Clopos Qazaxstan bazarında fəaliyyətini genişləndirir

Qida texnologiyaları sahəsində fəaliyyət göstərən Clopos Qazaxıstan bazarında yeni inteqrasiyanı tamamladığını açıqlayıb.

Məlumat şirkətin həmtəsisçisi və əməliyyatlar üzrə direktoru (COO) Murad Həsənov tərəfindən paylaşılıb. Onun sözlərinə görə, artıq ölkədə fəaliyyət göstərən Chocofood platforması Clopos POS sisteminə inteqrasiya olunub.

Qeyd edilir ki, bu yenilik sayəsində restoranlar Wolt, Yango və Chocofood üzərindən gələn sifarişləri vahid interfeys – Clopos ekranı vasitəsilə idarə edə bilirlər. Bu isə sifarişlərin əl ilə daxil edilməsini aradan qaldırır, mümkün səhvləri azaldır və əməliyyat proseslərini daha da sürətləndirir.

Şirkətin açıqlamasına əsasən, Clopos hazırda 4 bazarda fəaliyyət göstərir və 9-dan çox çatdırılma platforması ilə inteqrasiya olunub. Bunlar arasında Uzum Tezkor, Bolt Food, Yemeksepeti, Trendyol Go, Getir Yemek, Wolt, Yango, Migros və Uber Eats kimi platformalar yer alır.

Clopos Qazaxıstanı strateji bazarlardan biri kimi qiymətləndirir və yerli ekosistemin tələblərinə uyğun texnoloji həllər üzərində işləməyə davam etdiyini bildirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Alibaba Çinin ən güclü süni intellekt çipi adlandırdığı Zhenwu V900 prosessorunu təqdim edib

Alibaba yeni Zhenwu V900 süni intellekt sürətləndiricisini təqdim edib və onu Çində hazırlanmış ən güclü çip adlandırıb.

Bitcoin 2012-ci ildən bəri ilk dəfə üç aylıq artım seriyasına doğru irəliləyir

Bitcoin sentyabr ayında 10 faiz artımla 2012-ci ildən bəri müşahidə olunmayan üç aylıq qazanclı seriyaya doğru irəliləyir.

Azərbaycan təhsilində süni intellektdən istifadə ilə bağlı memorandum imzalanıb

Elm və Təhsil Nazirliyi ilə OpenAI şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik memorandum imzalanıb.

Zcash 10% artımla kripto liderləri arasında önə çıxdı, Bitcoin 87 min dollara yaxın qaldı

Zcash 10% artaraq kripto liderləri arasında önə çıxdı, Bitcoin isə 87 min dollar səviyyəsində sabit qaldı.

OpenAI və Anthropic rəhbərləri BMT Təhlükəsizlik Şurasına İİ risklərini təqdim edəcək

OpenAI və Anthropic rəhbərləri BMT Təhlükəsizlik Şurasına süni intellekt riskləri barədə məlumat verəcək.
spot_img