029-cu ildə 58 milyon manata yüksəlməlidir. Startap ekosistemi genişlənəcək Yeni startapların sayı […] - [TikTok Shop Avropada satıcılar üçün komissiya haqlarını artıracaq](https://wecom.az/tiktok-shop-avropada-saticilar-ucun-komissiya-haqlarini-artiracaq/): TikTok Shop Avropada fəaliyyət göstərən satıcılar üçün platforma komissiyalarının artırılacağını elan edib. Məlumata görə, yeni dəyişikliklər çərçivəsində TikTok Shop Almaniya, Fransa, İspaniya, İtaliya və İrlandiya kimi əsas Avropa bazarlarında satıcı komissiyalarını mərhələli şəkildə 5 %-dən 9 %-ə yüksəltməyi planlaşdırır. Şirkət bu qərarı platformanın logistika imkanlarının genişləndirilməsi, satıcı alətlərinin təkmilləşdirilməsi, müştəri xidmətlərinin inkişafı və sosial ticarət ekosisteminin davamlı böyüməsi ilə əsaslandırır. Ekspertlər qeyd edirlər ki, komissiya artımı bəzi kiçik satıcılar üçün əlavə xərclər yaratsa da, TikTok Shop-un artan istifadəçi bazası, yüksək dönüşüm göstəriciləri və canlı satış formatları platformanı Avropada e-ticarət üçün cəlbedici saxlamaqda davam edir. Qeyd olunur ki, bu addım TikTok […] - [Tatyana Kim rəsmi olaraq Wildberries-in yeganə sahibi oldu](https://wecom.az/tatyana-kim-r%c9%99smi-olaraq-wildberries-in-yegan%c9%99-sahibi-oldu/): Vladislav Bakalçuk ona öz 1%-lik payını verib. Məhkəmə bununla bağlı qərarı hələ 2025-ci ilin aprelində çıxarmışdı. «İnterfaks» yazır ki, Bakalçuk 2025-ci il dekabrın 10-dan etibarən pay sahibi olmaqdan çıxıb. O, RBC-yə bildirib ki, öz 1%-lik payını “satıb”, lakin sövdələşmənin məbləğini açıqlamayıb. EGRUL-un məlumatına görə, şirkətin 100%-i Tatyana Kim-ə məxsusdur. 2025-ci ilin aprelinə qədər Kim və Bakalçukun əmlak bölgüsü ilə bağlı işi araşdıran məhkəmə qərarı sahibkar qadının xeyrinə çıxarmışdı. Kim Bakalçukun “Vayldberriz” MMC-dəki payını alaraq şirkətin 100%-lik sahibi olmuşdu. Bundan əlavə, “Vayldberriz Bank” MMC-dəki 100% payı və onun şəxsi hesablarında olan bütün vəsaitlər də Kim-in istifadəsində qalır. May ayında Bakalçuk məhkəmə […] - [Azərbaycanda oyunlara investisiya edəcək VC fond qurulacaq](https://wecom.az/az%c9%99rbaycanda-oyunlara-investisiya-ed%c9%99c%c9%99k-vc-fond-qurulacaq/): “İƏT Yaradıcı Həftə 2025” çərçivəsində oyun sənayesi üzrə beynəlxalq panel – “G-HUB: İƏT Ölkələrində Oyun Texnologiyalarının İnkişafının Yüksəlişi və Əməkdaşlıq İmkanları” keçirilib. Tədbirdə İƏT ölkələrindən oyun industriyası liderləri, ekosistem nümayəndələri və yaradıcı sahə mütəxəssisləri iştirak edib. Panelin əsas məqsədi oyun sektorunun İƏT məkanında sürətlə artan potensialını dəyərləndirmək, regional bazarlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək və oyun istehsalının qlobal səviyyədə mövqeyini gücləndirmək olub. Panelin rəsmi hissəsində çıxış edən İslam Əməkdaşlıq Gənclər Forumunun (ICYF) baş direktoru Rasul Omarov festivalın regional mədəni əməkdaşlıq üçün rolunu yüksək qiymətləndirib: “Mədəniyyət Nazirliyinə və bütün tərəfdaşlara İƏT Mədəniyyət Festivalı – “Baku Creative Week 2025” tədbirinə ev sahibliyi etdiklərinə və mədəni–yaradıcılıq […] - [Wildberries hədiyyə üçün birlikdə pul toplama funksiyasını aktivləşdirib](https://wecom.az/wildberries-h%c9%99diyy%c9%99-ucun-birlikd%c9%99-pul-toplama-funksiyasini-aktivl%c9%99sdirib/): Toplamağa istənilən bank kartı ilə pul göndərmək mümkündür. Wildberries funksiyanı mobil tətbiqdə test rejimində istifadəyə verib, lakin marketplace TASS-a bildirib ki, “yaxın vaxtlarda” bütün istifadəçilər üçün əlçatan olacaq. Pul yığımı səbətə əlavə edilmiş istənilən məhsul üçün açıla bilər. Eyni funksiya “WB Bank” tətbiqində də mövcuddur — istifadəçi “Seçilmişlər” siyahısına əlavə etdiyi istənilən məhsulu pul toplama məqsədilə seçə bilər. Digər iştirakçıları dəvət etmək üçün onlara toplama səhifəsinin birbaşa linkini göndərmək kifayətdir. Dəvət olunanlar həm məhsulu, həm də pul köçürmək üçün formanı görəcəklər. Hər kəs istədiyi məbləğdə töhfə verə bilər. Lazımi məbləğ toplandıqdan sonra yığımı açan şəxs sifarişi ödəyə bilər. O, həmçinin […] - [Rusiyada Oflayn mağazalar hökumətdən marketpleyslərdəki endirimlərə qarşı dəstək istəyir](https://wecom.az/rusiyada-oflayn-magazalar-hokum%c9%99td%c9%99n-marketpleysl%c9%99rd%c9%99ki-endiriml%c9%99r%c9%99-qarsi-d%c9%99st%c9%99k-ist%c9%99yir/): Nə baş verib?Böyük oflayn pərakəndəçilər hökumətə müraciət edərək banklara marketpleyslərdəki saxta endirimlərlə mübarizədə kömək göstərilməsini xahiş ediblər. Onların sözlərinə görə, bir çox onlayn platformalar alıcıları böyük “endirim”lərlə cəlb edir, amma bu endirimlər həmişə real olmur — əvvəlcə qiymət qaldırılır, sonra isə guya endirim edilir. Bu niyə problemə çevrilib?Oflayn mağazalar iddia edir ki, bu cür praktika nəticəsində: Ritelyerlərin fikrincə, banklar endirimlərin düzgünlüyünü yoxlamaqda iştirak edə bilər, çünki bütün ödənişlər onların üzərindən keçir. Ritelyerlər nə istəyirlər? Onlar təklif edirlər ki: Hələlik bu yalnız təklifdir — rəsmi qərar yoxdur. Bu alıcılar üçün nə deməkdir? Əslində mövzu onlayn alış-veriş edən hər kəsə aiddir: Hazırda […] - [2026-cı ildən sahibkarlar üçün vergi qaydaları dəyişir – Əsas məqamlar!!!](https://wecom.az/2026-ci-ild%c9%99n-sahibkarlar-ucun-vergi-qaydalari-d%c9%99yisir-esas-m%c9%99qamlar/): 2026-cı ildən ictimai iaşə, pərakəndə ticarət, xidmət və mikro sahibkarlıq sahələrində bir sıra mühüm vergi yenilikləri tətbiq ediləcək. Dövlət Vergi Xidməti və iqtisadçı ekspertlərin izahlarına əsaslanaraq, bu dəyişikliklərin kimlərə və necə təsir edəcəyini sadə dildə təqdim edirik. 