Baku Ecommerce Meetup 2025 keçirilib

Yanvarın 28-də Azərbaycan İnnovasiya Mərkəzində, Baku Ecommerce Meetup 2025 v.1 tədbiri uğurla keçirilib. Ecommerce Community Azerbaijan və BonPara təşkilatçılığı, eyni zamanda Azərbaycan İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan görüş e-ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar, startap sahiblərini və mütəxəssisləri bir araya gətirdi.

Tədbirdə BonPara şirkətinin təsisçisi Orxan Əhmədov ecomX E-ticarət Pre-inkubasiya və İnkubasiya proqramları haqqında təqdimat keçirtdi. Orxan Əhmədov bu proqramın məqsədlərini, iştirak şərtlərini və sahibkarlara təqdim etdiyi imkanları izah etdi. ecomX platforması e-ticarət sahəsində biznes qurmaq istəyən şəxslərə dəstək vermək, onları bazar mühitinə hazırlamaq üçün nəzərdə tutulub. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUP.VC və Ecommerce Community Azerbaijan dəstəyi ilə həyata keçiriləcək və 6 ay ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkərandan olan yüzlərlə şəxsə uğurlu E-ticarət qurmağın yollarını təlim keçərək, Azərbaycanda E-ticarət əsaslı ilk İnkubasiya proqramının təməlini qoyacaq.

Daha sonra Rauf Heydərov, Sandıqapp adlı yeni loyallıq tətbiqini təqdim etdi. Bu innovativ tətbiq istifadəçilərə market alış-verişlərindən yığılan çeklər vasitəsilə lotereyada iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. Təqdimat zamanı Sandıqapp-ın qısa müddətdə qazandığı uğurlar və gələcək inkişaf planları müzakirə olundu.

Bakı E-ticarət Görüşləri davam edəcək

Baku Ecommerce Meetup-ların hər ay təşkil olunması planlaşdırılır. Fevralın sonunda baş tutacaq növbəti görüşdə:

✅ Minimum 2, maksimum 3 təqdimatçı iştirak edəcək.
✅ Sahibkarlar və mütəxəssislər öz layihələrini tanıdaraq təcrübələrini bölüşəcəklər.
✅ Təqdimatlar yalnız məlumat paylaşımı deyil, eyni zamanda fikir mübadiləsi və rəy toplama imkanı yaradacaq.

Baku Ecommerce Meetup həm təcrübəli e-ticarət sahibləri, həm də yeni biznesə başlamaq istəyənlər üçün mühüm şəbəkələşmə və bilik mübadiləsi platformasına çevrilir. Görüşlərdə iştirak etmək və növbəti tədbirlər barədə məlumat almaq üçün Ecommerce Community Azerbaijanı izləməyi unutmayın! 🚀

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto saxlanma şirkəti Fireblocks Visa tərəfindən alınacağı ilə bağlı danışıqları təkzib etdi

Kripto saxlanma şirkəti Fireblocks Visa tərəfindən alınacağı barədə məlumatı təkzib edib, lakin müzakirələr kripto və maliyyə infrastrukturunun inteqrasiyasını gündəmə gətirir.

Rivian sürücüsüz avtomobil ambisiyalarını sürətləndirmək üçün world model startup-ını aldı

Rivian avtonom sürüş ambisiyalarını sürətləndirmək üçün world model texnologiyası üzərində işləyən startup-ı əldə edib.

1Password süni intellekt agentlərinə parolu göstərmədən giriş imkanı yaradıb

1Password yeni funksiya ilə süni intellekt agentlərinin parolu görmədən hesablara daxil olmasına imkan verir.

Raiden Space tohum öncəsi investisiya alıb: kosmik istilik qorunması həlləri

Raiden Space kosmik aparatlar üçün istilik qorunması həlləri hazırlayır və e2vc rəhbərliyi ilə tohum öncəsi investisiya cəlb edib.

ABŞ-nin iri bankları süni intellekt agentlərinin hesablara girişini məhdudlaşdırır

ABŞ-nin iri bankları süni intellekt agentlərinin müştəri hesablarına girişini məhdudlaşdırır.
spot_img