“Founders Academy” proqramının 3-cü dalğasına qeydiyyat açılır!

PAŞA Holding-in dəstəyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və Future Education-un təşkilatçılığı ilə “Founders Academy” proqramının 3-cü dalğası başlayır.

Sözügedən proqramın məqsədi mövcud və ya gələcək startap qurucularına, eləcə də texnologiya və innovasiya sahəsində inkişaf etmək istəyənlər üçün xarici startaplarda iş təcrübəsi əldə etmək və praktiki biliklər qazanmağa dəstək olmaqdır.

Cari proqram Bakıda baş tutacaq 2 günlük “bootcamp” və ardınca xarici startaplarda 3-6 aylıq intensiv təlimdən və təcrübə proqramından ibarətdir. Bu unikal təcrübə iştirakçılara praktiki biliklər qazanmaqla yanaşı, Avropanın ən perspektivli startaplarına töhfə vermək şansı yaradacaq.

Qeyd edək ki, nəqliyyat və qonaqlama xərcləri təşkilatçılar tərəfindən tam təmin olunacaq. 

Proqrama bu keçid vasitəsi ilə muraciət edə bilərsiz – airtable.com

Son müraciət tarixi: 15.02.25

spot_imgspot_img

Oxşar xəbərlər

Biznes marketpleys yoxsa öz onlayn mağazasını seçməlidir?

E-ticarət bazarında brendlər marketpleys asılılığını azaldaraq öz onlayn mağazalarına investisiya edir. Bu dəyişiklik komissiya xərcləri və müştəri məlumatlarına nəzarət məsələlərini ön plana çıxarır.

Google Gemini süni intellektinə söhbət daxilində PDF və sənəd redaktəsi əlavə etdi

Google Gemini süni intellekt asistenti artıq söhbət daxilində PDF və digər sənədləri görüntüləməyə və redaktə etməyə imkan verir. Yenilik məhsuldarlıq alətləri bazarında rəqabəti gücləndirir.

Binance 6,3 milyard dollarlıq rekord kripto oğurluğunu öz vəsaiti ilə ödəyəcək

Binance 6,3 milyard dollarlıq rekord kripto oğurluğunu öz ehtiyatları hesabına kompensasiya edəcəyini açıqlayıb. Bazar leverecli mövqelərdə 1,5 milyard dollardan çox itki ilə üzləşib.

Meta süni intellekt əsaslı Style Sketch moda tətbiqini səssizcə istifadəyə verdi

Meta geniş elan etmədən süni intellekt əsaslı Style Sketch moda tətbiqini buraxıb. Tətbiq istifadəçilərə Instagram fotoları əsasında virtual qarderob yaratmağa imkan verir.

Azərbaycanda yeni kreditlərin faizləri azalıb, lakin ilin əvvəlindən yüksəkdir

Azərbaycanda bankların manatla yeni verdikləri kreditlər üzrə orta faiz dərəcəsi sentyabrda 18,14 faizə enib. Lakin ilin əvvəli ilə müqayisədə göstərici hələ də yüksəkdir.
spot_img