Fərid Osmanov: “Hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay”lə həyata keçirilir”

Azərbaycanda təsərrüfat subyektlərdə quraşdırılmış POS-terminallarla aparılan hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay” vasitəsilə həyata keçirilir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib. “Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80 %-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib”, – deyə o qeyd edib.

O, həmçinin deyib ki, ötən ilin sonuna tokenlə aparılan ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,5 dəfə artıb. 2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12 %, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Home süni intellekt agentlərinə nəzarət imkanı verdi

Google, Home ekosistemi üçün MCP serverinin erkən girişini açdı. Süni intellekt agentləri artıq ağıllı ev cihazlarını təbii dildə idarə edə biləcək.

Nvidia robototexnika sahəsində ChatGPT anını gözləyir: Les Karpas izah edir

Robototexnika sənayesi gündəlik həyatda sıçrayış gözləyir. Nvidia nümayəndəsi Les Karpas bu gözləmənin səbəblərini izah edəcək.

Süni intellekt agentləri üçün şikayət xətti yaradıldı: AI Contact Hotline

Süni intellekt agentlərinin qanun pozuntularını bildirməsi üçün AI Contact Hotline platforması yaradılıb.

Süni intellekt data mərkəzlərinin artımı sənaye zədəli şəhərlərlə toqquşur

Süni intellekt data mərkəzlərinin tikintisinə qarşı etirazlar artır. Filadelfiya sakinləri sənaye zədəli ərazilərdə yeni tikintiyə qarşı çıxır.

Amazon işçilərinin saatlıq əmək haqqını 1 dollar artırdı

Amazon işçilərinin saatlıq əmək haqqını 1 dollar artırıb. Şirkət bu artıma 1,5 milyard dollardan çox vəsait ayırıb.
spot_img