“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kraudfandinq haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub.

Yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.

Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.

Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.

Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər “Ələt Azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.

spot_imgspot_img

Oxşar xəbərlər

Elektrik Plant startupı bitkilərin dilini süni intellektlə deşifrə edir

Elektrik Plant startupı bitkilərin gövdələrindəki elektrik siqnallarını deşifrə edən süni intellekt əsaslı tərcüməçi hazırlayıb.

Google Gemini süni intellekt köməkçisi avtomobillərə gəlir: fərdiləşdirilmiş cavablar

Google Gemini köməkçisinin fərdiləşdirilmiş versiyası avtomobillərə gətirilir və sürücülərə Gmail, Təqvim və Xəritələr məlumatlarına əsaslanan cavablar təqdim edəcək.

Revolutda Böyük Britaniya və Avropada nasazlıq: istifadəçilər ödəniş edə bilmədi

Revolut Böyük Britaniya və Avropanın bir sıra ölkələrində nasazlıqla üzləşib. İstifadəçilər tətbiqə girə və kartla ödəniş edə bilməyib.

Anthropic süni intellekt təhlükəsizliyi qanun layihəsi təklif edir: 50 nəfərin ölümü riski modelin buraxılmasını dayandıra bilər

Anthropic ABŞ-da süni intellekt təhlükəsizliyi qanun layihəsi təklif edib. Sənəd modelin buraxılışını 50 nəfərin ölümü riski ilə əlaqələndirsə də, əslində tənzimləyici orqanların səlahiyyətlərini məhdudlaşdıra bilər.

OpenAI biotexnologiya startapı Orchestra Bio-nu alıb

OpenAI biotexnologiya startapı Orchestra Bio-nu alaraq həyat elmləri üzrə Rosalind süni intellekt modelini gücləndirməyi planlaşdırır.
spot_img