Gələn ay istehsaldan çıxma ehtimalı olan 10 Apple məhsulu

Apple-ın sentyabrın 10-u ətrafında keçiriləcək tədbirində yeni iPhone modellərinin təqdim edilməsi gözlənilir. Yeni modellərin buraxılması isə bəzi cihazların istehsalının dayandırılması deməkdir. Bu baxımdan gələn ay istehsaldan çıxma ehtimalı olan 10 Apple məhsulunu sizinlə bölüşürük.

İstehsaldan çıxması gözlənilən iPhone modelləri

iPhone 15 Pro və iPhone 15 Pro Max

iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin təqdim edilməsi ilə, iPhone 15 Pro və iPhone 15 Pro Max-in istehsaldan çıxarılması ehtimalı yüksəkdir. Apple, büdcə məhdudiyyətlərinə görə köhnə model almaq istəyənləri 2018-ci ildə təqdim olunan iPhone XS və XR modellərini almağa təşviq edir. Buna görə də xüsusiyyətlərinə görə bir-birinə yaxın olan modellər istehsaldan çıxarılır. iPhone 16 Pro-ların daha böyük ekranlara sahib olması gözlənilir. Bu baxımdan, iPhone 15 Pro seriyasının 6,1 düymlük və 6,7 düymlük ekran ölçüləri ilə son Pro iPhone olması da mümkündür. iPhone 15 Pro-nun Mavi Titan rənginin isə böyük ehtimalla 16 Pro seriyasında yer almayacağını da qeyd edək.

iPhone 14 Plus

Apple, iPhone 14 Plus ilə 2017-ci ildən bəri ilk dəfə Plus markasını geri qaytarmışdı. iPhone 14 Plus, iPhone 12 mini və iPhone 13 mini-dən sonra Apple-ın ilk giriş səviyyəli böyük iPhone-u olaraq mövqeləndirilmişdi. iPhone 14 Plus ilə Pro Max seriyasında yer alan 6,7 düymlük ekran uzun batareya ömrünü daha ucuz bir paketdə təqdim edirdi. Xatırlayırsınızsa, Apple keçən ilin sentyabrında iPhone 13 mini-ni istehsaldan çıxarsa da, iPhone 13-ü satmağa davam etdi. Belə baxdıqda, şirkət 14 Plus-ı istehsaldan çıxararkən, iPhone 14-ü bir müddət daha bazarda saxlaya bilər.

iPhone 13

Hal-hazırda 3 yaşı tamamlanmağa hazırlaşan iPhone 13, 2021-ci ildə təqdim edilərkən bir çox yeniliyə ev sahibliyi edirdi. Buraya daha uzun batareya ömrü, yeni kamera sistemi və daha kiçik bir çentik də daxildir. 799 dollardan başlayan qiymət illər ərzində aldığı endirimlərlə 599 dollara düşdü. iPhone 13-ün bazardan çıxması ilə iPhone 14, 599 dollarlıq qiymət etiketi ilə istifadəçilərə təqdim ediləcək.

İstehsaldan çıxması gözlənilən iPad, Apple Watch və AirPods modelləri

iPad mini 6 və iPad 10

Gələn ay iPad mini 6 və iPad 10 modellərinin yenilənməsi gözlənilir. Bu iki model Apple-ın ən ucuz iPad-lərindən biri kimi mövqeləndirilir. Apple, bu ilin əvvəlində iPad 10-un qiymətini aşağı salmışdı. Buna baxmayaraq, paylaşılan məlumatlar, şirkətin bu il də modeli yeniləyəcəyini göstərir. Belə bir vəziyyətdə, iPad 10-un istehsalı dayandırıla bilər. Yeni iPad mini modelinin Apple Intelligence dəstəyi, daha çox yaddaş və Apple Pencil Pro dəstəyi olacağı gözlənildiyi üçün iPad mini 6-nın istehsaldan çıxması mümkündür.

Apple Watch 9 seriyası, Ultra 2 və SE 2 seriyaları

Apple Watch-un 3 modelinin də yenilənməsi gözlənilir. Apple Watch 10 seriyasına daxil olacağı düşünülən xüsusiyyətlər arasında daha böyük ekranlar, daha nazik korpus və yeni bir çipset yer alır. Bununla birlikdə Ultra 3-ün bu il kiçik bir yeniləmə alması, SE 3-ün isə plastik korpusa keçməsi ehtimalı var. Bütün Apple Watch-ların yenilənməsi ilə, Apple Watch 9 seriyası, Ultra 2 və SE 2 modelləri istehsaldan çıxarıla bilər.

AirPods 2 və AirPods 3

Gələn ay iki yeni AirPods 4 cihazının təqdim ediləcəyini deyə bilərik. Bu cihazlardan biri giriş səviyyəsində olan AirPods 2-ni, digəri isə orta səviyyəli olan AirPods 3-ü əvəz edəcək. Hətta orta səviyyəli cihazın mövcud AirPods 2-dən fərqli olaraq səs-küy ləğv etmə funksiyasına malik olması gözlənilir. Bu iki AirPods modelinin təqdim edilməsi ilə birlikdə AirPods 2 və AirPods 3-ün hər ikisinin də bazardan çıxarılacağını görə bilərik.

spot_imgspot_img

Oxşar xəbərlər

Fintech Startaplarının Elektron Ticarət Ekosisteminin İnkişafında Rolu

Son illərdə elektron ticarət (e-ticarət) sektorunun sürətlə böyüməsi və...

Birbank Biznes, gömrük bəyannaməsi əməliyyatları üçün yeni həllər təklif edir.

Xarici köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində Birbank Biznes mühüm yeniliklər...

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və...

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC maliyyə...

İlya Sutskever-in Safe Superintelligence təşəbbüsü 1 milyard dollar sərmayə cəlb edib

OpenAI-dan ayrılan Ilya Sutskever-in öz süni intellekt şirkətini qurduğunu...
spot_img