Kəşbək faizləri nə üçün azalır? 

Azərbaycanda hazırda kart alan zaman ən çox diqqət yetirilən məqamlardan biri də kəşbək faizləridir. Kəşbəklərin çoxluğu müştərini həmin banka daha çox cəlb edir. Banklar da biri digərindən daha çox kəşbək verməyə çalışırdılar. Son zamanlar bəzi bankların kəşbək faizləri aşağı düşüb. Bu nə ilə əlaqədardır? İrəliləyən zamanlarda kəşbəklərin tamamilə ləğv olunması ehtimalı varmı?

Bu barədə Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, “ƏDV geri al”dan fərqli olaraq, kəşbək dövlət layihəsi deyil. Bu vəsait bankların özlərinin və ticarət nöqtələrinin vəsaiti hesabına müştərilərə qaytarılan bir bonus kimi qiymətləndirilə bilər:

“Banklar bundan müştəri qazanmaq üçün istifadə edirlər və buna görə də onun məbləğinin artması, azalması bankların yeni müştəri cəlb etmə istəyi, mövcud müştərilərin bankda saxlanması istəkləri ilə bağlıdır. Necə ki, bankda likvidliyin idarə olunması zamanı vəsait çatışmazlığı yaranan zaman əmanət faizləri yüksəldilir, likvidlik problemi olmayan, vəsait artıqlığı yaranan zamanda banklar əmanət fazilərini resurs cəlbi üçün müştərilərə verilən vəsaitin miqdarının azaltmağa başlayırlar. Kəşbəklər də bunun kimi, yəni, hansısa bir dövrdə bankda kəşbək məbləği çox olubsa və bunun məbləği azaldılıbsa, demək həmin banklar kifayət qədər müştəri toplayıb və həmin müştərilərlə davam etmək istəyir.

Ekspert kəşbəklərin azalmasının başqa səbələrindən də danışıb:

“Bankın bazardakı rəqabət məsələsi də burada öz rolunu oynaya bilir. Əgər, rəqib banklar o qədər də yüksək kəşbək vermirlərsə, bank da bunu ona uyğunlaşdırır. Daha çox müştəri cəlb etmək fikri olan banklar yenə də yüksək kəşbək verməkdə davam edə bilərlər. Amma onun bazar payı onu qane edirsə, strateji hədəflərinə uyğundursa, bu zaman o da kəşbək faizləri ilə bağlı olan siyasətini bazara uyğunlaşdırır”. 

X.Məmmədli qeyd edib ki, qarşıdakı dövrlərdə kəşbəklər ləğv oluna da bilər, olunmaya da bilər:

“Kəşbək o qədər də vacib bank funksiyası deyil. Kart sahiblərinə kartın qalığına gəlir hesablanması metodu da var. Banklar bundan da istifadə edə bilər, kəşbəklərdən də istifadə edə bilər ki, müştərilərinə motivasiya versin. Kəşbəklərin ləğv olunma ehtimalı azdır. Artıq bu bazarda popular istifadə olunan formadır. Amma müəyyən zaman keçdikdən sonra yeni trendlər, bazarda yeni alətlər yarana bilər, kəşbəklərin ləğv olunması ehtimalı da var”.

Mənbə: Valyuta.az

spot_imgspot_img

Oxşar xəbərlər

Türkiyədə e-ticarət həcmi 2023-cü ildə 1,85 trilyon lirəyə çatıb

Türkiyədə e-ticarət həcmi 2023-cü ildə 1,85 trilyon lirəyə çatıb....

Google Hindistanın e-ticarət nəhəngi Flipkarta 350 milyon dollar sərmayə qoyur!

Bengaluru mərkəzli Flipkart, Android istehsalçısı Google ilə razılaşmanın bir...

Amazon Böyük Britaniyada mikromobil mərkəzləri qurur

Amazon, Böyük Britaniyadakı müştərilərə çatdırılmanı daha efekktiv etmək üçün...

LC Waikikidən yeni lcw.com marketplace təqdim edilib

LC Waikiki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində öz e-ticarət saytı...

Umico-ya yeni rəhbər təyin edilib

Competo MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, Competo...
spot_img