“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib.

Əvvəllər bu prinsiplərə şirkətin həyata keçirməyəcəyi süni intellekt tətbiqləri adlı bənd daxil idi ki, buraya ümumi zərər verən və ya verə biləcək texnologiyalar, o cümlədən silahlar daxil idi.

Agentlik qeyd edir ki, bu ifadə artıq “Google”un səhifəsində görünmür.

Şirkətin nümayəndəsi agentliyə şərh verərkən şirkətin bloqunda dərc edilmiş məlumata istinad edib.

“Hesab edirik ki, demokratik ölkələr azadlıq, bərabərlik və insan hüquqlarına hörmət kimi əsas dəyərləri rəhbər tutaraq süni intellektin inkişafında lider olmalıdırlar. Bu dəyərləri bölüşən şirkətlər, hökumətlər və təşkilatlar insanları qoruyan, qlobal inkişafı təşviq edən və milli təhlükəsizliyi dəstəkləyən süni intellekti yaratmaq üçün birlikdə işləməlidirlər”, – məlumatda bildirilib.

“Google”un süni intellekt etikası qrupunun rəhbərlərindən biri olmuş Marqaret Mitçellin sözlərinə görə, bu addım “süni intellekt etikası sahəsində çalışan insanların gördüyü işi pozacaq”.

Onun sözlərinə görə, bu bəndin şirkətin prinsiplərindən çıxarılması “Google”un insanları öldürə biləcək texnologiyaların tətbiqi üzərində işləyə biləcəyi deməkdir.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI Kaliforniyanın süni intellekt təhlükəsizlik qanun layihəsini gücləndirməyə çağırır

OpenAI, Kaliforniyanın süni intellekt təhlükəsizlik qanun layihəsi SB 53-ün gücləndirilməsini dəstəklədiyini açıqlayıb. Bu, şirkətin əvvəlki mövqeyindən dönüş deməkdir.

Frontier AI laboratoriyaları təhlükəli modelin qarşısını necə alacaqlarını hələ də demir

Aparıcı AI laboratoriyaları təhlükəli modellərin qarşısını almaq üçün sənədləşdirilmiş planlarını açıqlamır.

Pixel 11 Pro XL icmalı: sürətli kameralar iterativ təkmilləşməni gizlədə bilmir

Pixel 11 Pro XL, sürətli kameralar və faydalı AI funksiyaları təqdim edir, lakin iterativ təkmilləşmələrlə məhdudlaşır.

Grok niyə mənasız cümlələr qurur?

Grok Lite istifadəçiləri, chatbotun mənasız yanıtlar verməsinə səbəb olan nəsil xətası ilə qarşılaşdı.

CFTC keçmiş Alameda və FTX rəhbərlərinə ticarət qadağası tətbiq etdi

CFTC keçmiş Alameda və FTX rəhbərlərinə ticarət qadağası tətbiq etdi və kripto hüquq mühitində yeni inkişaflar yaşanır.
spot_img