1. İaşə obyektlərində POS-terminal dövriyyəsinə vergi güzəşti Gələn ildən ƏDV qeydiyyatında olan iaşə obyektlərinin POS-terminal vasitəsilə nağdsız ödənişlərdən əldə edilən dövriyyəsinin 50%-i 3 il müddətinə ƏDV bazasından çıxılacaq. Bu, həmin obyektlərin vergi yükünü ciddi şəkildə azaldacaq.Hazırda oxşar güzəşt tibb müəssisələrinə tətbiq olunur. Bununla yanaşı: Nümunə:Aylıq dövriyyəsi 50 min manat olan və bunun 40 mini POS ödənişlərindən formalaşan bir iaşə obyekti üçün ƏDV yükü […] - [Gələn il maaşlardan nə qədər vergi tutulacaq? – Sadə izahla](https://wecom.az/g%c9%99l%c9%99n-il-maaslardan-n%c9%99-q%c9%99d%c9%99r-vergi-tutulacaq-sad%c9%99-izahla/): Maliyyə naziri bildirib ki, 2500 manatadək maaş alanların gəlir vergisi 14%-dən 7%-ə endirilir. Bu dəyişiklik çoxlarını maraqlandıran sualları gündəmə gətirib: kimlərə şamil olunur? Vergi neçə mərhələdə dəyişəcək? Dövlət və özəl sektorda vəziyyət necə olacaq? Aşağıda bütün suallara qısa və aydın cavab veririk. Kimlər bu güzəştdən yararlanacaq? Dövlət sektoru üçün vergi dərəcəsi dəyişmir — 14% olaraq qalır. Vergi niyə dəyişir? 2019–2025-ci illərdə özəl və qeyri-neft sektorunda maaşlara qoyulan vergi güzəşti bitirdi. Normalda vergi yenidən 14%-ə qalxmalı idi, amma hökumət bunu kəskin şəkildə etmədi. Bunun əvəzinə mərhələli şəkildə keçid tətbiq edilir ki, insanlara əlavə yük düşməsin. 2026-dan etibarən vergi necə hesablanacaq? – […] - [OpenAI Slack şirkətinin baş direktorunu – Deniz Dresser-i gəlir direktoru vəzifəsinə edib](https://wecom.az/openai-slack-sirk%c9%99tinin-bas-direktorunu-deniz-dresser-i-g%c9%99lir-direktoru-v%c9%99zif%c9%99sin%c9%99-edib/): OpenAI korporativ müştərilərdən əldə olunan gəlirləri artırmaq məqsədilə Slack-ın baş direktoru Deniz Dresser-i chief revenue officer — gəlir direktoru vəzifəsinə gətirib. Dresser 2023-cü ildə Slack-ın baş direktoru olmuşdu, bundan əvvəl isə 12 il Salesforce-da çalışmışdı. Bloomberg yazır ki, OpenAI-də o, ilk növbədə korporativ müştərilərdən əldə olunan gəlir strategiyasına cavabdeh olacaq. Nəşrin qeydinə görə, bu təyinat OpenAI-nin öz məhsullarının biznes sektorunda tətbiqini genişləndirmə cəhdidir. Bloomberg bildirir ki, OpenAI neyron şəbəkələrinin (Sİ – Süni İntellekt infrastrukturu) inkişafına yatırılan investisiyaları əsaslandırmaq üçün gəlirini sürətlə artırmalıdır – şirkət təkcə Sİ infrastrukturu üçün ən azı 1,4 trilyon dollar xərcləməyi planlaşdırır. TechCrunch isə Dresser-in rolunu “şirkətin […] - [PAŞA Bank və Div Academy “AI for Good” təlim proqramına qeydiyyatı açıb](https://wecom.az/pasa-bank-v%c9%99-div-academy-ai-for-good-t%c9%99lim-proqramina-qeydiyyati-acib/): PAŞA Bank və Div Academy birgə əməkdaşlıq çərçivəsində süni intellekt sahəsində yeni təlim proqramı — “AI for Good” layihəsinə qeydiyyatı başlayıb. Proqram valideynini itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını artırmağı və onların əmək bazarına inteqrasiyasını dəstəkləməyi məqsəd qoyur. Təlim tam ödənişsizdir və bütün xərclər layihə tərəfdaşları tərəfindən qarşılanır. Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar: üzrə biliklər əldə edəcəklər. Təlim prosesi mentorluq görüşləri, sahə mütəxəssisləri ilə interaktiv sessiyalar və real layihələr üzərində çalışma imkanları ilə tamamlanacaq. Layihə PAŞA Bankın sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərə uyğundur və gənclərin rəqəmsal savadlılığının artırılması, eləcə də gələcək peşə seçimlərinə dəstək göstərilməsi […] - [Bir ekosistemi ötən ayın yenilikləri](https://wecom.az/bir-ekosistemi-ot%c9%99n-ayin-yenilikl%c9%99ri/): Qafqazın ilk rəqəmsal ekosistemi olan Bir, ötən ay ərzində nəqliyyat, rəqəmsal ödənişlər və digər xidmət sahələrində bir sıra funksional yeniliklər təqdim edib. Birbank-la ictimai nəqliyyatda təmassız ödənişlər istifadəyə verildi Birbank-ın texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq Bakı Metropolitenində gediş haqqını istənilən bankın təmassız (NFC) ödənişi dəstəkləyən kartı ilə ödəmək mümkündür. BakıKart ilə birgə tətbiq edilən bu sistem yalnız Kapital Bank müştərilərini deyil, digər bank istifadəçilərini də əhatə edir. Yeni sistem həmçinin Apple Pay, Google Pay, eləcə də Birbank, BakıKart və m10 vasitəsilə ödənişləri dəstəkləyir. Yaxın zamanda təmassız ödənişlərin marşrut avtobuslarında da tətbiqi planlaşdırılır. Bir Bonus ilə taksi ödənişlərində […] - [Anthropic, OpenAI və Block “Sİ agenti-nin şəffaf inkişafı” üçün Agentic AI Foundation fondunu yaradıb](https://wecom.az/anthropic-openai-v%c9%99-block-si-agenti-nin-s%c9%99ffaf-inkisafi-ucun-agentic-ai-foundation-fondunu-yaradib/): Linux Foundation Anthropic, Block və OpenAI tərəfindən təsis edilən Agentic AI Foundation (AAIF) adlı yeni hədəf fondunu istifadəyə verib. Bu şirkətlər öz işləmələrini — o cümlədən MCP-ni — fondun ixtiyarına veriblər. Kod açıq olacaq və hər kəs üçün əlçatan olacaq. Layihə Google, Microsoft, AWS, Cloudflare və Bloomberg-in dəstəyi ilə işə salınıb. Təsisçilərin sözlərinə görə, fond agent əsaslı süni intellektin insanlığın maraqlarına uyğun və tam şəffaf şəkildə inkişaf etdirilməsinə kömək edəcək. Şirkətlər birlikdə açıq standartlar hazırlayacaq və “icmanın ehtiyaclarına əsaslanacaqlar”. Anthropic Sİ-modellərin xarici proqramlarla əlaqələndirilməsi üçün MCP protokolunu təqdim edib. Bu protokol artıq ChatGPT, Cursor, Gemini, Microsoft Copilot, Visual Studio Code […] - [ChatGPT-dən çıxmadan ərzaq alış-verişi etmək mümkündür](https://wecom.az/chatgpt-d%c9%99n-cixmadan-%c9%99rzaq-alis-verisi-etm%c9%99k-mumkundur/): OpenAI və Instacart istifadəçilərə tamamilə yeni alış-veriş təcrübəsi təqdim edir. Belə ki, artıq müştərilər ChatGPT interfeysini tərk etmədən axşam yeməyi üçün ideyalar axtara, ərzaq siyahısı hazırlaya və sifarişi tamamlayaraq ödəniş edə bilərlər. Bu yenilik iki şirkət arasında uzun müddətdir davam edən əməkdaşlığın daha dərin bir mərhələyə keçdiyini göstərir; xatırladaq ki, Instacart daha əvvəl də öz tətbiqində ChatGPT əsaslı axtarış funksiyasını işə salmışdı. Bu addım