Binance Kripto birjasının Moonbix adlı yeni oyunu Telegram-da yayımlandı.

Bu oyun, oyunçulara bir “xələt” vasitəsilə müxtəlif obyektləri tutmaq imkanı verir, lakin buradakı obyektlər qızıl sikkələrdir. Oyun mexanikası oyuncaq tutma avtomatlarına bənzəyir. Oyun zamanı tutulan hər sikkənin ölçüsünə görə 10, 25 və ya 50 xal qazanmaq mümkündür.

Əgər oyuncu səhv edərsə və kiçik və ya böyük asteroidi tutsalar, sistem 10-20 xalı çıxır. Hədiyyə qutusu isə bir cəhddə əlavə olaraq 60 xal qazandırır. Böyük obyektləri tutmaq çətin olur, çünki onlar daha yavaş çıxarılır.

Oyunda hər bir oyunçuya altı cəhd verilir və hər bir xərclənmiş cəhd 10 dəqiqə ərzində bərpa olunur. Bir cəhd 45 saniyə davam edir və vaxtın bitməsinə yaxın xələt daha sürətlə hərəkət edir, bu da obyektləri tutmağı çətinləşdirir.

Moonbix oyununda liderlər cədvəli, ballarla mükafatlandırılan tapşırıqlar (məsələn, kanallara abunə olmaq və ya Binance hesabını əlaqələndirmək) və referal proqramı mövcuddur. Referal proqramında dəvət etdiyiniz oyunçuların topladığı xallardan faiz qazana bilərsiniz.

Potensial bir listinq və ya “airdop” ilə bağlı məlumat yoxdur. Ancaq istifadə şərtlərində qeyd edilir ki, yalnız Binance-in fəaliyyət göstərdiyi regionlarda yaşayan, hesablarını doğrulayan və KYC prosesindən keçən istifadəçilər mükafatlar qazana biləcəklər.

Həmçinin, oyunda olan sarı sikkələrin kriptovalyuta və ya fiat pul olmadığı, sadəcə oyunun gameplayi üçün nəzərdə tutulmuş vizual elementlər olduğu bildirilir. Oyuna buradan keçmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

New Mexico məhkəməsi süni intellektlə saxta tanıq yaradan avukata cərimə kəsdi

New Mexico Yüksek Məhkəməsi süni intellekt vasitəsilə saxta tanıq ifadələri hazırlayan avukat Stiven Aaronsa 5 min dollar cərimə tətbiq edib.

Microsoft süni intellekt üçün data mərkəzi kapasitəsini 2032-ci ilə qədər 38 gigavata çıxaracaq

Microsoft süni intellektə artan tələbi qarşılamaq üçün data mərkəzi kapasitəsini 2032-ci ilə qədər 38 gigavata çıxarmağı planlaşdırır.

BOKT-larda kreditlərlə bağlı yeni qayda: restrukturizasiyada əlavə ödəniş tələb olunmayacaq

Azərbaycan Mərkəzi Bankı BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı müştəridən əlavə ödəniş tələb olunmayacağını bildirib.

ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq Bitcoin ələ keçirdi

Sinqapur vətəndaşı Meloun Lam 245 milyon dollar dəyərində Bitcoin oğurlamaqda təqsirini etiraf edib. Bu, ABŞ tarixində fiziki şəxsdən kripto oğurlanması ilə bağlı ən böyük hadisədir.

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

AMB bank olmayan kredit təşkilatlarının biznes kreditləri verməsini təşviq edəcək. İstehlak kreditləri üzrə ehtiyat tələbləri isə daha sərt qalır.
spot_img