“Enterprise Azerbaijan”a və Rəqəmsal Ticarət Qovşağına rəhbərlər təyin edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.

Mərkəzdən daxil olmuş məlumatda bildirilir ki, İİTKM-in icraçı direktoru Prof. Dr Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri vəzifəsinə coğrafiya elmləri doktoru İsa Qasımov təyin olunub.

İ.Qasımov bu təyinata qədər Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi fəaliyyət göstərib. O, Azərbaycanda sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı üzrə tanınmış mütəxəssisdir. “IDDA AWARDS 2024” müsabiqəsində “Ekosistemin lokomotivi” nominasiyası üzrə ölkə birincisidir.

V. Qasımlının digər əmri ilə Mərkəzin Starteji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya Rəqəmsal Ticarət Qovşağına (RTQ) rəhbərlik etmək həvalə olunub. O, uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.

spot_imgspot_img

Oxşar xəbərlər

Hugging Face CEO-sundan açıq mənbəli süni intellekt uğrunda mübarizə vədi

Hugging Face rəhbərliyi açıq mənbəli süni intellektin qorunması üçün mübarizəni davam etdirəcəyini açıqlayıb.

Fractile 720 milyon dollar investisiya alaraq AI çip bazarına girir

AI çip startupı Fractile 720 milyon dollarlıq C seriyalı investisiya cəlb edib, şirkətin dəyəri 7 milyard dollar qiymətləndirilir.

DTCC Solana-nı Wall Street tokenləşdirmə planına əlavə edir

DTCC 2027-ci ilə qədər tokenləşdirilmiş səhmlər və istiqrazları Solana şəbəkəsinə çıxarmağı planlaşdırır.

Norwest süni intellektə 4 milyard dollarlıq yeni fond yaradır

Norwest 4 milyard dollarlıq süni intellekt fondunu elan edib. Bu, şirkətin tarixində ən böyük fonddur.

«T-Bank» endirimlərin real olub-olmadığını yoxlayan xidmət işə saldı

«T-Bank» və «T—J» endirimlərin həqiqiliyini yoxlayan yeni xidmət təqdim edib.
spot_img