“Kraudfandinq haqqında” qanun layihəsi qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kraudfandinq haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub.

Yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.

Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.

Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.

Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər “Ələt Azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.

spot_imgspot_img

Oxşar xəbərlər

Franklin Templeton və Hashkey Asiyada ABŞ tokenləşdirilmiş pul fondu təqdim etdi

Franklin Templeton və Hashkey, Asiyada tokenləşdirilmiş ABŞ pul fondu təqdim edib, tokenləşdirilmiş fondlar bazarı böyüyür.

Solana əməliyyatları rekord həddə çatdı, SOL 40% artdı

Solana şəbəkəsində əməliyyatlar rekord həddə çatıb, SOL tokeninin qiyməti 40% artıb.

LayerZero kripto və tokenləşdirilmiş bazarlar üçün ticarət infrastrukturu təqdim etdi

LayerZero, kripto və tokenləşdirilmiş bazarlar üçün ticarət infrastrukturu təqdim edib, ZRO tokeni yüksəlib.

Kripto saxlama şirkəti Copper-ə potensial alıcılar var, lakin təkliflər 500 milyon dollarlıq qiymətdən aşağıdır

Kripto saxlama şirkəti Copper-ə alıcılar var, lakin təkliflər 500 milyon dollardan aşağıdır. Şirkətin dəyəri kripto bazarındakı enişlə azalıb.

Bitwise Coinbase-in tokenləşdirilmiş səhmlərini avtomatlaşdırılmış AI və texnologiya portfellərinə çevirir

Bitwise, Coinbase-in tokenləşdirilmiş səhmlərini AI və texnologiya portfellərinə çevirir. Onchain aktiv idarəetməsi genişlənir.
spot_img