Kiçik və orta biznesin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. 

– Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

– Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

– Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

– Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

– Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

– Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

– Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15.12.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır; 

– Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur. 

Layihə sənədlərinin qəbulu: 24 sentyabr 2024-cü il, saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır). 

Müsabiqənin keçirilmə vaxtı: 25 oktyabr 2024-cü il – 25 noyabr 2024-cü il.  

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 24 sentyabr 2024-cü il saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

Ərizə forması;

Müsabiqəyə təqdim olunan layihə;

Layihənin büdcəsinin maliyyə əsaslandırılması;

KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 

Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant)

Müsabiqənin nəticələri barədə məlumat 25 noyabr 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.

spot_imgspot_img

Oxşar xəbərlər

Meta süni intellekt ajanı Muse ABŞ App Store zirvəsini fəth etdi

Meta-nın yeni süni intellekt ajanı Muse ABŞ App Store-un pulsuz tətbiqlər sıralamasında zirvəyə yüksələrək ChatGPT-ni geridə qoyub.

Qualcomm yeni smartfon çiplərini təqdim etdi: süni intellekt hədəfdədir

Qualcomm süni intellektə fokuslanan iki yeni smartfon çipi təqdim edib; flaqman model 30 milyard parametrli modeli cihazda işlədir.

Azərbaycan və Banqladeş diplomatik pasport sahibləri üçün viza rejimini ləğv etdi

Azərbaycan və Banqladeş diplomatik pasport sahibləri üçün viza rejimini ləğv edən saziş imzalayıb.

Bitcoin 86 min dollara yaxın sabitləşdi: Dogecoin 15% artımla bazarı canlandırdı

Bitcoin 86 min dollar səviyyəsində qaldı, Dogecoin isə 15% artımla bazarın canlanmasına liderlik etdi.

Snorkel AI 3,5 milyard dollar dəyərlə AI təlim datası bazarında liderliyə yüksəldi

Süni intellekt təlim datası xidmətləri göstərən Snorkel AI 350 milyon dollarlıq yeni turla dəyərini üç dəfə artırıb.
spot_img