Clopos Qazaxstan bazarında fəaliyyətini genişləndirir

Qida texnologiyaları sahəsində fəaliyyət göstərən Clopos Qazaxıstan bazarında yeni inteqrasiyanı tamamladığını açıqlayıb.

Məlumat şirkətin həmtəsisçisi və əməliyyatlar üzrə direktoru (COO) Murad Həsənov tərəfindən paylaşılıb. Onun sözlərinə görə, artıq ölkədə fəaliyyət göstərən Chocofood platforması Clopos POS sisteminə inteqrasiya olunub.

Qeyd edilir ki, bu yenilik sayəsində restoranlar Wolt, Yango və Chocofood üzərindən gələn sifarişləri vahid interfeys – Clopos ekranı vasitəsilə idarə edə bilirlər. Bu isə sifarişlərin əl ilə daxil edilməsini aradan qaldırır, mümkün səhvləri azaldır və əməliyyat proseslərini daha da sürətləndirir.

Şirkətin açıqlamasına əsasən, Clopos hazırda 4 bazarda fəaliyyət göstərir və 9-dan çox çatdırılma platforması ilə inteqrasiya olunub. Bunlar arasında Uzum Tezkor, Bolt Food, Yemeksepeti, Trendyol Go, Getir Yemek, Wolt, Yango, Migros və Uber Eats kimi platformalar yer alır.

Clopos Qazaxıstanı strateji bazarlardan biri kimi qiymətləndirir və yerli ekosistemin tələblərinə uyğun texnoloji həllər üzərində işləməyə davam etdiyini bildirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Luke Dashjr Bitcoin mədənçiliyinin gələcəyi ilə bağlı fikir ayrılığından sonra Ocean hovuzundan ayrıldı

Luke Dashjr, Bitcoin mədənçiliyinin gələcəyi ilə bağlı fikir ayrılığından sonra Ocean hovuzundan ayrılıb.

Amazon AWS altyapısına 2 milyon Nvidia GPU əlavə edəcək

Amazon AWS, süni intellekt tələbatını qarşılamaq üçün 2027-2028-ci illərdə 2 milyon Nvidia GPU əlavə edəcək.

AMB kredit risklərinin idarə edilməsinə “Yaşıl Taksonomiya” tələblərini əlavə edib

AMB kredit risklərinin idarə edilməsi Qaydasına "Yaşıl Taksonomiya" tələblərini əlavə edib. Bu, bankların ekoloji davamlı layihələri maliyyələşdirməsini təmin edəcək.

Zcash özəl əməliyyatları 3 saniyədən 200 millisaniyəyə endirir

Zcash, Zakura adlı yeni sistem sayəsində özəl əməliyyatların sürətini əhəmiyyətli dərəcədə artıraraq 200 millisaniyəyə endirir.

Mərkəzi Bank iki xarici sığorta brokerinə lisenziya verib

Mərkəzi Bank, Qazaxıstan və BƏƏ-dən iki sığorta brokerinə lisenziya verərək xarici brokerlərin sayını 103-ə çatdırıb.
spot_img