OpenAI-ın hazırda prioritet hesab etdiyi “agent ticarəti” (agentic commerce) strategiyasının tərkib hissəsidir. Şirkət süni intellektin istifadəçi adından araşdırma aparıb alış-veriş etməsini hədəfləyir və buna oxşar inteqrasiyaları Booking.com, Canva, Spotify və Target kimi digər platformalarla da həyata […] - [“Azərpoçt” “Visa B2B Connect” ödəniş platformasına qoşulub](https://wecom.az/az%c9%99rpoct-visa-b2b-connect-od%c9%99nis-platformasina-qosulub/): AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC biznes subyektləri üçün iri məbləğli transsərhəd ödənişləri asanlaşdırmaq məqsədilə rəsmi olaraq “Visa B2B Connect” platformasına qoşulub. “Visa B2B Connect” platformasına inteqrasiya olunmaqla “Azərpoçt” biznes müştərilərinə sürətli, təhlükəsiz və şəffaf şəkildə beynəlxalq ödənişləri birbaşa həyata keçirmək imkanı təqdim edir. Bu addım Azərbaycanda maliyyə xidmətlərinin müasirləşdirilməsinə mühüm töhfə verir. “Visa B2B Connect” platforması şifrləmə, autentifikasiya və unikal rəqəmsal identifikasiya mexanizmi də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə edir. Bu xüsusiyyətlər dələduzluq risklərini azaldır və yalnız yoxlanılmış istifadəçilərin şəbəkəyə daxil olmasını təmin edir. Bu da hər bir əməliyyatın təhlükəsizliyini, etibarlılığını və şəffaflığını artırır. Platformanın əsas üstünlükləri:• Ödənişlərin eyni […] - [Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb](https://wecom.az/az%c9%99rbaycanda-card-to-card-%c9%99m%c9%99liyyatlarinin-aos-uz%c9%99rind%c9%99n-aparilmasina-baslanilib/): Azərbaycanda kartdan karta köçürmə (“card to card”) əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, “card to card” əməliyyatlarının kart prosesinq sistemindən Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılması bankların daxili infrastrukturunda əsas dəyişiklik yaradır və onlara bir sıra üstünlüklər qazandırır. Qeyd olunub ki, əsas üstünlüklərdən biri bankların xərclərinin azalmasıdır. Belə ki, AÖS üzrə bu növ əməliyyatlar üçün Mərkəzi Bank tərəfindən xidmət haqqı tətbiq edilmir. Eyni zamanda, AÖS vasitəsilə hesablar arasında aparılan köçürmələr anında – bir neçə saniyə ərzində həyata keçirilir. Bankların xərclərinin və proseslərinin optimallaşması nəticəsində vətəndaşlara daha səmərəli xidmətlər və […] - [Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb](https://wecom.az/az%c9%99rbaycanda-od%c9%99nis-kartlari-il%c9%99-olk%c9%99daxili-firildaqciliq-hallarinin-sayi-iii-rubd%c9%99-k%c9%99skin-artib/): Bu ilin III rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 185 min 101 manatlıq 2 233 fırıldaqçılıq halı baş verib. “Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bu, II rüblə müqayisədə müvafiq olaraq 3,4 dəfə və 3,9 dəfə çoxdur. Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 28,4 % azalaraq 308 min 668 manata düşüb, fırıldaqçılıq hallarının sayı isə 59,6 % artaraq 7 669-a çatıb. III rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 39,4 %-i hesabın ələ keçirilməsi (5,4 faiz bəndi az), 60,6 %-i digər hallarla (5,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 73 %-i […] - [OpenAI tədqiqatı: ChatGPT korporativ istifadəçilərə iş tapşırıqlarını yerinə yetirərkən gündə bir saata qədər vaxt qazandırır](https://wecom.az/openai-t%c9%99dqiqati-chatgpt-korporativ-istifad%c9%99cil%c9%99r%c9%99-is-tapsiriqlarini-yerin%c9%99-yetir%c9%99rk%c9%99n-gund%c9%99-bir-saata-q%c9%99d%c9%99r-vaxt-qazandirir/): Sorğuda 100 şirkətdən əməkdaşlar iştirak edib. OpenAI-nin məlumatına görə, həftə ərzində “qazanılan” saatların miqdarı istifadə edilən kreditlərin sayına birbaşa nisbətdir. Mənbə: OpenAI OpenAI-nin 100 şirkətdən 9 000 əməkdaş arasında keçirdiyi sorğu göstərib ki, ChatGPT Enterprise abunəçilərə orta hesabla gündə 40–60 dəqiqə vaxt qənaəti təmin edir. Sorğuda iştirak edənlərin dörddə üçü məhsuldarlığın artdığını bildirib. Ən yaxşı nəticələri data mütəxəssisləri, kommunikasiya üzrə əməkdaşlar və mühəndislər qeyd edib. OpenAI vurğulayır ki, ən “aktiv” istifadəçilər — yəni ən son “məntiqi düşünən” modelləri seçən və alətləri kombinə edənlər — həftədə 10 saatdan çox vaxt qazana bilirlər. Bununla belə, Bloomberg xatırladır ki, araşdırmalar işçilərin çat-botlardan bəzən […] - [Donald Tramp Nvidia-nın H200 prosessorlarının Çinə tədarükünə icazə verib](https://wecom.az/donald-tramp-nvidia-nin-h200-prosessorlarinin-cin%c9%99-t%c9%99darukun%c9%99-icaz%c9%99-verib/): Bu çiplər süni intellekt modellərinin hazırlanması üçün vacibdir. Bloomberg-in yazdığına görə, ABŞ prezidenti Donald Trampın sözlərinə əsasən, o, artıq bu qərar barədə Çin Sədri Si Cinpinə məlumat verib və Çin tərəfi “müsbət reaksiya” göstərib. Çiplər yalnız “yoxlanılmış müştərilərə” və “milli təhlükəsizliyin qorunmasını təmin edən şərtlərlə” tədarük olunacaq. Intel və AMD də daha güclü prosessorların ixracı üçün icazə almaq hüququna sahib ola bilər. Nəşrin qeyd etdiyi kimi, H200 prosessorları Çin istehsalı olan bütün analoqları üstələyir və məhz Çin üçün hazırlanmış “məhdudlaşdırılmış” H20 versiyasından da daha yüksək məhsuldarlığa malikdir. Bu qərar daha inkişaf etmiş Blackwell və gələcək Rubin kimi modellərə şamil olunmur. […] - [Azərbaycan Cənubi Qafqazda ən güclü AI infrastrukturuna sahibdir!](https://wecom.az/az%c9%99rbaycan-indi-c%c9%99nubi-qafqazda-%c9%99n-guclu-ai-infrastrukturuna-sahibdir/): Azərbaycanda süni intellekt ekosistemi sürətlə genişlənir və yeni mərhələyə qədəm qoyur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin keçirdiyi “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusundakı elmi-praktik konfransda dövlət qurumları ölkənin rəqəmsal transformasiya gücünü artıracaq mühüm açıqlamalarla çıxış edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri artıq effektiv işləyən yeni