Baku Ecommerce Meetup 2025 keçirilib

Yanvarın 28-də Azərbaycan İnnovasiya Mərkəzində, Baku Ecommerce Meetup 2025 v.1 tədbiri uğurla keçirilib. Ecommerce Community AzerbaijanBonPara təşkilatçılığı, eyni zamanda Azərbaycan İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan görüş e-ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar, startap sahiblərini və mütəxəssisləri bir araya gətirdi.

Tədbirdə BonPara şirkətinin təsisçisi Orxan Əhmədov ecomX E-ticarət Pre-inkubasiya və İnkubasiya proqramları haqqında təqdimat keçirtdi. Orxan Əhmədov bu proqramın məqsədlərini, iştirak şərtlərini və sahibkarlara təqdim etdiyi imkanları izah etdi. ecomX platforması e-ticarət sahəsində biznes qurmaq istəyən şəxslərə dəstək vermək, onları bazar mühitinə hazırlamaq üçün nəzərdə tutulub. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUP.VCEcommerce Community Azerbaijan dəstəyi ilə həyata keçiriləcək və 6 ay ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkərandan olan yüzlərlə şəxsə uğurlu E-ticarət qurmağın yollarını təlim keçərək, Azərbaycanda E-ticarət əsaslı ilk İnkubasiya proqramının təməlini qoyacaq.

Daha sonra Rauf Heydərov, Sandıqapp adlı yeni loyallıq tətbiqini təqdim etdi. Bu innovativ tətbiq istifadəçilərə market alış-verişlərindən yığılan çeklər vasitəsilə lotereyada iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. Təqdimat zamanı Sandıqapp-ın qısa müddətdə qazandığı uğurlar və gələcək inkişaf planları müzakirə olundu.

Bakı E-ticarət Görüşləri davam edəcək

Baku Ecommerce Meetup-ların hər ay təşkil olunması planlaşdırılır. Fevralın sonunda baş tutacaq növbəti görüşdə:

✅ Minimum 2, maksimum 3 təqdimatçı iştirak edəcək.
✅ Sahibkarlar və mütəxəssislər öz layihələrini tanıdaraq təcrübələrini bölüşəcəklər.
✅ Təqdimatlar yalnız məlumat paylaşımı deyil, eyni zamanda fikir mübadiləsi və rəy toplama imkanı yaradacaq.

Baku Ecommerce Meetup həm təcrübəli e-ticarət sahibləri, həm də yeni biznesə başlamaq istəyənlər üçün mühüm şəbəkələşmə və bilik mübadiləsi platformasına çevrilir. Görüşlərdə iştirak etmək və növbəti tədbirlər barədə məlumat almaq üçün Ecommerce Community Azerbaijanı izləməyi unutmayın! 🚀

spot_imgspot_img

Oxşar xəbərlər

Anthropic süni intellektin dilə görə fərqli davranış nümayiş etdirdiyini təsdiqlədi

Süni intellekt şirkəti Anthropic, Claude modelinin istifadə olunan dildən asılı olaraq fərqli ünsiyyət tərzi və davranış nümayiş etdirdiyini təsdiqlədi.

ABŞ və Böyük Britaniya tokenləşdirilmiş maliyyə üçün qaydaları uyğunlaşdırmağa başlayır

ABŞ və Böyük Britaniya dünyanın ən böyük iki maliyyə mərkəzi arasında tokenləşdirilmiş maliyyə üçün tənzimləyici qaydaları uyğunlaşdırmağa başlayır.

David Beckham-ın IM8 sağlamlıq içkisi startup-ı General Catalyst-dən 1 milyard dollar aldı

David Beckham-ın qurucularından olduğu IM8 sağlamlıq içkisi startup-ı, General Catalyst-in Müştəri Dəyər Fondundan 1 milyard dollar investisiya alıb.

JPMorgan: Hyperliquid-in yüksəlişi Circle-ın USDC iqtisadiyyatını təhdid edir

JPMorgan analitikləri, Hyperliquid-in Circle və Coinbase ilə əməkdaşlığının USDC stabilliyinə təzyiq göstərdiyini bildirir.

Binance kripto super tətbiqə çevrilmək üçün stabilliklərdən istifadə edir

Binance, növbəti genişlənmə mərhələsində stabilliklərdən istifadə edərək ödəniş və maliyyə xidmətlərinə fokuslanaraq super tətbiqə çevrilməyi hədəfləyir.
spot_img