Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır.  Şirkət “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” həllini istifadəyə verir. 

Bu gündən etibarən “AI Chat Bot” tətbiqin “chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda “AI Chat Bot”  yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.

Yeni xidmətin üstünlükləri:

– Müştəri sorğularını ani emal edir;

– Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;

– Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən “AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.

Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir. 

Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.

“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın! 

Ətraflı məlumat üçün: https://www.azercell.com/az

spot_imgspot_img

Oxşar xəbərlər

Axtarışda top-10 qapalı klub deyil: mənbələr arasında rəqabət necə işləyir

Müasir axtarış alqoritmləri nadir tələbi nadir təkliflə birləşdirərək marketplace-lər, brendlər və media arasında rəqabət yaradır.

ABŞ 21 trilyon dollarlıq yeni investisiya razılaşmaları əldə edib – Tramp

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı 21 trilyon dollarlıq yeni investisiya razılaşmalarının əldə edildiyini açıqlayıb.

Kanadanın “Böyük Altılıq” bankları tokenləşdirilmiş depozit təşəbbüsü başladır

Kanadanın aparıcı altı bankı banklararası tokenləşdirilmiş depozit təşəbbüsünə başlayıb. İlkin sınaqlar rəqəmsal depozitlərin köçürülməsinə fokuslanacaq.

OpenAI GPT-6 Sol və Luna modellərini təqdim etdi: daha az xəta, aşağı qiymət

OpenAI GPT-6 ailəsinin Sol və Luna modellərini istifadəyə verib. Şirkət bildirir ki, yeni modellər daha aşağı maya dəyəri və daha az səhvlə işləyir.

Bitcoin neft qiymətlərinin düşməsi fonunda 86 min dollara yaxınlaşır

Bitcoin Asiya sessiyasındakı aşağı səviyyələrdən bərpa olunaraq 86 min dollar ətrafında ticarət olunur. Neft qiymətlərinin düşməsi risk iştahını dəstəkləyir.
spot_img