“AzPost Mobile” tətbiqi istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC maliyyə xidmətlərindən faydalanan müştəriləri üçün yeni mobil tətbiq istifadəyə verib.

“AzPost Mobile” “Azərpoçt”a məxsus plastik kartlardan faydalanan bütün fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Onun vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkündür. Eləcə də “Card to Card” (kartdan karta pulköçürmə) və kartlara limitlərin tətbiq olunması kimi əhəmiyyətli funksiyalar işləkdir. Tətbiq vasitəsilə istifadəçi həmçinin bir sıra ödənişləri (kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.) icra edə bilər.

Eyni zamanda “AzPost Mobile” tətbiqi ilə “Azərpoçt”a məxsus kartları “Google Pay” və ya “Apple Pay”ə əlavə edən hər bir istifadəçi ödənişlərini təmassız şəkildə həyata keçirə bilər. Müəyyən dövr üzrə xərclərin izlənilməsini özündə əks etdirən “Statistika” bölməsinin aktiv olması da tətbiqin funksionallığını artırır.

“Azərpoçt”un “MasterCard” və “Visa” kartlarına sahib şəxslər bu tətbiqi “AppStore” və ya “Google Play”dən yükləyə bilərlər.

Gələcəkdə bu tətbiqdə poçt məhsulları üzrə məlumatların alınması üçün yeni funksiyaların aktivləşdirilməsi nəzərdə tutulur.

spot_imgspot_img

Oxşar xəbərlər

Avalanche-ın AVAX tokeni NYSE ilə tokenləşdirmə sazişindən sonra 10% bahalaşıb

NYSE-nin Avalanche blokçeynini tokenləşdirmə platforması üçün seçməsi AVAX tokeninin qiymətini 10% artırıb.

Google-ın süni intellekt çipləri Nvidia-ya təzyiqi artırır

Google-ın TPU süni intellekt çipləri bazarında rəqabəti gücləndirir və Nvidia-ya ciddi təzyiq yaradır.

PNC Bank USDC ödənişlərini dollar depozitlərinə çevirməyi sınaqdan keçirir

PNC Bank stablecoin ödənişlərini ənənəvi dollar depozitlərinə çevirmək üzrə pilot layihəyə start verib və bank sektorunda yeni tendensiya yaradır.

Coinbase ABŞ-də milli trast bankı yaratmaq üçün yekun icazə aldı

ABŞ-nin ən böyük kriptobirjası Coinbase federal trast bankı yaratmaq üçün yekun icazə alıb və rəqəmsal aktiv xidmətlərini genişləndirməyə hazırlaşır.

Türkiyə meşə yanğınları ilə mübarizədə dünyada ilk PUA hazırlayır

Türkiyə meşə yanğınları ilə mübarizədə istifadə olunacaq dünyada ilk suatan PUA-nı hazırlayır və bu prosesdə süni intellekt texnologiyalarından istifadə edir.
spot_img