Gömrük Komitəsindən daşıyıcı şirkətlər ilə bağlı yeni plan

Beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində layihələr planlaşdırılır.

Avqustun 9-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin rəhbərləri və onların səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki, Komitənin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə DGK-nın, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının və 40-dan çox daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Görüş gömrük-biznes dialoqu çərçivəsində gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlərin məlumatlandırılması və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələr üzrə birgə müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması yolu ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinin tələblərinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanının müəyyən etdiyi qaydada və formada ilkin məlumatları əvvəlcədən gömrük orqanlarına təqdim etməlidir.

Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib, sözügedən mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavablandırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin ETF satışları zəifləyir, qiymət CPI məlumatlarına sərt reaksiya vermir

Spot Bitcoin ETF-lərində satış təzyiqi zəifləyir, Bitcoin isə yüksək CPI məlumatlarına baxmayaraq kəskin düşüş göstərmir.

Nomura kripto bölməsi Laser Digital-in satışını araşdırır

Nomura kripto bölməsi Laser Digital-in satılması imkanlarını araşdırır — bu addım Avropa əməliyyatlarının ardıcıl zərəri fonunda gündəmə gəlib.

CoreWeave süni intellekt artımını maliyyələşdirmək üçün əvvəlcədən ödənişə keçir

CoreWeave rüblük hesabatında əvvəlcədən ödəniş, müqavilə əsaslı borclanma və qısa müddətli sazişlərə keçid barədə məlumat verib.

Bitcoin 74 min dolların altında qaldı: CoreWeave hesabatı süni intellekti canlandırdı

Bitcoin 74 min dollar səviyyəsinin altında konsolidasiya edir. CoreWeave-in güclü nəticələri süni intellekt səhmlərini yuxarı qaldırıb.

Ozon-un ən böyük səhmdarına nəzarət dəyişdi: marketpleysə təsir yoxdur

Aleksandr Çaçavanın strukturları artıq Ozon-un ən böyük səhmdarına nəzarət etmir. Şirkət operativ fəaliyyətə təsir olmadığını bildirir.
spot_img