İlya Sutskever-in Safe Superintelligence təşəbbüsü 1 milyard dollar sərmayə cəlb edib

OpenAI-dan ayrılan Ilya Sutskever-in öz süni intellekt şirkətini qurduğunu daha əvvəl paylaşmışdıq. İndi isə şirkət rəhbərlərinin Reuters-ə verdiyi məlumata əsasən, Safe Superintelligence təhlükəsiz süni intellekt sistemləri yaratmağa kömək etmək üçün 1 milyard dollar sərmayə alıb.

Sərmayədarlar arasında Andreessen Horowitz, Sequoia Capital, DST Global və SV Angel kimi aparıcı şirkətlər yer alıb. Nat Friedman və Safe Superintelligence Inc.-in (SSI) CEO-su Daniel Gross tərəfindən idarə olunan NFDG adlı sərmayə ortaqlığı da bu investisiyada iştirak edib.

Gross verdiyi müsahibədə bildirib: “Təhlükəsiz süni zəka istiqamətində bir addım olan missiyamızı anlayan, hörmət edən və dəstəkləyən sərmayədarlarla əhatə olunmaq, xüsusən də məhsulumuzu bazara çıxarmazdan əvvəl bir neçə il tədqiqat və inkişaf üzərində işləmək bizim üçün çox vacibdir.”

Hazırda 10 nəfərlik işçi heyətinə malik olan Safe Superintelligence, yəni SSI, bu sərmayəni hesablama gücünü artırmaq və ən yaxşı mütəxəssisləri işə götürmək üçün istifadə etməyi planlaşdırır. Şirkət, Kaliforniya ştatının Palo Alto və İsrailin Tel-Əviv şəhərləri arasında yüksək etibarlı kiçik bir tədqiqatçı və mühəndis qrupu yaratmağa diqqət yetirəcək.

Şirkət rəsmən dəyərini paylaşmasa da, məsələyə yaxın mənbələr SSI-ın 5 milyard dollar dəyərində olduğunu bildiriblər.

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiyanın M.Video-Eldorado şirkəti top-10 reytinqindən çıxdı

Rusiyanın iri elektronika pərakəndə satış şəbəkəsi M.Video-Eldorado, gəlirlərin azalması və oflayn mağazaların ixtisarı fonunda top-10 reytinqindən çıxıb.

Rusiyada nağd kreditlərin refinanslaşdırılması 209% artdı

Rusiyada nağd kreditlərin refinanslaşdırılması 2026-cı ilin birinci yarısında 209% artıb.

Liquid Network-dəki 3400 bitcoin white hat hakerlər tərəfindən qaytarıldı

Liquid Network-dəki hücumda ələ keçirilən 4000 bitkoindən 3400-ü white hat hakerlər tərəfindən qaytarıldı.

Meta gündəlik işlər üçün yeni Muse süni intellekt köməkçisini təqdim etdi

Meta, istifadəçilərin gündəlik işlərini idarə edən yeni süni intellekt köməkçisi Muse-u təqdim etdi.

Səudiyyə Ərəbistanında e-ticarət satışları iyulda 10 milyard dollara çatdı

Səudiyyə Ərəbistanında Mada kartları ilə e-ticarət satışları iyulda 10 milyard dollara çataraq, regionda rəqəmsal ticarətin sürətli artdığını göstərir.
spot_img