Epoint.az Apple Pay və Google Pay ödənişlərini təqdim edir.

Epoint.az KOS müştərilərinə Apple Pay və Google Pay tokenləşdirilmiş ödənişlərdən istifadə etməklə mal və xidmətlər üçün elektron ticarət ödənişlərini qəbul etmək imkanı verir.

Epoint Inc. CyberSource və beynəlxalq ödəniş şirkəti Visa ilə birlikdə, bütün növ bizneslər üçün e-ticarətdə Apple Pay və Google Pay ödənişlərinin qəbulu xidmətini işə saldı. Bu məhsulun əsas məqsədi, KOS və Mikro müştəriləri üçün, hətta veb-saytları və ya mobil tətbiqləri olmadan, bir neçə kliklə, öz müştərilərindən tokenləşdirilmiş ödənişləri qəbul etmək imkanını təqdim etməkdir.

Epoint bu xidmətə iki istiqamətdə qoşulma imkanı verir:

1. Müştərinin veb-saytı və ya mobil tətbiqi varsa, bir neçə dəqiqə ərzində təqdim olunan API protokolu vasitəsilə inteqrasiya edərək müştəriləri üçün Apple Pay və Google Pay ödəniş xidmətlərini qəbul edə bilər.

2. Müştərinin veb-saytı və ya proqramı yoxdursa, Epoint-ə qoşularaq ödəniş alətlərinə inteqrasiya olunmuş pulsuz mini-sayt (Biznes səhifəsi) əldə edə bilər. Müştəri, istənilən vaxt hansı növ ödənişləri qəbul etmək istədiyinə özü nəzarət və ödənişləri idarə edə bilər. Ödənişlərin qəbulu üçün hazır platformadan istifadə edərək, müştəri öz veb-saytını yaratmadan və xərcləri olmadan, dərhal ödənişləri qəbul etməyə və satış konversiyasını artıra bilər.

Hər iki istiqamət üzrə müştərilər, 2 kliklə tokenləşdirilmiş ödənişləri qoşa, satışlarını artıra, müştərilərinə ödəniş zamanı kartları yaddaşda saxlamadan ödənişləri icra edə, biometrik ödəniş yoxlaması vasitəsilə daha təhlükəsiz ödənişləri qəbul edə, həmçinin inteqrasiya xərclərini azalda biləcəklər.

Apple Pay və Google Pay ödənişləri Epoint platformasında yaradılan və ödəniş üçün müştəriyə göndərilən fakturalarda da mövcuddur. Beləliklə, ödənişləri qəbul etmək üçün dinamik hesab-fakturalardan istifadə edən şirkətlər də bir neçə kliklə tokenləşdirilmiş ödənişləri qəbul edə biləcəklər.

Apple Pay və Google Pay ödənişləri ödənişin sürətini artırmağa, orta ödəniş məbləğini artırmağa, həmçinin rahat ödəniş interfeysindən istifadə edərək ödəniş etmək üçün telefonundan istifadə edən müştərilərin loyallığını artırmağa kömək edir.

Tokenləşdirilmiş ödənişlər yemək çatdırılması, taksi xidmətləri, marketplace, ictimai nəqliyyat ödəniş xidmətləri və s. kimi bir çox tətbiqlərdə istifadə olunur.

Bu xidmətə qoşulan ilk müştərilər komissiyalarda 20% endirim əldə edəcək və dərhal endirimli qiymətlə ödənişləri qəbul etməyə başlaya biləcəklər.

spot_imgspot_img

Oxşar xəbərlər

Exein fiziki süni intellekt sistemlərinin müdafiəsi üçün 270 milyon dollar investisiya alıb

İtaliya mərkəzli Exein fiziki süni intellekt sistemlərinin müdafiəsi üçün 270 milyon dollar investisiya alıb.

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Mərkəzi Bank bina və avadanlıqlarının sığortası üçün PAŞA Sığorta ilə 905 min manatlıq müqavilə bağlayıb.

ABŞ Senatında Clarity Act uğursuzluğu kripto bazarını silkələdi: 570 milyon dollar ləğv edildi

ABŞ Senatında Clarity Act qanun layihəsinin uğursuzluğu kripto bazarında 570 milyon dollarlıq ləğvə səbəb olub.

ABŞ data mərkəzləri 2035-ci ilə qədər Almaniya və Yaponiyanın birlikdə istehlak etdiyindən çox təbii qaz sərf edə bilər

Süni intellektə artan tələb ABŞ data mərkəzlərini dünyanın ən böyük təbii qaz istehlakçılarından birinə çevirə bilər.

Marketpleyslər rusiyalı və xarici satıcılar üçün komissiyaları bərabərləşdirəcək

Rusiyada marketpleyslər rusiyalı satıcılardan daha yüksək komissiya ala bilməyəcək.
spot_img