Kapital Bank-da depozit yerləşdirmək indi 50 000 AZN qazanmaq fürsəti yaradır

Ölkənin birinci bankı Kapital Bank yeni depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verir.

Şərtlərə əsasən 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotoreya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olma şansı əldə edəcəklər.

2 tirajdan ibarət olan lotereyada iştirakçıları müxtəlif hədiyyələr gözləyir. 4 oktyabr 2024 tarixində keçiriləcək ilk tirajda 40, 7 noyabr 2024 tarixində ikinci tirajda isə 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18%-dək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 000 AZN-ə sahib olacaq.

Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans yaradır.

Kampaniyaya qoşulmaq və ətraflı məlumat üçün: https://kbl.az/dlpr

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. 

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiya Mərkəzi Bankı 2027-ci ildə rəqəmsal rubl ilə oflayn ödənişləri sınaqdan keçirəcək

Rusiya Mərkəzi Bankı rəqəmsal rubl ilə oflayn ödənişləri 2027-ci ildə sınaqdan keçirməyi, ilin sonunda isə abunə xidmətlərini təqdim etməyi planlaşdırır.

a16z kripto investisiya qolunu genişləndirərək a16z Frontier adını aldı

Andreessen Horowitz-in kripto bölməsi a16z Frontier adı ilə fəaliyyət göstərəcək və investisiya əhatəsini genişləndirəcək.

Daytona süni intellekt agentləri üçün bulud platforması ilə 1 milyard dollar dəyərə çatdı

Süni intellekt agentləri üçün bulud infrastrukturu quran Daytona startupı 1 milyard dollarlıq qiymətləndirməyə çatıb.

Çin 2030-cu ilə qədər milli blokçeyn şəbəkəsi qurmağı hədəfləyir

Çinin beşillik rəqəmsal inkişaf planı 2030-cu ilə qədər milli blokçeyn şəbəkəsinin qurulmasını və texniki standartların gücləndirilməsini nəzərdə tutur.

Bitcoin 81 min dollardan yuxarı qalır: neft qiymətləri altı aylıq zirvədə

Bitcoin 81 min dollar səviyyəsində dayanıqlığını qoruyur, Brent nefti isə altı ayın ən yüksək səviyyəsinə qalxıb.
spot_img