GoldenPay şirkəti də Mərkəzi Bankdan lisenziya aldı

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə (Hesab.az brendi) elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

“Qoldenpey” ASC-nin də yaydığı məlumatda bildirilir ki, 17 il öncə yaranmış Azərbaycanın onlayn ödəmələr bazarında ilk fintek şirkəti “Qoldenpey” ASC-yə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Elektron Pul Təşkilatı lisenziyası verilib.

Şirkət Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununa əsasən müddətsiz lisenziya almaq üçün Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bank tərəfindən şirkət fəaliyyətinin şəffaf qiymətləndirilməsi həyata keçirildikdən sonra 17 iyul 2024-cü il tarixində “Qoldenpey” ASC-yə müddətsiz lisenziya verilmişdir.

Şirkət EPT-009 saylı lisenziyası əsasında elektron pul təşkilatı olaraq aşağıdakı fəaliyyətləri həyata keçirə bilər:

– ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

– kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;

– pul köçürməsi;

– ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

– hesab üzrə məlumat xidməti.

“Elektron Pul Təşkilatları bazarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənməsi iştirakçıların öz istifadəçilərinə yüksək keyfiyyətli, şəffaf, təhlükəsiz xidmət təklif etməsinə səbəb olur. 17 illik təcrübəmizlə bu imkanlardan yararlanaraq ölkəmizin rəqəmsal maliyyə ekosistemində davamlı və yalnız müsbət təsirlər yaratmağı hədəfləyirik” – “Qoldenpey” ASC-nin Baş icraçı direktoru Eynar Abdullayev bildirir.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyətə başlayan “Qoldenpey” ASC Azərbaycanın ilk onlayn ödəniş həlləri təqdim edən şirkətidir. Hal-hazırda “Qoldenpey” ASC müştərilərinə Hesab.az onlayn ödəniş portalı, ekvayrinq və müxtəlif onlayn ödəniş həlləri kimi innovativ rəqəmsal maliyyə xidmətləri təklif edir. “Qoldenpey” ASC şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.goldenpay.az saytından, *0713 Çağrı Mərkəzindən və ya rəsmi sosial media səhifələrindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiyanın M.Video-Eldorado şirkəti top-10 reytinqindən çıxdı

Rusiyanın iri elektronika pərakəndə satış şəbəkəsi M.Video-Eldorado, gəlirlərin azalması və oflayn mağazaların ixtisarı fonunda top-10 reytinqindən çıxıb.

Rusiyada nağd kreditlərin refinanslaşdırılması 209% artdı

Rusiyada nağd kreditlərin refinanslaşdırılması 2026-cı ilin birinci yarısında 209% artıb.

Liquid Network-dəki 3400 bitcoin white hat hakerlər tərəfindən qaytarıldı

Liquid Network-dəki hücumda ələ keçirilən 4000 bitkoindən 3400-ü white hat hakerlər tərəfindən qaytarıldı.

Meta gündəlik işlər üçün yeni Muse süni intellekt köməkçisini təqdim etdi

Meta, istifadəçilərin gündəlik işlərini idarə edən yeni süni intellekt köməkçisi Muse-u təqdim etdi.

Səudiyyə Ərəbistanında e-ticarət satışları iyulda 10 milyard dollara çatdı

Səudiyyə Ərəbistanında Mada kartları ilə e-ticarət satışları iyulda 10 milyard dollara çataraq, regionda rəqəmsal ticarətin sürətli artdığını göstərir.
spot_img