süni intellekt həllini təqdim ediblər. Qanunvericilik bazasına əsaslanan AI dəstəkli axtarış sistemi qısa müddətdə 30 min istifadəçiyə çataraq hüquqşünaslardan tutmuş sıravi vətəndaşlara qədər geniş auditoriyanın məlumat əldə etmə imkanlarını xeyli artırıb. Bununla yanaşı, ölkədə ABŞ-ın aparıcı çip istehsalçısı NVIDIA-nın infrastrukturu qurulub. “AzInTelecom” MMC-də yerləşdirilən 32 ədəd H200 “Hopper” GPU […] - ["Trendyol" və "Azərlotereya" əməkdaşlığa başladı – "1001 Sevinc" artıq "Trendyol"da](https://wecom.az/trendyol-v%c9%99-az%c9%99rlotereya-%c9%99m%c9%99kdasliga-basladi-1001-sevinc-artiq-trendyolda/): Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri “Trendyol”, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı “Azerlotereya” ASC ilə əməkdaşlığa başlayıb. ​​Bu əməkdaşlıq çərçivəsində “Trendyol”, “Azerlotereya”nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək. Müştərilər artıq “Trendyol” platforması vasitəsilə də “1001 Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər. “1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0.5, 1, 2 və ya 3 AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. Qaliblər lototron vasitəsi ilə “Azərlotereya”nın Youtube və Telegram kanallarında canlı yayımla müəyyən edilir. Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır. Lotereya biletini onlayn […] - [Azərbaycanda AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib](https://wecom.az/az%c9%99rbaycanda-azqr-kod-la-od%c9%99nisl%c9%99r%c9%99-dair-t%c9%99l%c9%99bl%c9%99r-t%c9%99sdiq-edilib/): Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişiklik edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Dəyişikliklə, qaydaya AZQR kod (Azərbaycana mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod), statik AZQR kod (tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod), dinamik AZQR kod (tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod) və AZQR kod təchizatçısı (AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycanda […] - [Moyu “Stonepacker”i təqdim edir: 25 dövr üçün nəzərdə tutulmuş təkrar istifadə oluna bilən daş kağız qutusu](https://wecom.az/moyu-stonepackeri-t%c9%99qdim-edir-25-dovr-ucun-n%c9%99z%c9%99rd%c9%99-tutulmus-t%c9%99krar-istifad%c9%99-oluna-bil%c9%99n-das-kagiz-qutusu/): Niderland mərkəzli ekoloji dəftər ləvazimatı brendi Moyu, daş kağızdan hazırlanan və təkrar istifadə üçün nəzərdə tutulmuş Stonepacker adlı yeni göndərmə qutusunu təqdim etməklə davamlılıq missiyasını qablaşdırma sektoruna daşıyır. Təxminən 25 dəfə istifadə oluna bilən və ömrünün sonunda tam təkrar emal edilə bilən Stonepacker, e-kommersiyanın birdəfəlik kartondan asılılığını azaltmağı hədəfləyir. Stonepacker Boxo-nun ölkə üzrə geri qaytarma şəbəkəsi ilə inteqrasiya olunub Yeni qablaşdırma həlli Boxo-nun milli qaytarma sistemi ilə işləyir. İstifadəçilər boş qutunu Niderland üzrə müəyyən edilmiş məntəqələrə təhvil verir və geri qaytardıqda avtomatik olaraq 3,95 avro depozit geri alırlar. Hər dövrədən sonra qutular yoxlanılır, təmizlənir və yenidən istifadəyə hazırlanır. Təxminən 25 […] - [AİİŞ Şurası E-ticarət qaydalarının və gömrük limitlərinin standartlaşdırılması üzrə saziş layihəsini təsdiqləyib](https://wecom.az/aiis-surasi-e-ticar%c9%99t-qaydalarinin-v%c9%99-gomruk-limitl%c9%99rinin-standartlasdirilmasi-uzr%c9%99-sazis-layih%c9%99sini-t%c9%99sdiql%c9%99yib/): Avrasiya İqtisadi İttifaqı (AİİŞ) rəqəmsal ticarət üçün vahid qaydalar yaratmağa doğru daha bir mühüm addım atıb. Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası e-ticarətə dair vahid tənzimləmə çərçivəsini və yenilənmiş gömrük limitlərini müəyyən edən saziş layihəsini təsdiqləyib. Qırğız Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini Daniyar Amangeldiyev toplantıda videokonfrans vasitəsilə iştirak edib. Sessiya zamanı AİİŞ daxilində Elektron Ticarət haqqında Saziş layihəsi təsdiq olunub. E-ticarət üçün vahid və şəffaf qaydalar yaradılır Saziş layihəsi AİİŞ ölkələrində e-ticarətin bütün iştirakçıları üçün vahid tənzimləmə mühitinin formalaşdırılmasını hədəfləyir. Sənəd istehlakçıların qorunması, vergi siyasəti, gömrük nəzarəti və onlayn alınan malların daşınması ilə bağlı standartlaşdırılmış yanaşmalar təqdim edir. Rəsmi şəxslər […] - [Amazon Avropada tarixinin ən böyük komissiya endirimini elan edib](https://wecom.az/amazon-avropada-tarixinin-%c9%99n-boyuk-komissiya-endirimini-elan-edib/): Amazon Avropada satıcılar üçün komissiya və FBA (Fulfilment by Amazon) xidmət haqlarını azaltmaqla son illərin ən geniş qiymət yenilənmələrindən birini həyata keçirib. Bu addım Shein və Temu kimi ultra ucuz marketplace-lərin yaratdığı güclü rəqabətə cavab kimi qiymətləndirilir. Yeni yönləndirmə (referral) və FBA haqları dekabrın ortalarından və fevralın əvvəlindən mərhələli şəkildə qüvvəyə minəcək. Amazon bildirir ki, bu endirimlər “davamlı əməliyyat səmərəlilikləri və texnoloji yeniliklər” hesabına mümkün olub. Avropada satılan hər məhsul üçün komissiya orta hesabla 0,17 avro azalacaq, lakin bəzi kateqoriyalarda endirim daha böyük olacaq. Xüsusilə 20 avro və aşağı qiymətli məhsullar, yəni Asiya platformalarının güclü olduğu seqment, endirim strategiyasının mərkəzindədir. […] - [Optimus operatorlar tərəfindən idarə olunur?](https://wecom.az/optimus-operatorlar-t%c9%99r%c9%99find%c9%99n-idar%c9%99-olunur/): X sosial şəbəkəsində robotun VR eynəyini çıxarmağa çalışdığına bənzər hərəkətləri müzakirə edilir Video Tesla-nın “avtomatlaşdırmanın gələcəyinə” həsr olunmuş tədbirində çəkilib. Mənbə: X 7 dekabr 2025-ci ildə Mayamidə keçirilən The Future of Autonomy Visualized sərgisində Optimus robotları qonaqlara yemək və içki paylayırdı.Viral olan videoda robot bir neçə su butulkasını yerə salır, daha sonra əllərini başına qaldırır və yıxılır. İstifadəçilər yazır: “Əgər kimin şübhəsi qalırdısa ki, Optimus operatorlar tərəfindən idarə olunur, burada açıq-aşkar görünür ki, kimsə sanki VR qarniturasını çıxarır.” Bir şərhçi iddia edir ki, tədbirdə şəxsən iştirak edib və Tesla əməkdaşı ona robotun uzaqdan idarə olunduğunu təsdiqləyib. 