Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say həddi müəyyənləşib

Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Bu sənəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanıb və kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini müəyyən edir.

Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:

– Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 6-dan çoxolmamaqla;

– Azərbaycan Respublikasının digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 4-dən çox olmamaqla.

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi qaydası təsdiqlənib

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanmışdır və kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə edilməsi qaydalarını tənzimləyir.

Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri, park ərazilərində, yaşayış zonalarında, səkilərdə, velosiped yollarına bitişik hissədə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir.

Parklanma yerləri müəyyən edilərkən aşağıdakı meyarlar nəzərə alınmalıdır:

– cəlbetmə məntəqələrinin (ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.) mövcudluğu;

– nəqliyyat infrastrukturu obyektlərinin (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri) mövcudluğu;

– insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsinin mövcudluğu.

Parklanma yerləri elə təşkil olunmalıdır ki, parklanan kiçik elektrik nəqliyyat vasitələri skamyaların, yanğınsöndürmə hidrantlarının və küçədə mövcud olan digər qurğu və avadanlıqların istifadəsinə, habelə nəqliyyat vasitələrinin və yol hərəkəti iştirakçılarının hərəkətinə maneə törətməsin və onlara təhlükə yaratmasın. Parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.

Parklanma yerləri ərazinin quruluşuna görə bucaq altında və ya paralel istiqamətdə düzbucaqlı formada təkcərgəli , çoxcərgəli, yarımdairəvi, dairəvi və bitişik təkcərgəli parklanma yerləri olan formada təşkil olunur. Bitişik təkcərgəli parklanma yerləri olan çoxcərgəli parklanma yerləri təşkil edilərkən cərgələrarası məsafə ən azı 1,5 metr təşkil edir. Parklanma yerləri hər kiçik elektrik nəqliyyat vasitəsi üçün ən azı 0,40 metr enində, 1,5 metr uzunluğunda təşkil edilir.

Kiçik elektrik nəqliyyat vasitələri parklanma yerlərində yerə uzadılmadan, parklanmış digər kiçik elektrik nəqliyyat vasitələrinə toxunmadan, parklanmış kiçik elektrik nəqliyyat vasitələrinin arasından istənilən kiçik elektrik nəqliyyat vasitəsinin asanlıqla çıxarılmasına imkan yaradılmaqla parklanmalıdır.

spot_imgspot_img

Oxşar xəbərlər

Chargeback probleminin həlli: əməkdaşlıq mübahisələri necə azalda bilər

Mastercard-ın maliyyələşdirdiyi yeni araşdırma chargeback probleminin səbəblərini və mövcud mübahisə prosesində yaranan maneələri araşdırır. Tədqiqat daha sıx əməkdaşlığın vacibliyini vurğulayır.

CapCut video redaktə alətləri ChatGPT-yə gəlir: süni intellektlə video hazırlanması asanlaşır

ByteDance-a məxsus CapCut ChatGPT üçün video redaktə plagini hazırladığını elan edib. Plagin istifadəçilərə video ideyasını söhbət formatında təsvir edib qısa müddətdə layihəyə çevirmək imkanı verəcək.

SİPER Blok-2 havada hədəf dəyişdirərək yeni hədəfini məhv etdi

Türkiyənin uzun mənzilli hava müdafiə sistemi SİPER Blok-2 keçirilən sınaqda uçuş zamanı hədəf dəyişdirmə qabiliyyətini uğurla nümayiş etdirib.

Süni intellekt geyilə bilən cihazlar bazarı böyüyür: ən maraqlı modellər

Süni intellektlə işləyən geyilə bilən cihazlar bazarı genişlənir. Muse Charm, Bee, Friend və Plaud kimi modellər səsli köməkçi və avtomatik qeyd funksiyaları ilə diqqət çəkir.

Böyük Britaniya bankları kripto məhdudiyyətlərinə görə 10 min şikayətlə üzləşdi

Böyük Britaniya bankları kripto əməliyyatlarına tətbiq etdiyi məhdudiyyətlərə görə üç ayda təxminən 10 min şikayət alıb. Bu, ölkənin kripto mərkəzi olmaq hədəfi ilə bankların mövqeyi arasındakı ziddiyyəti üzə çıxarır.
spot_img