Lcw.com yay mövsümü satışlarını 62% artırıb

Moda və geyim pərakəndəçisi LC Waikiki-nin onlayn mağazası olan “lcw.com” bu ilin may ayında ticarət platformasına çevrilmişdi. Yenilənmiş platformanın 2024 yay mövsümünə aid nəticələri açıqlanıb. Məlumata görə, lcw.com, keçən ilə nisbətən yay mövsümündə satış miqdarında 62%-lik artım əldə edib.

Lcw.com 590 marka və 275-dən çox satıcını bir araya gətirir

Lcw.com-dan verilən açıqlamaya əsasən, lcw.com qısa müddətdə istifadəçi dostu dizaynı və geniş məhsul çeşidi ilə rəqəmsal alış-veriş mərkəzinə çevrilərək, bazardakı mövqeyini gücləndirib. Üç ay əvvəl moda sektorunda bir ticarət platforması olaraq fəaliyyətə başlayan LCW, 590 marka və 275-dən çox satıcını platformasında bir araya gətirir. Platformada təxminən 230 min məhsul onlayn istehlakçılara təqdim olunur.

Üzv sayı 16 milyona çatdı

LCW, iyun-avqust 2024 aylarını əhatə edən üç aylıq dövrdə əhəmiyyətli satış rəqəmlərinə nail olub. 2023 yay mövsümü ilə müqayisədə 2024 yay mövsümündə onlayn satış miqdarında 62%-lik artım qeydə alınıb. Bu dövrdə Lcw.com-un üzv sayı 16 milyona çatıb. Sayta baş çəkən müştərilərin alış-verişə çevrilmə nisbəti isə 2,5%-dən yüksək olub.

Ayaqqabı və ev əşyaları ən çox tələb edilən məhsullar arasındadır

Platformada təqdim olunan ayaqqabı və ev əşyaları, qadın kateqoriyasında ən çox tələb görən məhsul qrupları arasında yer alıb. Yay aylarının ən çox seçilən məhsulları arasında, geyim kateqoriyasında alt geyim, idman ayaqqabısı, şort və paltarlar ön planda olub, geyim xaricində isə kettle kimi ev əşyalarına böyük tələbat müşahidə olunub. Lcw.com geniş məhsul çeşidi və sərfəli kampaniyalarla, modadan ev əşyalarına qədər bir çox sahədə seçilən bir platforma olub.

“Uğur qrafikində yüksəlişimizi davam etdiririk”

LC Waikiki-nin E-Ticarət üzrə baş direktoru və İdarə Heyətinin üzvü Ömər Barbaros Yiş, 2021-ci ildə bazar yerlərindən çıxmaq qərarını xatırladaraq, bu qərardan sonra bütün səylərini infrastruktur yatırımlarına, müştəri təcrübəsini təkmilləşdirməyə və etibarlı satıcı əlaqələrinə yönəltdiklərini bildirib.

Ömər Barbaros Yiş qeyd edib ki, “Lcw.com tam olaraq bir ticarət platformasına çevrildiyi üç ay ərzində satış miqdarında 62%-lik artımla uğur qrafikimizdə yüksəlişimizi davam etdiririk. Lcw.com-u moda sahəsində bir ticarət platformasına çevirərkən əsas prioritetimiz və diqqətimiz, müştərilərimizə rahat alış-veriş imkanı təmin edərək yaxşı təcrübə yaşatmaq olub.”

Yiş əlavə edib ki, “Məqsədimiz moda sahəsində məhsul çeşidini artıraraq, müştəri məmnuniyyətini, texnologiyanı və rəqəmsallaşmanı diqqət mərkəzində saxlayaraq, müştərilərimizə davamlı və etibarlı alış-veriş təcrübəsi təmin etməkdir.”

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

15 avqust Azərbaycan manatının yaranması günüdür. Milli valyutanın dövriyyəyə buraxılmasından 34 il ötür.

Nvidia və Wall Street süni intellekt infrastrukturuna milyardlarla dollar səfərbər edir

Nvidia, süni intellekt infrastrukturunun qurulması üçün Goldman Sachs rəhbərliyində Wall Street-dən maliyyə toplayır.

Apple, Çin üçün xüsusi Apple Intelligence modelini hazırlayır

Apple, Çin üçün Alibaba-nın Qwen modeli ilə xüsusi Apple Intelligence hazırlayır. Bu model, yerli bazarın tələblərinə uyğunlaşdırılıb.

Gen Z nəsli ETF-lərə üstünlük verir və daha az ticarət edir: Binance

Binance-in məlumatları, Gen Z nəslinin ETF-lərə üstünlük verdiyini və daha az ticarət etdiyini göstərir.

İsrailin ən böyük bankı Bitcoin, Ether və Solana ticarəti üçün Galaxy ilə əməkdaşlıq edir

İsrailin ən böyük bankı Bank Leumi, Galaxy ilə əməkdaşlıq edərək müştərilərinə Bitcoin, Ether və Solana ticarəti təqdim edəcək.
spot_img