2025-ci ilin oktyabrında Tesla, […] - [IBM, Confluent startapını 11 milyard dollara almağa hazırlaşır — WSJ](https://wecom.az/ibm-confluent-startapini-11-milyard-dollara-almaga-hazirlasir-wsj/): 8 dekabr 2025 yenilənməsi:IBM, Confluent-in 11 milyard dollara alınacağına dair məlumatı təsdiqləyib. Bu, şirkətin son dövrlərdə həyata keçirdiyi ən böyük satınalmalardan biri ola bilər. Mənbə: Bloomberg The Wall Street Journal-ın mənbələrinə istinadən yazdığına görə, danışıqlar artıq yekun mərhələyə çatıb və sövdələşmə “yaxın günlərdə” bağlana bilər. IBM, Confluent üçün təxminən 11 milyard dollar ödəyəcək. Confluent real vaxtda məlumat axınlarını idarə etməyə imkan verən texnologiyalar hazırlayır — bu texnologiyalar süni intellekt modellərinin işinin əsasını təşkil edir. Nəşrin qeyd etdiyinə görə, şirkətin məhsullarına tələbat “Sİ bumu” fonunda əhəmiyyətli dərəcədə artıb. Startapın bazar kapitallaşması təxminən 8 milyard dollardır. WSJ yazır ki, Confluent-in satın alınması […] - ["SOCAR Hackathon 2025"in rəsmi tərəfdaşı məlum olub](https://wecom.az/socar-hackathon-2025in-r%c9%99smi-t%c9%99r%c9%99fdasi-m%c9%99lum-olub/): Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur. “Report” SOCAR-a istinadən xəbər verir ki, “Microsoft”un “SOCAR Hackathon 2025″də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Münsiflər heyətində təmsil olunacaq “Microsoft” tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlik qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək. Bunla yanaşı, “Microsoft” “Hackathon” üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək. “Microsoft” şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi […] - [NETTY2025 nominantları müəyyən edilib](https://wecom.az/netty2025-nominantlari-mu%c9%99yy%c9%99n-edilib/): Mükafatın qalibləri mükafatlandırma mərasimində elan olunacaq NETTY 2025-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilmişdir. Nominantların yekun siyahısı mükafatın saytındadır: https://www.netty.az/az/nominants . Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlamışdır. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər. Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək. NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Müsabiqə çərçivəsində […] - [Niderlanda daxil olan transsərhəd e-kommersiya bağlamaları üçün yeni emal haqqı tətbiq olunur](https://wecom.az/niderlanda-daxil-olan-transs%c9%99rh%c9%99d-e-kommersiya-baglamalari-ucun-yeni-emal-haqqi-t%c9%99tbiq-olunur/): Niderland Avropa İttifaqından kənardan ölkəyə daxil olan aşağı dəyərli e-kommersiya bağlamalarına yeni emal haqqı tətbiq etməyə hazırlaşır. Bu addıma son aylarda oxşar qərarlar verən bir neçə Avropa ölkəsi də qoşulub. Avropa hökumətləri artan iş yükü ilə mübarizə aparan gömrük sistemlərinin yükünü azaltmaq üçün bu cür tədbirlər görür. Niderland rəsmiləri dəyəri 150 avrodan aşağı olan bağlamalar üçün bir məhsula 0,50–2 avro arası rüsum tətbiq etməyi nəzərdən keçirir. Bu təşəbbüs Fransa, Belçika və Lüksemburqun 2026-cı ilin əvvəlində qüvvəyə minməsi gözlənilən oxşar qərarları ilə üst-üstə düşür. Qərarların əsas səbəbi isə Çindən gələn bağlamalar başda olmaqla, Asiya bazarlarından Avropaya daxil olan milyonlarla ucuz məhsul […] - [Lenovo: Gələcəyin data mərkəzləri “Süni İntellekt fabrikləri” olacaq](https://wecom.az/lenovo-g%c9%99l%c9%99c%c9%99yin-data-m%c9%99rk%c9%99zl%c9%99ri-suni-intellekt-fabrikl%c9%99ri-olacaq/): “Lenovo”nun EMEA üzrə innovativ həllər direktoru Noam Rosen şirkətin keçirdiyi konfrans zamanı süni intellektin (Sİ) gələcək rolu və onu dəstəkləyəcək yeni nəsil İT infrastrukturu barədə əsas fikirlərini bölüşüb. Sİ işçiləri nədir? Rosenə görə, Sİ işçiləri artıq sadə botlardan fərqlənərək, avtonom qərar verə bilən ağıllı rəqəmsal agentlərə çevrilir. Onlar məlumatları emal edir, prosesləri avtomatlaşdırır və biznes komandalarına əlavə yükü azaltmaqla dəstək olur. Niyə yeni infrastruktur tələb olunur? Sİ sürətlə hər sahəyə daxil olduqca, ənənəvi data mərkəzləri bu yükü daşımaqda çətinlik çəkəcək. Rosen bildirir ki, məlumat “cazibəsi” səbəbindən Sİ hesablamaları məlumatların yaxınlığında aparılmalıdır. Bu isə xüsusi şəkildə optimallaşdırılmış, yüksək performanslı “Sİ fabriklərinin” […] - [ABŞ E-ticarəti üçün mənzərə pisləşir: Yüksək tariflər 320 milyard dollarlıq itki yarada bilər](https://wecom.az/abs-e-ticar%c9%99ti-ucun-m%c9%99nz%c9%99r%c9%99-pisl%c9%99sir-yuks%c9%99k-tarifl%c9%99r-320-milyard-dollarliq-itki-yarada-bil%c9%99r/): Statista-nın yeni analizi xəbərdarlıq edir ki, ABŞ-da tariflər təkcə ticarət aləti deyil — qarşıdakı beş il ərzində ölkənin e-ticarət bazarını köklü şəkildə dəyişdirə biləcək güclü bir faktordur. Statista-nın hesablamalarına görə, əgər yüksək tariflər qüvvədə qalarsa, ABŞ e-ticarət bazarında ciddi daralma baş verəcək. Proqnozlara əsasən, təklif olunan 2025 tarif siyasəti, sərbəst ticarət ssenarisi ilə müqayisədə, 2029-cu ilə qədər 320 milyard dollarlıq itkiyə səbəb ola bilər. Araşdırma göstərir ki, tarif dəyişiklikləri olmasa, ABŞ-da onlayn satışlar 2029-cu ildə 1,84 trilyon dollara çata bilərdi. Lakin yüksək tarif ssenarisində bu rəqəm 1,52 trilyon dollara düşür — yəni təxminən 17% azalma. Tramp ssenarisi nə deməkdir? Statista-nın […] - [Google Virtual Geyim Sınağı Xidmətini Genişləndirir](https://wecom.az/google-virtual-geyim-sinagi-xidm%c9%99tini-genisl%c9%99ndirir/): Google virtual geyim taxıb-çıxarma (try-on) alətini təkmilləşdirərək