“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!

10-11 oktyabr 2024-cü il tarixlərində PAŞA Holding-in təşkilatçılığı ilə Bakı-da baş tutacaq “INMerge” Innovasiya Sammitində müasir texnoloqiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Belə ki, müzakirə olunacaq mövzular sırasında Fintech, Telekommunikasiya, E-ticarət, Süni intellekt, Marketinq, Insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, “yeni iqdisadiyyat” vertikalında qabaqcıl texnoloqiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Sammit zamanı həyata keçiriləcək Startaplar müsabiqəsi 25.000$ mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də PAŞA Holding tərəfindən əlavə 200.000$-dək yatırım əldə edə biləcəklər.

Xatırladaq ki, tədbirdə YouTube-un həmtəsisçisi Steve Chen, Amazon-un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.

spot_imgspot_img

Oxşar xəbərlər

Amazon ev nəzarəti üçün 250 dollarlıq dron və 1000 dollarlıq robot təqdim edib

Amazon ev nəzarəti üçün 250 dollarlıq dron və 1000 dollarlıq təkərli robot təqdim edib, cihazlar bir-biri ilə sinxron işləyir.

Binance iOS-da seed ifadələrini açan boşluq barədə xəbərdarlıq edib

Kripto birjası Binance iOS əməliyyat sistemində seed ifadələrini ifşa edə biləcək boşluq aşkarlandığını bildirib və istifadəçiləri yeniləməyə çağırıb.

Banklar kredit verərkən davranış modelinə əsaslanan gəlir proqnozunu tətbiq edə bilməyəcək

Noyabrın 10-da qüvvəyə minən yeni qərara əsasən banklar sənədləşdirilmiş gəliri olan borcalanlar üçün davranış modeli əsaslı proqnozdan istifadə edə bilməyəcək.

geniosAI maliyyə analizi platforması 19,1 milyon dollar investisiya alıb

San-Xose mərkəzli geniosAI maliyyə modelləşdirməsi üçün süni intellekt platforması ilə 19,1 milyon dollar investisiya alıb.

Anthropic 1 trilyon dollarlıq dəyərlə halka arza hazırlaşır

Süni intellekt şirkəti Anthropic səhmlərini 70-78 dollar aralığında satışa çıxararaq 1 trilyon dollarlıq dəyərləmə hədəfləyir.
spot_img