Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Mədəniyyət olaraq innovasiyalar” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır: “Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk.

Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzləri innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərdə bu cür ideyalara böyük tələbat var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər”.

Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

PayPal Workday ilə tərəfdaşlıq edərək əməkdaşların maliyyə rifahını gücləndirir

PayPal və Workday əməkdaşların əmək haqqını iki günə qədər əvvəl almasına imkan verən Direct Deposit inteqrasiyasını elan edib.

OpenAI ChatGPT Wallet ilə süni intellekt agentlərinə alış-veriş imkanı verir

OpenAI agentlərin istifadəçi adından alış-veriş etməsinə imkan verən ChatGPT Wallet həllini təqdim edib, hər əməliyyat biometrik təsdiq tələb edir.

Paragvayın rəqəmsal bankının çöküşü siyasi böhran yaradıb

Paragvayın rəqəmsal bankı ueno çöküb və 3 milyon müştərinin əmanətləri dondurulub, bu isə ölkədə siyasi böhrana səbəb olub.

Google Wallet-da Gemini süni intellekti ABŞ-da xərcləri oxumağa başlayır

Google Wallet tətbiqində Gemini süni intellekt köməkçisi ABŞ-da istifadəçilərin xərclərini analiz edərək büdcə və abunəlik suallarına cavab verir.

Bitcoin ETF-lərindən iki həftədə 2,35 milyard dollar çıxıb, BlackRock-un ardıcıl itkisi 11 sessiyaya çatıb

Spot Bitcoin ETF-lərindən son iki həftədə 2,35 milyard dollar xalis vəsait çıxıb, BlackRock-un IBIT fondu 11 sessiya ardıcıl itki verib.
spot_img