texnologiya nəhənginin Sİ ilə idarə olunan moda pərakəndəsinə keçidini daha da sürətləndirir. Bu xüsusiyyət onlayn alış-veriş zamanı istifadəçilərin geyimlərlə qarşılıqlı əlaqə tərzini dəyişəcək. Google-un təkmilləşdirilmiş virtual sınaq asistenti artıq Google Axtarış, Shopping, Şəkillər və AI Mode daxil olmaqla bir sıra xidmətlərdə əlçatandır. Yeni versiya istifadəçilərə geyimlərin öz bədənlərində necə görünəcəyini real vizuallaşdırmalar vasitəsilə görməyə imkan verir və alış qərarının daha dəqiq olmasını təmin edir. Bu yenilik Google-un “Shopping Graph” strategiyasının bir hissəsidir. Bu ekosistem qlobal pərakəndəçilərdən milyardlarla məhsul siyahısını Sİ ilə idarə olunan vahid platformada birləşdirir. E-kommersiya sahəsində rəqabət gücləndikcə Google-un immersiv alış-veriş […] - [Bütün qurumlar üçün “SİMA Token”i onlayn sifariş etmək imkanı yaradılıb](https://wecom.az/butun-qurumlar-ucun-sima-tokeni-onlayn-sifaris-etm%c9%99k-imkani-yaradilib/): AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb. Təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edə bilərlər. Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarını görə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər. Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə “SİMA İmza” ilə imzalanır. […] - [TikTok Shop 2025-ci il Black Friday kampaniyasında rekord satış həcminə çatıb](https://wecom.az/tiktok-shop-2025-ci-il-black-friday-kampaniyasinda-rekord-satis-h%c9%99cmin%c9%99-catib/): 2025-ci il Black Friday və Cyber Monday dövründə TikTok Shop qlobal miqyasda rekord səviyyədə satış nəticəsi əldə edib. Məlumata görə, platforma 4 günlük endirim kampaniyası ərzində 500 milyon ABŞ dollarını aşan ümumi məhsul dəyəri (GMV) formalaşdırıb. Bu göstərici TikTok Shop üçün indiyədək qeydə alınmış ən yüksək Black Friday satış nəticəsi hesab olunur. Ekspertlərin fikrincə, əldə olunan nəticələr sosial ticarətin (social commerce) sürətlə böyüdüyünü və TikTok Shop-un ənənəvi e-ticarət platformalarına ciddi rəqibə çevrildiyini göstərir. Canlı satışlar, qısa video formatları və influencer əsaslı marketinq strategiyaları satışların artımında əsas rol oynayıb. Qeyd olunur ki, TikTok Shop xüsusilə moda, gözəllik məhsulları, elektronika və gündəlik […] - [Jeff Bezos BƏƏ Prezidenti Əl Nəhyana səfər edib](https://wecom.az/jeff-bezos-bee-prezidenti-el-n%c9%99hyana-s%c9%99f%c9%99r-edib/): Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Amazon-un qurucusu və icraçı sədri Ceff Bezosu qəbul edib. Abu-Dabidə, Qəsr Al Şati sarayında keçirilən görüşdə Şeyx Tahnun bin Zayed Əl Nəhyan (Abu-Dabinin naibi və Süni İntellekt və Ən Müasir Texnologiyalar Şurasının — AIATC — sədri), İcra Hakimiyyəti İdarəsinin rəhbəri Xəldun Xəlifə Əl Mubarak və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər. Görüşün mərkəzində süni intellekt dayanıb Görüşdə innovasiya, qabaqcıl texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tərəflər Sİ-nin təhsil, səhiyyə, iqtisadiyyat kimi həyati sektorların inkişafında tətbiqi, keyfiyyətli həyatın yaxşılaşdırılması və ümumi tərəqqiyə töhfəsi barədə fikir mübadiləsi aparıblar. Məqsəd […] - [Qazaxıstanda e-ticarət beş ildə yeddi dəfə böyüyüb](https://wecom.az/qazaxistanda-e-ticar%c9%99t-bes-ild%c9%99-yeddi-d%c9%99f%c9%99-boyuyub/): Son illərdə Qazaxıstanda rəqəmsal ticarət sürətli və köklü dəyişikliklər yaşayır. İstehlakçıların alış-veriş vərdişləri və şirkətlərin biznes aparma tərzi dəyişdikcə, ölkənin e-ticarət ekosistemi 2020-ci ildən bəri 7 dəfə böyüyərək regionun ən dinamik bazarlarından birinə çevrilib. Qazaxıstanın Ticarət və İntegrasiya Nazirliyinin Daxili Ticarətin İnkişafı Departamentinin direktoru Ansar Orazaliyev dekabrın 1-də keçirilən brifinqdə bildirdi ki, bu sürətli artım qlobal tendensiyalarla paralel gedir. Orazaliyevin sözlərinə görə, hazırda dünya əhalisinin təxminən üçdə biri onlayn alış-veriş edir və bu dinamika Qazaxıstanda da aydın şəkildə müşahidə olunur. Qazaxıstanın 6,3 trilyon dollarlıq qlobal bazardakı payı artır Beynəlxalq araşdırmalara əsasən, qlobal e-ticarət bazarı 2024-cü ildə 6,3 trilyon dollara çatıb. […] - [Takealot daha sürətli çatdırılma üçün “Get It Now” xidmətini istifadəyə verib](https://wecom.az/takealot-daha-sur%c9%99tli-catdirilma-ucun-get-it-now-xidm%c9%99tini-istifad%c9%99y%c9%99-verib/): Cənubi Afrikanın ən böyük e-kommersiya platforması Takealot sürətlə inkişaf edən “quick-commerce” seqmentində bugüne qədərki ən iddialı addımını atıb: “Get It Now” adlı yeni ani çatdırılma pilot xidmətini istifadəyə verib. Takealot bu xidməti geniş sürücü şəbəkəsinə sahib olan Mr D ilə əməkdaşlıq çərçivəsində işə salıb. Xidmətin məqsədi gündəlik tələbat məhsullarını və populyar məhsulları cəmi bir neçə dəqiqəyə çatdırmaqdır. Pilot layihə hazırda Keyptaun, Yohannesburq və Pretoriyanın seçilmiş ərazilərində mövcuddur. Takealot bu təşəbbüsü Checkers Sixty60, Instacart və DoorDash kimi beynəlxalq nümunələrə uyğun olan yeni sürət standartı kimi təqdim edir. Uyğun məhsullarda “Get It Now” etiketi görünəcək Takealot-un açıqlamasına görə, şərtlərə uyğun məhsullar platformada […] - [Amazon ABŞ-da 30 dəqiqəlik “ultra-sürətli çatdırılma” pilot proqramına başlayıb](https://wecom.az/amazon-abs-da-30-d%c9%99qiq%c9%99lik-ultra-sur%c9%99tli-catdirilma-pilot-proqramina-baslayib/): Amazon Sietl və Filadelfiyada yeni “ultra-sürətli” çatdırılma xidmətini sınaqdan keçirməyə başlayıb. Şirkət sifarişləri 30 dəqiqə və ya daha az müddətdə çatdırmağı hədəfləyir. Bu addım Amazon-un sürətlə böyüyən “quick-commerce” bazarında DoorDash, Uber Eats, Instacart, Gopuff və Jokr kimi platformalara qarşı mövqeyini gücləndirməsi kimi qiymətləndirilir. Xidmət vasitəsilə müştərilər təzə qida məhsulları, süd məhsulları, elektronika, dərmanlar, heyvan