Kaspi.kz “Hepsiburada”nın əsas hissəsini alır

Türk elektron ticarət platforması Hepsiburada-nın satışı ilə bağlı proseslər davam edir. Qazaxıstanın ən böyük qruplarından biri olan Kaspi.kz, Hepsiburada-nın əsas hissədarı olacaq. Şirkət açıqlama verərək bildirib ki, Hanzade Doğan, Vuslat Doğan Sabancı, Begüm Doğan Faralyalı, Arzuhan Doğan Yalçındağ və Işıl Doğanla birlikdə, Hepsiburada-nın 65.4%-ni təmsil edən A və B qrup səhmlərinin köçürülməsi üçün bağlayıcı müqavilə imzalanıb.

Hepsiburada 2000-ci ildə Hanzade Doğan tərəfindən yaradılıb və Türkiyənin aparıcı e-ticarət platformalarından biri olaraq fəaliyyət göstərir. Hazırda şirkət 101 min iş ortağı və 12 milyon aktiv müştəriyə xidmət göstərir. 2023-cü ildə Hepsiburada-nın ümumi satış həcmi təxminən 4 milyard ABŞ dollarına çatıb.

Şirkətin açıqlamasına görə, bu proses nəticəsində ümumi səhmlərin köçürülməsi 1 milyard 127 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Ödəmənin iki hissədə həyata keçirilməsi planlaşdırılır.

Səhmlərin təhvili üçün adi bağlanış şərtləri və Türkiyə qanunvericilik orqanlarının icazələri gözlənilir. Sazişin 2025-ci ilin ilk rübündə tamamlanması planlaşdırılır.

Kaspi.kz CEO-su anlaşmaya dair fikirlərini bildirib:

Kaspi.kz-in icraçı direktoru və həmtəsisçisi Mixeil Lomtadze bu anlaşma haqqında danışaraq deyib: “Hepsiburada ilə əməkdaşlıq etməkdən məmnunuq. Hədəfimiz, bazarımızı 100 milyona yaxın əhaliyə çatdırmaq idi. Hepsiburada-nın müsbət göstəricisi, şirkətin dayanıqlı və gəlirli böyüməyə sadiq olduğunu təsdiqləyir. Biz, Kaspi.kz olaraq, bu əməkdaşlıq çərçivəsində daha maraqlı məhsul və xidmətlər hazırlamağı və iki şirkət arasında təcrübə mübadiləsini gücləndirməyi hədəfləyirik. Bundan əlavə, bu anlaşma, hər iki ölkədəki kiçik və orta müəssisələrə (KOBİ) yeni imkanlar yaradacaq.”

Hanzade Doğan: “Hepsiburada üçün mühüm dönüş nöqtəsidir”

Hepsiburada-nın təsisçisi və İdarə Heyətinin sədri Hanzade Doğan isə bu anlaşmanı şirkət üçün əhəmiyyətli bir dönəm olaraq qiymətləndirib: “24 il əvvəl yaratdığım Hepsiburada qrupunun bu gün yeni bir mərhələyə qədəm qoymasını qürurla izləyirəm. Kaspi.kz ilə olan bu əməkdaşlıq bizə daha parlaq bir gələcək vəd edir.”

Sazişin şərtlərinə görə, səhmlərin devri üçün ödəniş iki taksitdə ediləcək. İlk taksit olaraq 600 milyon dollar bağlanış zamanı ödəniləcək, ikinci taksit isə, 526,9 milyon dollar, bağlanışdan ən geci 6 ay sonra ödənəcək.

Sazişin bağlanması üçün bütün hüquqi prosedurlar və tənzimləmə şərtlərinin yerinə yetirilməsi gözlənilir, və bu prosesin 2025-ci ilin ilk rübündə tamamlanması planlaşdırılır.
Qeyd edək ki, Kaspy.kz Azərbaycanda Turbo.az, Boss.az və Bina.az kimi saytların sahibidir.

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto bazarında ifrat qorxu: sadiq investorlar belə sınaqdan keçir

Kripto bazarında qorxu və tamah indeksi ifrat qorxu zonasına keçib, Bitcoin-in davamlı enişi investorların əhval-ruhiyyəsini sarsıdır.

Bitcoin dörd aylıq minimuma düşdü: kripto bazarında satış dalğası dərinləşir

Bitcoin 62 min dollar səviyyəsinə enib, qlobal kripto bazarı 24 saat ərzində 4% azalıb. Qorxu və tamah indeksi ifrat qorxu zonasına keçib.

Coinone müştəri məlumatlarının sızmasından sonra fişinq və şəxsiyyət oğurluğu barədə xəbərdarlıq edib

Cənubi Koreyanın Coinone birjası müştəri məlumatlarının sızmasından sonra istifadəçilərini fişinq və şəxsiyyət oğurluğuna qarşı xəbərdarlıq edib.

Ethereum skaleri MegaETH heyətini 20% ixtisar etdi və süni intellekt biznesinə keçir

Ethereum skaleri MegaETH heyətinin 20 faizini ixtisar edərək süni intellekt biznesinə keçdiyini elan edib. Şəbəkədə kilidlənmiş aktivlər 245 milyon dollardan 8,8 milyon dollara düşüb.

Bitcoin və ether qiymət volatilliyini gücləndirə biləcək gizli qüvvə

Market-meykerlər və dilerlərin hərəkətləri bitcoin və ether qiymətlərində dalğalanmaları gücləndirə bilər. İnvestorlar üçün risk və fürsət yanaşı gəlir.
spot_img