“Bakcell”dən abunəçilərə geniş seçim imkanı verən “Star” tarifi

İnnovasiya və sürət lideri “Bakcell” danışıq dəqiqləri, internet və digər imkanları özündə birləşdirən “Star” tarifini təqdim edir. Abunəçilər 9 fərqli kateqoriyada təklif olunan tarifi seçməklə əlavə internet bonusları da əldə edəcəklər.

“Star” tarifinə qoşulan abunəçilər ölkədaxili zənglər üçün dəqiqələr və internetlə yanaşı, “WhatsApp” və “Telegram” tətbiqlərində yazışmaları ödənişsiz həyata keçirəcəklər. Üstəlik, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra hər növbəti yenilənmə zamanı abunəçilərə əlavə internet bonusları təqdim olunacaq.

Məsələn, “Star 6GB” tarifinə 550 danışıq dəqiqəsi, 6GB internet balansı və “WhatsApp” və “Telegram” tətbiqlərində ödənişsiz mətn yazışmaları daxildir. Bundan əlavə, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra  abunəçilərə hər yenilənmə zamanı əlavə “2GB” internet bonus olaraq təqdim olunacaq. “Star 6GB” tarifinə “*600#YES” kodunu yığmaqla asanlıqla keçmək olar. Tarif paketinin dəyəri 14,90 AZN-dir. Cari tarifdən “Star” tarifinə keçid tamamilə ödənişsizdir.

Qeyd edək ki, 9 fərqli kateqoriyada təqdim olunan “Star” tarifi barədə ətraflı məlumatı “Bakcell”in saytından əldə etmək mümkündür.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI, ağ yaxalı işlər üçün yeni Codex alətlərini təqdim etdi

OpenAI, ağ yaxalı işçilər üçün nəzərdə tutulmuş Codex alətlər dəstini təqdim etdi.

İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək həddə çatdı

İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək səviyyəyə çataraq 77.2%-ə yüksəlib.

Hyperliquid, neft bazarında hərəkətin 80%-ni proqnozlaşdırdı

Hyperliquid platforması, ənənəvi birjalar açılmazdan əvvəl neft bazarındakı hərəkətin 80%-ni proqnozlaşdıraraq diqqət çəkdi.

Alphabet, süni intellekt investisiyaları üçün 80 milyard dollarlıq hissə satışı həyata keçirəcək

Google-un ana şirkəti Alphabet, süni intellekt infrastrukturuna böyük sərmayə üçün 80 milyard dollara qədər hissə satışı həyata keçirəcəyini açıqladı.

Movement stabili kriptovalyuta ödənişlərinə yönəlir: L2 bumunun azalması

Movement komandası Layer-2 bumunun azalması ilə stabili kriptovalyuta ödənişlərinə yönələrək 685 milyard dollarlıq remitans bazarını hədəfləyir.
spot_img