İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Məlumata görə, bu vəzifəyə Fərid Osmanov təyin olunub.

Qeyd edək ki, bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi. Onun rəhbərliyi dövründə Agentlik tərəfindən rəqəmsal hökumət quruculuğu, innovasiya ekosisteminin inkişafı və İKT üzrə insan kapitalının formalaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb.

İnarə Vəliyeva ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırıb və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin növbəti dövründə sədrlik Fərid Osmanova tapşırılıb.

Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib. Bununla yanaşı, F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb. İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi, həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara malikdir.

O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib.

Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 64.000 dollarda qalır, səhmlər rekord qırır

Bitcoin, səhmlərin rekord qırdığı bir vaxtda 64.000 dollarda sabit qalıb, Ether isə zəifdir.

Yeni Ethereum təklifi staked ETH 112 milyard dollara çatdıqda emissiyanı sıfıra endirəcək

Yeni Ethereum təklifi, staking nisbəti yüksəldikcə emissiyanı sıfıra endirməyi nəzərdə tutur.

Hindistan EV startup-ı River 120 milyon dollar toplayır

River, 120 milyon dollarlıq maliyyələşdirmə ilə istehsalı genişləndirməyi və yeni modellər təqdim etməyi planlaşdırır.

MacPaw Liquid AI ilə əməkdaşlıq edir, tərtibatçılara on-device süni intellekt təklif edir

MacPaw, Liquid AI-nin modelləri ilə tərtibatçılara cihazda işləyən süni intellekt həlləri təqdim edir.

Robinhood Y Combinator startup-larına investisiya üçün fond təqdim edir

Robinhood, Y Combinator startup-larına investisiya imkanı yaradan yeni fond təqdim edir.
spot_img