Bakı metrosunda NFC ödənişlərə başlanılıb

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmə imkanı yaradılıb.

“Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq. Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz”- açıqlamada deyilir.

spot_imgspot_img

Oxşar xəbərlər

AMB bankların kreditləşmə yanaşmasını dəyişir: yeni prudensial tələblər

Azərbaycan Mərkəzi Bankı kredit risklərinin idarə edilməsi üzrə prudensial tələbləri təkmilləşdirib.

Bitcoin 83 min dollardan yuxarı qalxaraq Koreya səhmlərindən ayrıldı

Bitcoin 83 min dollar səviyyəsini keçərək Asiya səhmlərindəki enişdən ayrılıb.

Fintech şirkəti Ramp 1,85 milyard dollar investisiya alıb

ABŞ fintech şirkəti Ramp 1,85 milyard dollarlık investisiya turunu tamamlayıb.

Bitcoin 83 min dollardan aşağı düşdü: dollar güclənir, bazar ehtiyatlıdır

Bitcoin 83 min dollar səviyyəsindən aşağı düşüb. Dolların güclənməsi və istiqraz gəlirlərinin artması bazar iştirakçılarını ehtiyatlı davranmağa sövq edir.

TechCrunch Disrupt 2026 sabah başlayır: bilet endirimi üçün son şans

TechCrunch Disrupt 2026 sabah San-Fransiskoda start götürür. Bilet endirimi üçün son 24 saat ərzində imkan var.
spot_img