ləvazimatları, qəlyanaltılar, kosmetika və mövsümi mallar daxil olmaqla geniş çeşiddə məhsul sifariş edə biləcəklər. Kiçik və ağıllı mikro-anbarlar Amazon bildirir ki, xidmət yeni nəsil mikro-fulfilment mərkəzləri üzərində qurulub. Bu kompakt anbarlar sıx məskunlaşmış şəhər yerlərində yerləşdirilir, toplanma və qablaşdırmanı hiper-səmərəli edir və çatdırılma məsafəsini minimuma endirir. […] - [OpenAI ChatGPT daxilində məhsulların araşdırılması və müqayisəsi imkanını təqdim edib](https://wecom.az/openai-chatgpt-daxilind%c9%99-m%c9%99hsullarin-arasdirilmasi-v%c9%99-muqayis%c9%99si-imkanini-t%c9%99qdim-edib/): OpenAI ChatGPT daxilində alış-veriş üçün axtarış və müqayisə imkanı verən “alış araşdırması” (shopping research) alətini təqdim edib. Bu funksiya ödənişsiz istifadəçilər də daxil olmaqla bütün qeydiyyatdan keçmiş istifadəçilər üçün əlçatandır. OpenAI-nin məlumatına görə, istifadəçilər artıq ChatGPT-dən məhsul axtarışı və müqayisəsi üçün aktiv şəkildə istifadə edirlər. Yeni alət onların daha şüurlu və məlumatlı satınalma qərarları verməsinə kömək etmək üçün hazırlanıb. Şirkət bildirir ki, bu funksiya məhsul müqayisəsi və ya müəyyən məhdudiyyətlər (büdcə, xüsusiyyətlər və s.) olan sorğular zamanı daha ətraflı və düşünülmüş cavab təqdim etməyə imkan verir. İstifadəçi alışla bağlı sual verdikdə, çat-bot ona “araşdırma aparmağı” təklif edir. Bu funksiyanı menyudan […] - [Cloudflare-də baş verən kəsinti Qlobal və Azərbaycan internetinə təsir edib](https://wecom.az/cloudflare-d%c9%99-bas-ver%c9%99n-k%c9%99sinti-qlobal-v%c9%99-az%c9%99rbaycan-internetin%c9%99-t%c9%99sir-edib/): Cloudflare-in qlobal şəbəkəsində baş verən geniş miqyaslı nasazlıq Azərbaycanda internet xidmətlərinin fəaliyyətini ciddi şəkildə iflic edib. Kəsinti nəticəsində ölkədə bir çox veb-resurslara, o cümlədən media portallarına, informasiya saytlarına və sosial şəbəkələrə çıxış tamamilə dayanıb. Xüsusilə X.com platforması tam əlçatmaz vəziyyətə düşüb və istifadəçilər sayta daxil ola bilmirlər. Problemin təsiri təkcə media sahəsi ilə məhdudlaşmır. Cloudflare infrastrukturu üzərindən çalışan yerli e-ticarət platformalarının da fəaliyyəti dayanıb. BirMarket, Kontakt, MGstore, MyShop kimi onlayn mağazalar tamamilə açıqlanmır və istifadəçilər heç bir əməliyyat həyata keçirə bilmirlər. Eyni vəziyyət elektron ödəniş sistemlərində də müşahidə olunur. Epoint, Fizzapay, GoldenPay kimi fintech xidmətlərinin saytları açılmır və tranzaksiya xidmətləri […] - [Aİ e-kommersiyada 150 avroluq gömrük azadlığını ləğv edir](https://wecom.az/ai-e-kommersiyada-150-avroluq-gomruk-azadligini-l%c9%99gv-edir/): Avropa İttifaqı onlayn alış-veriş vasitəsilə idxal olunan mallar üçün tətbiq olunan 150 avroluq gömrük rüsumundan azadolma limitini ləğv etməyə hazırlaşır. Yeni qaydanın 2026-cı ilədək qüvvəyə minməsi gözlənilir. Avropa Şurası cümə axşamı elan edib ki, Aİ-yə daxil olan bütün mallar dəyərindən asılı olmayaraq gömrük rüsumuna cəlb olunacaq. Bu dəyişiklik xüsusilə pərakəndə sektorunda Avropa şirkətlərinin ucuz idxalla rəqabət aparmasını çətinləşdirən fərqi aradan qaldırmağı hədəfləyir. “Rüsumlar ilk avrodan tətbiq olunacaq” Danimarkanın iqtisadiyyat naziri Stefani Løse razılaşmanı alqışlayaraq bildirib: “Biz rüsumların ilk avrodan tətbiqini təmin edirik. Bu, Avropa biznesi üçün bərabər rəqabət mühiti yaradır və ucuz malların axınını məhdudlaşdırır.” Bu addım Shein, Temu və […] - [Ozon Təhvilvermə məntəqəsinin əməkdaşları üçün bəxşiş xidmətini istifadəyə verib](https://wecom.az/ozon-t%c9%99hvilverm%c9%99-m%c9%99nt%c9%99q%c9%99sinin-%c9%99m%c9%99kdaslari-ucun-b%c9%99xsis-xidm%c9%99tini-istifad%c9%99y%c9%99-verib/): Ozon şirkətinin məlumatına görə, yeni bəxşiş xidməti artıq Moskva və Moskva vilayətində istifadəyə verilib və 2025-ci ilin noyabr ayının sonunadək bütün regionlarda əlçatan olacaq. İstifadəçilər bəxşişi birbaşa Ozon tətbiqi vasitəsilə verə bilərlər — sifarişin ödənişi zamanı və ya sonradan. Bundan əlavə, bəxşişin avtomatik qaydada tutulmasını aktivləşdirmək mümkündür ki, hər dəfə əlavə təsdiq tələb olunmasın. Sifarişin rəsmiləşdirilməsi zamanı 10–200 rubl, sifarişi təhvil alarkən isə 20–300 rubl arasında bəxşiş buraxmaq mümkündür. Ödənilən vəsait, sifarişi təhvil verən əməkdaşın iş hesabına yönləndiriləcək və onun “Ozon Bank”dakı hesabına köçürüləcək. Şirkət bildirir ki, digər bankların kartları ilə bəxşiş ödənişləri zamanı Ozon ödəniş emalı üçün müəyyən komissiya […] - [Airbnb ərzaq çatdırılması xidmətinə başlayır](https://wecom.az/airbnb-%c9%99rzaq-catdirilmasi-xidm%c9%99tin%c9%99-baslayir/): Airbnb ABŞ-da bəzi kirayə mənzillərdə Instacart ilə əməkdaşlıq edərək ərzaq çatdırılması xidmətini təqdim edəcək. Bu xidmət qonaqlara səyahətindən əvvəl və ya qalarkən tətbiq vasitəsilə ərzaq sifariş etməyə imkan verəcək. Üç aylıq sınaq layihəsi 5 yanvardan başlayacaq və yalnız Phoenix, Orlando və Los Angeles şəhərlərindəki bəzi ev sahibləri üçün əlçatan olacaq. Qonaqlar Instacart üzərindən gəlişdən üç həftə əvvələ qədər sifariş verə biləcəklər, iştirak edən ev sahibləri isə mətbəxləri bu ərzaqla təmin etdikləri üçün ödəniş alacaqlar. Bu yenilik, Airbnb-nin tətbiq daxilində əlavə xidmətlər təklif etmə strategiyasının bir hissəsidir. May ayından etibarən tətbiqdə artıq yemək hazırlığı və fitness dərsləri kimi xidmətlər mövcuddur. Instacart […] - [Ozon-un Özbəkistanda dövriyyəsi beş dəfə, sifariş sayı altı dəfə artıb](https://wecom.az/ozon-un-ozb%c9%99kistanda-dovriyy%c9%99si-bes-d%c9%99f%c9%99-sifaris-sayi-alti-d%c9%99f%c9%99-artib/): Ozon Özbəkistanda dövriyyəsini, sifariş sayını, müştərilərini və sifariş nöqtələrini əhəmiyyətli dərəcədə artırıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib. 2025-ci ilin üçüncü rübündə Ozon-un ümumi gəliri illik müqayisədə 59% artaraq 3,3 milyard dollar olub. Xidmətlər daxil olmaqla dövriyyə (GMV) isə 53% artaraq 17,1 milyard dollar təşkil edib. Özbəkistanda marketpleysin dövriyyəsi 2024-cü ilin üçüncü rübü ilə müqayisədə demək olar ki, beş dəfə artıb. Aktiv istifadəçilərin sayı illik 18% artaraq 63 milyon nəfərə çatıb. Özbəkistanda Ozon-un müştəri bazası 5,5 dəfə artıb. İyul-sentyabr aylarında şirkət 667,8 milyon sifariş çatdırıb (illik artım 80%), ölkədə sifariş sayı demək olar ki, altı dəfə artıb. Şirkətin anbar […] - [İş yerinə dair arayışın alınması "mygov”a köçürülüb](https://wecom.az/is-yerin%c9%99-dair-arayisin-alinmasi-mygova-kocurulub/): “mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Məlumata görə, “iş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər. Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir: Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində “Məşğulluq” […] - [Microsoft araşdırması: Süni intellekt agentləri ilk linkə klikləyir və satıcıların manipulyasiyalarına aldanır](https://wecom.az/microsoft-arasdirmasi-suni-intellekt-agentl%c9%99ri-ilk-link%c9%99-klikl%c9%99yir-v%c9%99-saticilarin-manipulyasiyalarina-aldanir/): Microsoft və Arizona Universiteti alimləri süni intellekt agentlərinin onlayn ticarətdə necə davrandığını öyrənmək üçün Magentic Marketplace adlı xüsusi simulyator hazırlayıb. Araşdırma göstərib ki, bir çox Sİ modelləri məhsul axtarışında ilk linkə üstünlük verir, satıcıların manipulyativ mesajlarına aldanır və çoxsaylı seçimlər arasında düzgün qərar verməkdə çətinlik çəkir. Tədqiqat: 100 Sİ agent, 300 “şirkət” və onlarla model Simulyasiyada 100 süni intellekt agenti 300 “satıcı”nın təklifləri arasından seçim edib.Sınaqlarda GPT-4o, GPT-5, Gemini 2.5 Flash, Claude Sonnet 4.5, Qwen 3 və OpenAI-nin gpt-oss-20b modelləri test olunub.Agentlərdən məhsul axtarışı, yemək sifarişi və xidmət təminatçılarının seçimi kimi tapşırıqları yerinə yetirmələri istənilib. Tədqiqatçılar “məhsul səbətinin faydalılıq göstəricisini” […] - [Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri](https://wecom.az/p%c9%99rak%c9%99nd%c9%99-sektorun-s%c9%99ssiz-bohrani-pos-terminal-komissiyalari-vergi-t%c9%99zyiqi-v%c9%99-yuks%c9%99l%c9%99n-icar%c9%99-qiym%c9%99tl%c9%99ri/): “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təhlili: İqtisadi sabitlik və pərakəndə sektorun rolu Azərbaycanın şəbəkələşmiş pərakəndə sektoru son onillikdə ölkə iqtisadiyyatının qeyri-neft dayaqlarından birinə çevrilib. “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin üzvləri arasında “Al”, “Araz”, “Bazarstore”, “Bolmart”, “Bravo”, “Grandmart”, “Megastore”, “Neptun”, “Novas Home”, “Oba”, “Rahat”, “Rossmann”, “Soliton”, “Spar”, “Tamstore” və digər aparıcı şəbəkələr yer alır. Hazırda bu şəbəkələrdə 100 minə yaxın vətəndaş çalışır, gündəlik 4 milyon vətəndaşımıza və ölkəmizin qonaqlarına xidmət göstərilir. 2024-cü ildə Birliyə üzv şirkətlər tərəfindən minlərlə yerli istehsalçıdan 2 milyard manata yaxın məhsul alınmış, 1 milyard manata qədər büdcə ödənişləri və eyni qədər investisiya qoyuluşu həyata keçirilmişdir. Bu rəqəmlər pərakəndə sektorunu ölkə iqtisadiyyatının […] - [Apple, Siri üçün Google-un Gemini modelinə illik 1 milyard dollar ödəyəcək](https://wecom.az/apple-siri-ucun-google-un-gemini-modelin%c9%99-illik-1-milyard-dollar-od%c9%99y%c9%99c%c9%99k/): Apple şirkəti, Google ilə süni intellekt sahəsində yeni və gizli tərəfdaşlıq sazişi üzərində işləyir. Bloomberg-in məlumatına görə, razılaşmaya əsasən, Apple yenilənmiş Siri versiyasında Google-un xüsusi hazırlanmış Gemini modelindən istifadə edəcək və bunun üçün ildə təxminən 1 milyard dollar ödəyəcək. Məxfi razılaşma: Google texnologiyası — Apple infrastrukturu Məsələ ilə tanış mənbələr Bloomberg jurnalisti Mark Gürmana bildiriblər ki, Apple bu addımı öz süni intellekt modelləri tam hazır olana qədər müvəqqəti həll kimi nəzərdə tutur.Şirkətlər artıq 1,2 trilyon parametrə malik xüsusi Gemini modelinə çıxış imkanı verəcək razılaşmanın detalları üzərində son mərhələdədirlər. Razılaşmaya əsasən, Google-un modeli Siri-nin məlumatların emalı və mürəkkəb tapşırıqların icrası üzrə […] - [Shein qalmaqalı: uşaq görkəmli seks kuklaları satışdan çıxarıldı](https://wecom.az/shein-qalmaqali-usaq-gork%c9%99mli-seks-kuklalari-satisdan-cixarildi/): Çin mənşəli Shein şirkəti, Fransada uşaq görkəmli seks kuklaları satdığı iddiaları ilə gündəmə gəlib.Fransanın Rəqabət, İstehlakçı Məsələləri və Fırıldaqçılığa Qarşı Mübarizə Baş Müdirliyi (DGCCRF) şirkəti prokurorluğa müraciət edərək Shein-i bu məhsulları onlayn satışa çıxardığına görə uşaq pornoqrafiyası xarakterli məzmunun yayılması ilə əlaqəli araşdırmaya cəlb edib. DGCCRF-nin açıqlamasında bildirilir ki, məhsulların təsvir və kateqoriyalaşdırılması onların “uşaq pornografiyası xarakteri daşıdığını şübhə altına almağı çətinləşdirir”.Fransa qanunlarına görə, belə məzmunun elektron kommunikasiya vasitəsilə yayılması 7 ilədək azadlıqdan məhrumetmə və 100 min avro cərimə ilə cəzalandırıla bilər. Shein: “Məhsullar dərhal silinib, məsələni ciddi araşdırırıq” Shein BBC-yə açıqlamasında bildirib ki, müvafiq məhsullar aşkarlanandan dərhal sonra saytdan […] ## Pages - [Home](https://wecom.az/) - [Switching plans wizard](https://wecom.az/switching-plans-wizard/) - [Login/Register - metropolitan_pro](https://wecom.az/login-register-metropolitan_pro/) - [My Account - metropolitan_pro](https://wecom.az/my-account-metropolitan_pro/) - [Checkout - metropolitan_pro](https://wecom.az/checkout-metropolitan_pro/) - [Login/Register](https://wecom.az/tds-login-register/) - [My account](https://wecom.az/tds-my-account/) - [Checkout](https://wecom.az/tds-checkout/) [comment]: # (Generated by Hostinger Tools Plugin)