“Birbank”da Ani Ödənişlər Sistemi ilə köçürmə mümkün olacaq

“Kapital Bank” ASC-nin “Birbank” mobil tətbiqində Ani Ödənişlər Sistemi (AÖS) ilə köçürmə etmək imkanı yaradılıb.

Bu funksionalın yaradılması nəticəsində “Kapital Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanını əldə edirlər.

Eyni zamanda, “Birbank” mobil tətbiqi vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirmiş istifadəçilər “Kapital Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu ilə köçürmələri qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN və s.) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Strive oktyabrda 15 124 Bitcoin alıb: korporativ xəzinə liderlərinə yaxınlaşır

Strive oktyabr ayında 15 124 BTC alaraq ümumi aktivlərini 43 124 BTC-yə çatdırıb və korporativ Bitcoin xəzinə liderlərinə yaxınlaşır.

KCB Tanzania mobil bankçılığa PayPal inteqrasiyasını həyata keçirdi

KCB Bank Tanzania PayPal xidmətlərini KCB Mobile App tətbiqinə inteqrasiya edib, müştərilər qlobal ödənişlərə birbaşa bank tətbiqi vasitəsilə çıxış əldə edir.

Visa Sinqapurda qlobal imkan mərkəzləri yaradır

Visa Sinqapurdakı yeni mərkəzində süni intellekt, kibertəhlükəsizlik və kvant hesablamaları üzrə altı qlobal imkan mərkəzi yaradıb.

BMO kredit kartı müştəriləri üçün süni intellekt agenti tətbiq edir

BMO kredit kartı müştəriləri üçün AI Agent Assist adlı süni intellekt agentini tətbiq edir.

Alman ekoloji təşkilatı Shein-ə qarşı məhkəməyə müraciət etdi

Alman ekoloji təşkilatı Shein-in geyim məhsullarında zərərli kimyəvi maddələrin normadan artıq olması səbəbilə məhkəməyə müraciət edib.
spot_img