Bakıda beynəlxalq “FINTEX SUMMIT 2024” keçiriləcək

15-16 may 2024-cü il tarixlərində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda “FINTEX SUMMIT 2024” forumu keçiriləcək.

Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.

Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullarını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu bir platforma olaraq özünü sübut etmişdir.

Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Bu il Sammit açılış nitqi və bütövlükdə 8 paneldən ibarət olacaq. Açılış nitqində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxsləri tərəfindən çıxışların olacağı gözlənilir.

Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda müxtəlif ölkələrdən 45 məruzəçi dinamik inkişaf edən bank-maliyyə, fintex və texnologiyalar barədə çıxış və təqdimatlar edəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Prezident Maliyyə İcarəsi (Lizinq) Qanununu Təsdiqlədi

Prezident İlham Əliyev yeni Maliyyə icarəsi qanununu təsdiqləyib. Qanun lizinq bazarının tənzimlənməsini və Mərkəzi Bank nəzarətini nəzərdə tutur.

Stark 3.5 Milyard Avro Dəyərlə 500 Milyon Avro İnvestisiya Aldı

İnsansız hava vasitələri startup-ı Stark 3.5 milyard avro dəyərləmə ilə 500 milyon avro investisiya cəlb edib.

Meta-nın çalışan izləmə proqramında məlumat sızıntısı

Meta, işçilərin klavye hərəkətlərini izləyən süni intellekt təlim proqramını məlumat sızıntısına görə müvəqqəti dayandırıb.

Meta reklamverenlər üçün geniş AI və məzmun mərkəzi təqdim etdi

Meta, reklamverenlər üçün süni intellektlə məzmun yaradılması sistemini istifadəyə verdi.

Xüsusi tənzimləmə rejiminin üçüncü dövrü üçün müraciətlər başlayır

Mərkəzi Bank innovativ maliyyə texnologiyaları üçün xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirak üçün müraciətlərin qəbuluna başlayıb.
spot_img